BAKU Azərbaycan
17.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu, milli suverenliyin möhkəmləndirilməsi və insan hüquqlarının etibarlı təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət müasir dövlətçilik modelimizin əsas göstəricilərindəndir. Prezident cənab İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü də bu strateji siyasi xəttin məntiqi davamı olmaqla yanaşı, ölkəmizin hüquqi, siyasi və ictimai həyatında mühüm əhəmiyyət kəsb edən hadisə kimi qiymətləndirilir.

Müstəqil Azərbaycan dövlətinin möhkəm və sarsılmaz təməli Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi, uzaqgörən dövlətçilik konsepsiyası və xilaskarlıq missiyası nəticəsində formalaşmışdır. XX əsrin sonlarında mürəkkəb geosiyasi şəraitdə Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən sistemli islahatlar Azərbaycan dövlətinin dağılmaq təhlükəsindən xilas edilməsinə, müstəqilliyin qorunub saxlanılmasına və möhkəmləndirilməsinə xidmət etmişdir. Məhz bu siyasi kursun mühüm nəticələrindən biri kimi qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi əsasını təşkil etmiş, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun konseptual çərçivəsini müəyyənləşdirmişdir.

Konstitusiya yalnız hüquqi norma və mexanizmlər toplusu deyil, eyni zamanda dövlət-vətəndaş münasibətlərinin fəlsəfi və ideoloji əsaslarını müəyyən edən ali sənəddir. Bu baxımdan Konstitusiyanın müddəalarının ölkənin bütün ərazilərində tam və birmənalı şəkildə tətbiq olunması suveren dövlət anlayışının əsas şərtidir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Konstitusiyanın ali hüquqi qüvvəsi ölkənin bütün ərazilərində təmin olunmuşdur. Bu tarixi nailiyyətlər “Konstitusiya və Suverenlik İli”nin məzmununu daha da dərinləşdirir və onun ictimai-siyasi əhəmiyyətini artırır.

Prezident cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından biri humanizmdir. Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaşların hüquq və azadlıqlarının qorunması, sosial rifahın yüksəldilməsi, ədalət və mərhəmət prinsipləri dayanır. Bu humanist yanaşma yalnız sosial və iqtisadi sahələrdə deyil, eyni zamanda hüquq-mühafizə və cinayət-hüquq siyasətində də öz aydın ifadəsini tapır. Cinayətə görə cəzanın yalnız cəzalandırma deyil, həm də islah və tərbiyə məqsədi daşıması müasir hüquqi dövlət anlayışının əsas tələblərindən biridir.

Bu kontekstdə ölkə başçısının 15 dekabr 2025-ci il tarixində amnistiya elan edilməsi təşəbbüsü ümumbəşəri humanizm dəyərlərinə sadiqliyin, hüquqi balansın və sosial məsuliyyətin bariz nümunəsidir. Dövlət başçısı bu təşəbbüslə cəmiyyətə açıq mesaj verir ki, Azərbaycan dövləti öz gücünü yalnız sərt hüquqi mexanizmlərdə deyil, eyni zamanda mərhəmət, etimad və sosial ədalət prinsiplərində görür. Amnistiya cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanmaqla yanaşı, insanın islah olunmasına və yenidən cəmiyyətə inteqrasiyasına verilən yüksək dəyərin ifadəsidir.

Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən 44 günlük Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş antiterror əməliyyatlarında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları amnistiyanın əsas şamil olunduğu kateqoriyalar sırasındadır. Bununla yanaşı, Ermənistan Respublikasının hərbi təxribatları nəticəsində mülki əhali arasında sağlamlığını itirmiş şəxslər, qadınlar, 60 yaşına çatmış şəxslər, cinayət törədərkən yetkinlik yaşına çatmayanlar və digər sosial həssas qruplar da bu humanist qərardan yararlanacaqlar.

Eyni zamanda, böyük ictimai təhlükə törətməyən, az ağır və ya ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslərin cəzadan azad edilməsi və ya cəzalarının çəkilməmiş hissəsinin azaldılması nəzərdə tutulur. Bu yanaşma cəzanın fərdiləşdirilməsi prinsipinin və hüquqi ədalətin təmin olunmasının mühüm mexanizmi kimi çıxış edir.

Qeyd edilməlidir ki, bu amnistiya aktı müstəqil Azərbaycanın tarixində miqyasına görə ən böyük amnistiya olacaqdır. İlkin proqnozlara əsasən, ümumilikdə 20 mindən çox şəxs amnistiya aktının təsiri altına düşəcək, onlardan 5 mindən çoxu azadlıqdan məhrum etmə cəzasından tam azad ediləcək, minlərlə şəxsin isə cəzası azaldılacaq və ya cinayət məsuliyyətindən azad olunacaqdır. Bu statistika Azərbaycan dövlətinin humanist mahiyyətini və hüquqi islahatlara sadiqliyini açıq şəkildə nümayiş etdirir.

Azərbaycanın müasir tarixində amnistiya və əfv institutları ardıcıl və sistemli şəkildə tətbiq olunmuşdur. 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq şəxsə şamil edilmiş, 71 əfv fərmanı və sərəncamı ilə on minlərlə məhkum əfv olunmuşdur. Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış əfv fərmanları və qəbul edilmiş amnistiya aktları bu humanist ənənənin əsasını qoymuş, Prezident cənab İlham Əliyev tərəfindən isə bu siyasət müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilmişdir. Eyni zamanda Mehriban xanım Əliyevanın Milli Məclisin deputatı olduğu dövrdə irəli sürdüyü amnistiya təşəbbüsləri bu humanist xəttin institusional davamlılığını təsdiqləyir.

Nəticə etibarilə, cənab İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə irəli sürdüyü amnistiya təşəbbüsü Azərbaycan dövlətinin hüquqi dövlət prinsiplərinə, milli suverenliyə və ümumbəşəri humanizm dəyərlərinə sadiqliyinin parlaq ifadəsidir. Bu təşəbbüs dövlət-vətəndaş münasibətlərində etimadın möhkəmləndirilməsinə, sosial ədalətin təmininə və cəmiyyətin sağlam əsaslar üzərində inkişafına xidmət edən mühüm siyasi-hüquqi addım kimi tarixə düşür.

Akif Rəfiyev,

Qarabağ müharibəsi veteranı, Ədliyyə general-mayoru, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi rayon Ağsaqqallar Şurasının sədri

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər