BAKU Azərbaycan
27.51 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

 06 noyabr 2025-ci il tarixində Binəqədidə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Şanlı Qələbəmizin 5-ci ildönümünə həsr olunmuş “8 Noyabr-Qürurumuzun, Varlığımızın, Birliyimizin təntənəsi” adlı ümumrayon tədbiri keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri - Kəmaləddin Qafarov, Azay Quliyev, Səbinə Xasayeva, Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri və qazilər, Rayon İcra Hakimiyyəti başçısının Qəsəbə və Sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin, bələdiyyələrin, məktəbəqədər və orta ümumtəhsil müəssisələrinin, səhiyyə, mədəniyyət müəssisələrinin, ictimai birliklərin rəhbərləri, gənclər və rayon ictimaiyyəti iştirak edirdilər.
Tədbir ümummilli lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu. Şanlı Qələbəmizin 5 illiyinə həsr olunmuş sənədli film tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
Tədbirdə təbrik nitqi ilə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Şanlı Qələbə 8 Noyabr – “Zəfər Günü”nün 5-ci ildönümü münasibətilə hər bir kəsi təbrik edərək qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin “Mən İlham Əliyevə özüm qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyirəm. Əminəm ki, mənim başa çatdıra bilmədiyim işləri o, başa çatdıracaqdır” sözlərində Qarabağın mütləq azad ediləcəyi inamının ifadə edildiyi duyulurdu. Bu sözlərlərlə bizi çoxdan gözlədiyimiz Zəfərə doğru aparan yolun yeni mərhələsinin əsası qoyulmuş oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Bu möhtəşəm Qələbə sevincini bizə yaşadan rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgər heyətinə, şəhidlərimizə, qazilərimizə minnətdarıq. Rayon İcra Hakimiyyətinin başçısı tədbir iştirakçılarını Şanlı Qələbəmizin 5 illiyi, 9 Noyabr –“Dövlət Bayrağı Günü” və Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyi münasibətilə təbrik etdi.
Növbəti çıxış edən millət vəkili Azay Quliyev çıxışında qeyd etdi ki, Zəfərimizin beşinci ildönümü bizi bir daha birliyin, qətiyyətin və dövlətçilik ruhunun gücünə inandırır. Qazanılan Qələbə yalnız silahın deyil, milli iradənin, ölkə rəhbərinin müdrik siyasətinin və xalqın dəmir birliyinin nəticəsidir. Azad Qarabağda bu gün ucalan hər bina, açılan hər məktəb, səslənən hər azan o möhtəşəm günlərin davamıdır. Biz fəxr edirik ki, bu Zəfər xalqımıza məxsusdur və bu Qələbənin işığı gələcək nəsillərin yolunu daim nurlandıracaqdır. Bu möhtəşəm Qələbə sevincini bizə yaşadan şəhidlərimizi dərin ehtiram hissi ilə anır, qazilərimizə şəfa diləyir, rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgər heyətinə minnətdarlığımızı bildiririk.
Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxışında qeyd etdi ki, 27 sentyabr 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu elə bir tarix yazdı ki, bu tarix bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Beləliklə, 44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübut etdi. Azərbaycan tarixi torpaqlarına-Qarabağa qovuşdu, tarixi Zəfərə imza atdı. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.
Şəhid valideynləri adından çıxış edən Vətən müharibəsi şəhidi, Vətən sevdalısı Sadıqlı İbrahimin valideyni Şahin ata çıxışında vurğuladı ki, düz beş ildir ki, o günün, o anın, o hadisənin möhtəşəmliyini, əzəmətini, sevincini, qürurunu doya-doya, içimizə, ruhumuza çəkə-çəkə yaşayırıq…Vətən sevdalısı Oğullarımızın – minlərlə Şəhidimizin, minlərlə qəhrəman Qazimizin, minlərlə İgid Əsgərimizin sayəsində azad oldu Ana Vətən! Dişləri, dırnaqları ilə torpaqlarımızı murdar erməni caynağından qoparan, azad edən Oğullarımız bununla da dünya hərb tarixində yeniliyə imza atdılar. Şahin Sadıqov şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya şəhid ailələri adından dərin minnətdarlığını bildirdi.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında qeyd etdi ki, 30 illik münaqişənin sona çatması, Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağın azad edilməsi daha geniş coğrafiyanın reallıqlarının dəyişməsi ilə müşahidə olunmuşdur və olunmaqdadır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Şanlı Qələbəsi sayəsində Yer üzərində uzun sürən münaqişələrdən biri öz həllini tapdı. Azərbaycan haqqa, ədalətə çatmağın yolunu göstərdi. Xalqımızın apardığı haqq mübarizəsi sayəsində bütün dünya gördü ki, Azərbaycan bir yumruq kimidir. 8 Noyabr tarixi daim tarixdə qızıl hərflərlə və əbədiyyən qalacaqdır. Hər kəs bu möhtəşəm tarixlə qürurlanacaqdır.
Tədbirin bədii hissəsində “Amarok” ritm qrupunun, Azərbaycan Respublikasının xalq artisti Nəzakət Teymurovanın, Azərbaycan Respublikasının əməkdar artisti Nurlan Növrəslinin, xalqımızın sevimli müğənniləri -Elnur Məmmədovun, Çinarə Məlikzadənin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin müəllimi Yaqut Xəlilzadənin ifasında biri-birindən gözəl musiqilər səsləndi. Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında möhtəşəm “Zəngəzur yallısı” nümayiş edildi.
Tədbirin sonunda iştirakçılar böyük atəşfəşanlığı seyr etdilər.







Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər