BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına bir il ərzində ikinci dəfə həyata keçirdiyi rəsmi səfər iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu səfər sadəcə diplomatik protokol hadisəsi deyil, həm də geosiyasi, iqtisadi və texnoloji baxımdan böyük əhəmiyyət daşıyır. Çin kimi qlobal gücün lideri ilə ardıcıl görüşlərin keçirilməsi Azərbaycanın xarici siyasətində Asiya regionu ilə əməkdaşlığa verdiyi xüsusi önəmi nümayiş etdirirməklə yanaşı, Pekinlə əlaqələrin strateji xarakter aldığını təsdiqləyir.
Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin Çin səfərinin mühüm məqamlarından biri “ŞƏT plyus” formatında keçirilən görüşlər oldu. Dövlət başçısı burada çıxış edərək, Azərbaycanla Çin arasında səmimi və dost münasibətlərin mövcud olduğunu, əməkdaşlığın hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğuladı. İlham Əliyev bu il imzalanmış Azərbaycan–Çin strateji tərəfdaşlığına dair Birgə Bəyanatı tarixi hadisə adlandırdı və bunun iki ölkə münasibətlərində yeni səhifə açdığını qeyd etdi. Həmçinin, cənab Prezident çıxışında Azərbaycanın beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəklədiyini bildirdi.
“ŞƏT plyus” görüşündə Prezident İlham Əliyev Azərbaycanın çoxvektorlu siyasət kursuna sadiq olduğunu bir daha bəyan etdi. O, həmçinin Zəngəzur dəhlizinin yaxın gələcəkdə Orta Dəhliz və Şimal–Cənub dəhlizinin əsas seqmentlərindən birinə çevriləcəyini bildirərək, bu layihənin regional sülh, çoxtərəfli tərəfdaşlıq və iqtisadi inteqrasiya üçün mühüm imkanlar yaratdığını diqqətə çatdırdı.
Avqustun 31-də Tiencində keçirilən görüşdə Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini təsdiqləyən bəyanatlar verdilər. Si Cinpin son 30 ildə iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı, energetika, rəqəmsallaşma və nəqliyyat sahələrində geniş imkanların mövcud olduğunu qeyd etdi. Prezident İlham Əliyev isə Çinlə əlaqələrin Azərbaycanın xarici siyasətində prioritet olduğunu bəyan edərək, Orta Dəhlizin “Bir kəmər, bir yol” təşəbbüsündə rolunu xüsusi qeyd etdi.
Prezident İlham Əliyevin səfəri Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsündə mövqeyini daha da möhkəmləndirdi. Çin üçün Cənubi Qafqaz regionunda etibarlı tərəfdaş kimi çıxış edən Azərbaycan, nəqliyyat-logistika sahəsindəki üstünlükləri ilə xüsusi əhəmiyyət kəsb edir. Bakı–Tbilisi–Qars dəmir yolu və yaxın gələcəkdə reallaşacaq Zəngəzur dəhlizi Çinin Avropaya çıxışında alternativ marşrut kimi strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal–Cənub dəhlizinin mühüm seqmentinə çevriləcək.
Azərbaycanın enerji ehtiyatları Çin bazarı üçün yeni imkanlar açır. Bununla yanaşı, tərəflər bərpa olunan enerji, enerji səmərəliliyi, rəqəmsal idarəetmə və süni intellekt kimi sahələrdə də əməkdaşlıq imkanlarını müzakirə ediblər. Prezident İlham Əliyevin səfəri çərçivəsində əsas hədəflərdən biri də Çin kapitalının Azərbaycanın qeyri-neft sektoruna yönəldilməsi, sənaye parklarına və kənd təsərrüfatına sərmayələrin artırılmasıdır. Bu isə ölkəmizin iqtisadi diversifikasiyasına və texnoloji modernləşməsinə xidmət edir.
Azərbaycan–Çin münasibətləri təkcə iqtisadi və siyasi sahələrlə məhdudlaşmır. Təhsil və mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi, universitetlərarası əlaqələr, tələbə mübadiləsi və mədəni layihələr xalqlar arasında yaxınlığı artırır. Bu, həm də iki ölkə arasında siyasi etimadın daha da möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin Çin səfəri Azərbaycan–Çin münasibətlərinin yeni səhifəsini açdı. Bu səfər siyasi etimadın güclənməsi, iqtisadi əməkdaşlığın dərinləşməsi və Asiya ilə əlaqələrin genişlənməsi baxımından xüsusi tarixi əhəmiyyət daşıyır. “ŞƏT plyus” formatında səslənən mesajlar isə Azərbaycanın çoxvektorlu siyasətinin qlobal miqyasda qəbul olunduğunu göstərdi. Beləliklə, Azərbaycan Çinlə əməkdaşlığı dərinləşdirməklə həm iqtisadi diversifikasiya və texnoloji modernləşmə hədəflərinə yaxınlaşır, həm də regional və beynəlxalq arenada sabitlik və tərəfdaşlığın etibarlı dayağı kimi mövqeyini möhkəmləndirir. Millət vəkili Tamam Cəfərova belə deyib.

Son xəbərlər

Azərbaycanın dövlətçilik ənənələri davam edir

Tariximizin yeni inkişaf mərhələsi

Azərbaycanın şəhərsalma modeli: qədim irslə müasir inkişafın vəhdəti

“Ekoloqlarla memarlıq cəmiyyəti arasında körpü qurulmalıdır”

Kitablar səltənətinin inciləri: Çingiz Abdullayevin“Yalnız özümüzünkülər” romanı

“Ana dilini unutmuruq” layihəsi çərçivəsində dünya azərbaycanlılarının onlayn görüşü keçirilib

Bakıda inklüziv şəhər və əlçatan cəmiyyət mövzusunda tədbir keçirilib

İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında -FOTO

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Sibir Federal Universitetində tələblərlə görüşüb

“Əngəlsiz Sabahlar” inklüziv təhsil və sosial inkişaf seminarı keçirildi -FOTO

Azərbaycanın Rusiyadakı səfiri Krasnoyarskın aparıcı klinikalarından biri olan “Bionika”nı ziyarət edib

Bakı daha bir möhtəşəm beynəlxalq tədbirə hazırlaşır

Ghhh

Azərbaycanın Rusiyadakı səfiri Krasnoyarskda diaspor üzvləri ilə görüşüb

Kitablar səltənətinin inciləri: Xaqani Şirvani “Bəxtəvər oldum”

“Hazırda turizmdə dövlət və özəl sektorun əməkdaşlığı inkişaf prosesindədir”

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlərinin növbəti toplantısı keçirilib

Cənubi Qafqaz tarixi seçim qarşısında

“Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyev müstəsna rol oynayıb”

Binəqədidə “TARİXİN, LİDERLİYİN VƏ XİLASKARLIĞIN HEYDƏR ƏLİYEV ZİRVƏSİ" adlı tədbir keçirilib

YAP Səbail Rayon Təşkilatının təşəbbüsü ilə Ümummilli Liderin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirildi— FOTOLAR

Yaponiyanın milyonlarla nəşr olunan qəzetləri Azərbaycandan yazıb

QHT nümayəndələri 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgilərində olublar

Avropa bazarına çıxmaq istəyən klinika və sağlamlıq turizmi şirkətləri üçünböyük fürsət!

ITA Airways süni intellektlə yanacaq sərfiyyatını və emissiyaları azaltmağı hədəfləyir

Azərbaycan sülhə və regional inkişafa töhfə verir

Yeni geosiyasi reallıq və balans siyasəti

İtaliya ilə Azərbaycan arasında münasibətlər

Azərbaycanda artan yanğın riskləri: Obyektləri və həyatı gözlənilməz təhlükədən necə qorumalı?

Bütün xəbərlər