BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Oxuculara xidmət və Uşaq şöbələri E.Məmmədov adına 21№-li tam orta məktəblə birgə əməkdaşlıq çərçivəsində Dövlət Suverenliyi Günü ilə bağlı “Azərbaycanın suverenlik yolu” adlı tədbir keçirdilər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin, Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra Mərkəzi Kitabxananın Abonement bölməsinin müdiri Lalə Səlimova sentyabrın 20-ndə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edildiyini vurğuladı. 2023-cü ilin sentyabrın 19-20-də keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğunu, bununla da şanlı tariximizə ən parlaq səhifələr yazıldığını bildirdi.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Maral Quliyeva Azərbaycanın suveren dövlət kimi mövcudluğunun xalqımızın qəhrəmanlıq mübarizəsi ilə təmin edildiyini, tariximizin müxtəlif dövrlərində insanlığa qarşı törədilən cinayətlərin, kütləvi qətllərin, soyqırımların, işğalların xalqımızın iradəsini sınağa çəkdiyini, lakin bu faciələrə baxmayaraq Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsini davam etdirdiyini vurğuladı.

Tədbirlər üzrə təşkilatçı rəhbəri Pərvanə Əliyeva 2020-ci ilin nə qədər çətin il olsa da, Azərbaycan üçün siyasi, diplomatik, hərbi və digər sahələr üzrə uğurla yadda qaldığını, Azərbaycanın bütün dünyaya milli birlik gücünü göstərdiyini bildirdi.

Kitabxananın Uşaq şöbəsinin baş kitabxanaçısı Xumar Babayeva və Oxuculara xidmət şöbəsinin baş kitabxanaçısı Gülnarə Cəlilova şağirdləri Dövlət Suverenliyi Günü münasibəti ilə təbrik edərək onlara yeni dərs ilində uğurlar arzuladılar.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin IV kurs tələbəsi Rəqsanə Sayıllı bütün gözəl, bənzərsiz və müqəddəs işlərin insan hünəri ilə əldə edildiyindən, bir xalq kimi müstəqil olmağı istədiyimiz üçün bu yolda aparılan mübarizədən bəhs etdi.

Məktəbin şagirdləri mövzu ətrafında çıxışlar və diskusiyalar apardılar. Sonda şagirdlərdən Ömərşah İbrahim, Fateh Qədirov, Natella Rəhimli, Züleyxa Xudiyeva, Sümayə Nəsirli, Gülay Məmmədova, Məhəmməd Quliyev, Aylin Xudiyeva, Nigar Musayeva, Zəhra Əkbərova torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Vətən oğullarına və xalqımızın mübarızlıyınə həsr olunmuş şeirlər söylədilər. .

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Son xəbərlər

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Bütün xəbərlər