BAKU Azərbaycan
22.92 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Yaponiyanın nüfuzlu gündəlik qəzetləri — tirajı 1,2 milyon olan “Mainichi Shimbun” və 2,2 milyondan artıq tirajla nəşr olunan “Nikkei Shimbun”da “Azərbaycanı tanımadan dünyanı başa düşmək mümkün deyil” başlıqlı geniş məqalələr dərc edilib.

image-0b10e0e4-14e8-423f-b650-b38c54e51bc9

 Məqalələrdə Azərbaycanın mürəkkəb geosiyasi şəraitdə həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət modelindən bəhs olunur. Bildirilir ki, ərazi və iqtisadi baxımdan nisbətən kiçik dövlət olmasına baxmayaraq, Azərbaycan Rusiya, Türkiyə və İran kimi regional güclərlə yanaşı, ABŞ, Çin və İsraillə də uğurlu münasibətlər quraraq özünəməxsus siyasi xətt formalaşdırıb.

Yazılarda Azərbaycanın enerji strategiyası, diplomatik manevr imkanları və milli təhlükəsizlik siyasəti xüsusi vurğulanır. Qeyd olunur ki, ölkə həm enerji resurslarından səmərəli istifadə etməklə, həm də müharibə və diplomatiya amillərini düzgün uzlaşdırmaqla müstəqilliyini və dayanıqlığını qoruyub saxlaya bilib. Məqalədə “Kiçik ölkə olmasına baxmayaraq, ərazi və iqtisadi baxımdan çox böyük siyasət yürüdən ölkədir” fikrinə yer verilib.
Nəşrlərdə Azərbaycanın Sovet İttifaqının dağılmasından sonra dövlət quruculuğu prosesində neft strategiyasını əsas inkişaf mühərrikinə çevirməsi, balanslaşdırılmış siyasəti isə həyatda qalma modeli kimi tətbiq etməsi geniş təhlil edilir. Bununla yanaşı, 44 günlük Vətən müharibəsi “XXI əsrin müharibəsi” kimi xarakterizə olunur, Azərbaycanın əldə etdiyi qələbənin tarixi ədalətin bərpası olduğu vurğulanır. Müharibədən sonrakı dövrdə Qarabağda aparılan bərpa-quruculuq işləri, Ermənistanla iqtisadi əlaqələrin yenidən qurulması təşəbbüsləri, Azərbaycanın Ermənistana enerji ixracı və “yumşaq güc” siyasəti barədə də ətraflı məlumat verilir.
Məqalələrdə qeyd olunur ki, təqdim edilən məlumatlar Yaponiyada yaşayan azərbaycanlı tədqiqatçı Əlibəy Məmmədov tərəfindən yapon dilində nəşr olunan Azərbaycan adlı strategiya kitabına əsaslanır. Kitabın Yaponiyada 2 mindən artıq kitabxanaya paylandığı və Azərbaycan haqqında məlumatların yayılmasında mühüm rol oynayacağı bildirilir.

image-3de4daf8-a231-44b5-9327-e215576b26d3
Xatırladaq ki, Əlibəy Məmmədov 2012-ci ildən Yaponiyada yaşayır. Hokkaydo Universitetində siyasi elmlər üzrə təhsil alıb. Yaponiya hökuməti təqaüdçüsü olmuş Əlibəy Məmmədov, eyni zamanda konfliktoloq, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədridir. Diaspor fəaliyyətinə təhsil illərindən başlayıb.

 

Son xəbərlər

Kitabxanada görkəmli memar Əcəmi Naxçıvaniyə həsr olunmuş videoçarxlar hazırlandı

Xızıda ənənəvi “Cəfər Cabbarlı günü” qeyd edilib

Həkimlərin Peşə Bayramı münasibətilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutuna mükafat vasitəsi təqdim olunub

Azərbaycan-Türkmənistan münasibətləri dostluğa və strateji tərəfdaşlığa söykənir

QHT-lərin maliyyələşdirilməsində “bir pəncərə” mexanizmi nə vəd edir?

Yasamal bələdiyyəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirildi

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Bütün xəbərlər