BAKU Azərbaycan
29.51 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Ermənistanın axırıncı təxribatı bir daha göstərdi ki, bu ölkənin rəsmiləri köhnə vərdişlərindən əl çəkməyiblər. Onlar 27 il ərzində BMT Təhlükəsizlik Şurasının imperativ xarakterli məlum dörd qətnaməsini icra etmədikləri kimi, indi də 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Birgə Bəyanatla üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməkdən boyun qaçırırlar. Ermənistan hakimiyyətinin siyasi riyakarlığı o həddə çatıb ki, bu ölkənin təhlükəsizlik şurasının katibi və müdafiə nazirliyinin rəsmisi hərbi birləşmələrinin hələ də Qarabağ ərazisində qaldığını etiraf etdikləri halda, baş nazirləri bu faktı inkar etməyə çalışır. N.Paşinyan dildə deyir ki, ölkəmizin irəli sürdüyü beş təməl prinsipi ilə razıdır və guya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dildə bunu desə də, Paşinyanın özü və komandasının aparıcı üzvləri həm də bəyan edirlər ki, Azərbaycan “Dağlıq Qarabağın varlığını” tanımalıdır, Minsk qrupu yenidən geri dönməlidir və status məsələsi həllini tapmalıdır.Əgər Ermənistan rəhbərliyi bu cür sərsəm xülyalarla yaşayırsa, onun öz öhdəliklərinə əməl etməməsi və silahlı birləşmələrini hələ də Azərbaycan ərazisində saxlaması təəccüb doğurmamalıdır. Ermənistan hakimiyyəti işğal dövründə olduğu kimi, indi də açıq-aydın görünən siyasi oyunbazlıqla məşğuldur və məqsədləri yalnız vaxt qazanmaqdır. Paşinyanın ölkəmizin şərtlərini qəbul etdiklərinə dair bəyanatı təxribatdan sonrakı açıqlamaları ilə ziddiyyət təşkil edir.Bəzi siyasi kluarlarda Paşinyanı dünyaya az qala “demokrat mücəssiməsi” kimi sırımağa cəhd edənlər nə tez unutdular ki, "Qarabağ Ermənistandır və nöqtə” kimi beynəlxalq hüquqa zidd olan, anti-demokratik bəyanatın müəllifi “demokrat” adlandırdıqları elə bu şəxs idi. “Yeni ərazilər uğrunda yeni müharibə” tezisi də Paşinyan hökumətinin hərbi doktrinasının tərkib hissəsinə çevrilmişdi. Bununla da onun özü təsdiq etmişdi ki, əslində Xocalı cəlladları Köçəryan və Sarkisyan zehniyyətinin və siyasətinin davamçısıdır. Bəziləri bu həqiqəti unutsalar da və ya onu unutdurmağa çalışsalar da, Azərbaycan cəmiyyəti bunları unutmayıb. Ermənistan siyasətçiləri cilddən-cildə girməkdə nə qədər pərgar olsalar da, eyni vaxtda həm Qərbə, həm də Şimala guya sadiq olduqlarını nümayiş etdirərək hər iki tərəfə yarınsalar da, onların məkrli oyunları Azərbaycan iqtidarının diqqətindən yayınmır. Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə Ermənistan rəhbərliyini öhdəliklərini yerinə yetirməyə növbəti dəfə dəvət edərək xəbərdarlıq etmişdi: “Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək... Əgər biz 10 noyabr Bəyannaməsinin bütün müddəalarını icra ediriksə, Ermənistandan da eyni yanaşma tələb edirik”.

     İstər Ermənistan rəhbərliyi, istərsə də erməni cəmiyyətində revanş hissi ilə yaşayan başıpozuq siyasət dəllalları yəqin etməlidirlər ki, törətdikləri istənilən təxribatın, Azərbaycan hərbçisini hədəf seçən istənilən cəhdlərinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq və Qisas amansız olacaq. Necə də ki, oldu. Allah şəhidimiz Anar Kazımova və bütün şəhidlərimizə rəhmət eləsin.
     Cəmiyyət olaraq artıq yaxşı bilirik və heç vaxt unutmamalıyıq ki, işğalçı Ermənistan üzərində Zəfərimizə mane olmağa çalışan və tarixi ədalətin, beynəlxalq hüququn bərpasını görmək istəməyən siyasi dairələr az olmayıb, bu gün də belələri az deyil. Elə bu səbəbdən, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında son 30 ildə üzləşdiyimiz gerçək vəziyyəti belə ifadə etmişdi: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq”. Bu reallığı heç birimiz unutmamalıyıq və bilməliyik ki, məğlub olanların məğlubiyyət acısını həzm etmələri ağrılı prosesdir. Ona görə də bu proses bundan sonra da siyasi oyunbazlıqla və yeni təxribatlarla müşayiət oluna bilər. Məğlubların reallıqla daha tez barışmaları və məkrli planlarından daha tez əl çəkmələri üçün bundan da güclü olmalıyıq və möhtəşəm birliyimizi bədxahlardan hər birimiz qorumalıyıq. Ermənistanın siyasi-hərbi rəhbərliyi və onu təxribatlara təhrik edənlər isə Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günündə Kəlbəcərə səfəri zamanı ikinci komando hərbi hissəsinin açılış mərasimində etdiyi bu xəbərdarlıqdan düzgün nəticə çıxarmalı və bir daha çaşmamalıdırlar: “Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”.


Ülvi Quliyev 

Mili Məclisin deputatı

                                                                   

 

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər