BAKU Azərbaycan
16.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Prezident İlham Əliyev: “Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir”

 Hazırda şəhərsalma siyasəti dövlətlərin iqtisadi inkişafını, sosial rifahını və beynəlxalq nüfuzunu müəyyən edən əsas amillərdən birinə çevrilib. Şəhərlərin sürətlə böyüdüyü, urbanizasiya prosesinin geniş vüsət aldığı bir zamanda tarixi irsin qorunması ilə müasir inkişaf arasında düzgün balansın yaradılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan son illərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq layihələri, müasir urbanizasiya siyasəti və tarixi-mədəni irsə göstərdiyi həssas münasibət ilə diqqət çəkən ölkələrdən biridir. 2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası yalnız şəhərsalma sahəsində beynəlxalq müzakirələrin aparıldığı platforma deyil, həm də Azərbaycanın inkişaf modelinin dünyaya təqdim olunduğu mühüm tədbir oldu. Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurlardan, gələcək hədəflərdən və beynəlxalq əməkdaşlığın əhəmiyyətindən bəhs edib. Cənab Prezident çıxışında qonaqlara Bakının memarlığının özlləyindən danışıb: “Bir sözlə, Bakıda, qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın planlaşdırılması və müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur. Bu, həqiqətən əcdadlarımızın istedadının bariz nümunəsi, tarixi və memarlıq irsimizi necə qoruduğumuzun təzahürüdür. Şəhərsalma nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox şəhərləri üçün gündəlik əsaslarla işlədiyimiz məsələdir”.  Bakının memarlıq simasında XIX əsrin sonu və XX əsrin əvvəllərində Avropa memarlığının təsiri də xüsusi yer tutur. Həmin dövrdə neft sənayesinin inkişafı nəticəsində Bakı dünyanın ən zəngin şəhərlərindən birinə çevrilmişdi. Şəhərə dəvət olunan Avropa memarları burada möhtəşəm binalar layihələndirmişdilər. Bu gün Bakının mərkəzi küçələrində yerləşən klassik üslublu tikililər Paris, Vyana və Sankt-Peterburq memarlıq məktəblərinin təsirini əks etdirir. Həmin binalar şəhərin tarixi görünüşünü zənginləşdirərək ona xüsusi estetik dəyər qazandırır. Məhz buna görə Bakı həm Şərq, həm də Avropa memarlıq üslublarının bir arada yaşadığı nadir şəhərlərdən hesab olunur. Bu sintez şəhərin özünəməxsus xarakterini formalaşdırır.

Azərbaycanın şəhərsalma modelinin ən mühüm xüsusiyyətlərindən biri tarixi irsin qorunmasına verilən xüsusi diqqətdir. Son illərdə ölkədə yüzlərlə tarixi abidə bərpa olunub, qədim məscidlər, karvansaralar və memarlıq kompleksləri yenidən istifadəyə verilib. Bu siyasət göstərir ki, Azərbaycan modernləşmə prosesini milli-mədəni dəyərlərdən uzaqlaşmadan həyata keçirir. Qədim irs müasir inkişafın qarşısında maneə kimi deyil, əksinə, onun ayrılmaz hissəsi kimi qəbul olunur. Azərbaycanın şəhərsalma təcrübəsi qədimliklə müasirliyin uğurlu vəhdətinin nümunəsidir. Bakı şəhəri isə bu modelin ən parlaq təcəssümüdür. İçərişəhərin qədim divarları, Bakı Bulvarının müasir görünüşü, Avropa memarlığının izləri və yeni urbanizasiya layihələri Azərbaycanın həm tarixə bağlı, həm də gələcəyə yönəlmiş dövlət olduğunu göstərir.

 Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycanın bir çox bölgələrində şəhərsalma prosesi çox sürətlə inkişaf edir. Dövlət başçısı qeyd etdi ki, bu cür mötəbər beynəlxalq toplantılar və BMT nümayəndələrinin, eləcə də dünyanın müxtəlif ölkələrindən gələn ekspertlərin iştirakı Azərbaycanın daha çox təcrübə qazanmasına, müsbət nümunələri öyrənməsinə və keçmişdə edilən səhvlərdən nəticə çıxarmasına imkan yaradır. Bu fikirlər Azərbaycanın şəhərsalma siyasətində yeni mərhələnin başlandığını göstərir. Müasir dövrdə şəhərsalma yalnız yeni binaların tikintisi və infrastrukturun genişləndirilməsi demək deyil. Bu anlayış artıq ekoloji dayanıqlılıq, insanların rahat yaşayışı, nəqliyyat sistemlərinin optimallaşdırılması, rəqəmsal texnologiyaların tətbiqi və tarixi-mədəni irsin qorunması kimi geniş məsələləri əhatə edir.

 Son illərdə Azərbaycan genişmiqyaslı quruculuq və abadlıq layihələri həyata keçirən ölkələrdən birinə çevrilib. Xüsusilə paytaxt Bakı və regionlarda aparılan infrastruktur layihələri ölkənin urbanizasiya siyasətinin əsas istiqamətlərindən biri hesab olunur. Bakıda yeni yolların salınması, körpü və tunellərin inşası, parkların yaradılması, ictimai nəqliyyat sisteminin yenilənməsi və müasir yaşayış komplekslərinin tikilməsi şəhərin simasını tamamilə dəyişib. Son illərdə həyata keçirilən layihələr nəticəsində paytaxt yalnız regionun deyil, bütövlükdə Avrasiyanın ən müasir şəhərlərindən birinə çevrilməkdədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, şəhərsalma sahəsində sürətli inkişaf yalnız Bakı ilə məhdudlaşmır. Azərbaycanın müxtəlif bölgələrində yeni yaşayış məntəqələri salınır, rayon mərkəzləri yenidən qurulur və müasir infrastruktur layihələri həyata keçirilir.

 Azərbaycanın şəhərsalma siyasətində ən mühüm istiqamətlərdən biri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesidir. Bu ərazilərdə aparılan işlər artıq region üçün yeni urbanizasiya modelinin formalaşdığını göstərir. Müasir şəhərsalma prinsiplərinə uyğun şəkildə qurulan yaşayış məntəqələrində “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına üstünlük verilir. Burada yaşıl enerji texnologiyaları, rəqəmsal idarəetmə sistemləri, ekoloji təmiz nəqliyyat və dayanıqlı infrastruktur əsas prioritetlər hesab olunur. Yeni layihələr yalnız dağıdılmış şəhərlərin bərpasını deyil, həm də gələcəyin şəhərlərinin qurulmasını hədəfləyir. Bu yanaşma Azərbaycanın urbanizasiya siyasətində innovativ düşüncənin və strateji baxışın göstəricisi hesab olunur.

Bu gün Bakı qədim tarixi irslə müasir urbanizasiya modelinin birləşdiyi nadir şəhərlərdən biri hesab olunur. İçərişəhər kimi qədim memarlıq nümunələri ilə müasir göydələnlərin və innovativ layihələrin bir arada mövcudluğu şəhərə xüsusi estetik görünüş qazandırır. Şəhərin inkişafında tarixi irsin qorunması əsas prioritetlərdən biridir. Bu yanaşma Azərbaycanın modernləşmə prosesini milli-mədəni dəyərlərlə uzlaşdırmaq siyasətinin göstəricisidir.

 Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq nüfuzunun və şəhərsalma sahəsində artan rolunun növbəti təsdiqi oldu. Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər ölkənin urbanizasiya siyasətinin gələcək istiqamətlərini və prioritetlərini aydın şəkildə ortaya qoydu. Bu gün Azərbaycan sürətli inkişaf yolu ilə irəliləyərək müasir şəhərsalma modelini formalaşdırır. Beynəlxalq təcrübədən faydalanmaq, keçmiş səhvlərdən nəticə çıxarmaq və dayanıqlı şəhərlər qurmaq ölkənin əsas hədəflərindən biridir. Bütün bunlar Azərbaycanın gələcəkdə də regionun ən müasir və innovativ dövlətlərindən biri kimi mövqeyini daha da gücləndirəcəyini göstərir.

 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər