BAKU Azərbaycan
23.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

 

 "Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə memorandumun şəxsi qeydi və xoş sözləri ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə xatirə hədiyyəsi olaraq göndərilməsi mühüm siyasi və diplomatik məna daşıyır.

Bu hadisə yalnız protokol jesti kimi qiymətləndirilməməlidir. Bu, Azərbaycan dövlətinin beynəlxalq nüfuzuna, Prezident İlham Əliyevin ardıcıl, praqmatik və nəticəyə hesablanmış xarici siyasətinə verilən yüksək siyasi qiymətin ifadəsidir. Uzun illər Azərbaycan cəmiyyətində ədalətsiz yanaşmanın rəmzi kimi qəbul edilən 907-ci düzəlişlə bağlı mövqeyin davam etdirilməsi Azərbaycan dövlətinin haqlı mövqeyinin daha geniş beynəlxalq müstəvidə qəbul olunmasının göstəricisidir".

Newscenter.az xəbər verir ki, bunları hüquq müdafiəçisi, Qlobal Həmrəylik Şurasının Azərbaycan üzrə nümayəndəsi David Seliverstov deyib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda yeni reallıqlar yaratmış, müharibədən sonrakı mərhələdə sülh, təhlükəsizlik, əməkdaşlıq və qarşılıqlı etimad gündəliyini ön plana çıxarmışdır:

"Bu gün Azərbaycan yalnız öz milli maraqlarını müdafiə edən dövlət deyil, eyni zamanda Cənubi Qafqazda sabitlik, dialoq və gələcək əməkdaşlıq üçün məsuliyyət daşıyan mühüm siyasi mərkəzdir.

Donald Tramp ilə formalaşan münasibətlər və Sülh Şurası çərçivəsində yaranan yeni siyasi dialoq da bu prosesin mühüm tərkib hissəsi kimi dəyərləndirilə bilər. Sülh yalnız sənədlərdə yazılan razılaşma deyil, liderlərin siyasi iradəsində, xalqlar arasında etimadın bərpasında və beynəlxalq platformalarda ədalətli mövqelərin müdafiəsində özünü göstərən canlı prosesdir.

David Seliverstov daha sonra bunları deyib: 

"Qlobal Həmrəylik Şurası olaraq biz Sülh Şurasının missiyasını birbaşa dəstəkləyirik. Hesab edirik ki, dünyada artan qarşıdurmalar, siyasi gərginliklər və humanitar böhranlar fonunda sülh təşəbbüslərinin təbliği və müdafiəsi xüsusi əhəmiyyət daşıyır. Sülh Şurası yalnız siyasi layihə deyil, xalqlar arasında dialoqu, qarşılıqlı hörməti və beynəlxalq məsuliyyəti gücləndirən mühüm platforma kimi qəbul olunmalıdır.

Bu baxımdan Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan dövləti bu gün sübut edir ki, güclü dövlətçilik yalnız hərbi və iqtisadi imkanlarla deyil, həm də sülh yaratmaq iradəsi, diplomatik mədəniyyət və beynəlxalq etimad qazanmaq bacarığı ilə ölçülür.

Biz Qlobal Həmrəylik Şurası olaraq hər zaman Sülh Şurasının təbliğatının, sülh ideyasının, xalqlar arasında anlaşmanın və dövlətlərarası dialoqun yanında olacağıq. Çünki sülh yalnız siyasətçilərin gündəliyi deyil, cəmiyyətlərin gələcəyidir. Ədalətli sülh isə insan ləyaqətinin, dövlət suverenliyinin və qarşılıqlı hörmətin ən ali formasıdır".

 

Son xəbərlər

Azərbaycan və Laos arasında münasibətlər dərinləşir

Azərbaycan–Laos münasibətləri: dostluqdan strateji əməkdaşlığa doğru yeni imkanlar

İctimai Şuranın üzvləri Binəqədidə millət vəkili Azay Quliyevlə görüşüblər

“Azərbaycan Gözəli”nə yerli seriallardan təkliflər gəlib

Ceyhun Aşurov “Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək” İctimai Birliyinə (AHTTSA) yeni sədr seçildi-FOTO

Azərbaycan–Kamboca münasibətləri: qarşılıqlı etimad və əməkdaşlığın yeni perspektivləri

Azərbaycan–Kamboca münasibətlərində iqtisadi əməkdaşlığın prioritetləri

“Azərbaycan Gözəli” piar menecer oldu

YAP Ərdoğanın baş müşavirinin və AKP-li millət vəkillərinin Azərbaycanla bağlı açıqlamalarına etiraz edib

Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib – FOTO/ VİDEO

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığında yeni mərhələ

Xəzərdən Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq

Business Diplomacy and the OBS Global Vision for Collaboration with Australia

Elşən Uluxanlıdan Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı mesaj: Bir video tarixi dəyişə bilməz

“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var”

Qələbələrdən Böyük Qayıdışa: YAP-ın tarixi missiyası

VIII Qurultaydan yeni strateji hədəflərə doğru

SITA və tərəfdaşları səyahətdə biometrik texnologiyalardan məsuliyyətli istifadə üçün koalisiya yaradıblar

Cəbrayılın yeni şəhər modeli

4 Oktyabr – Cəbrayıl şəhəri günü: Zəfərdən Böyük Qayıdışa uzanan yol

Vətənə sədaqətli xidmət nümunəsi

Azərbaycanın dayanıqlı iqtisadi inkişaf perspektivləri

Bakı qlobal investisiya platformasına çevrilir

"Azərbaycan-Türkiyə qardaşlığı əbədidir"

Anım Günündə şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram

ÖLDÜ VAR, DÖNDÜ YOXDUR…

Naxçıvan şəhər 10 nömrəli məktəbdə şəhid mayor Vüsal Vəliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

“İSLAMDA QİDA MƏDƏNİYYƏTİ” – QİDA, SAĞLAMLIQ VƏ MƏNƏVİ DƏYƏRLƏRİN KƏSİŞMƏSİNDƏ YAZILMIŞ KİTAB

Vətən müharibəsi və şanlı Qələbə

Bir şəhidin anası, min qəhrəmanın doğması – Gülşad anamıza doğum günü təbriki…

Bütün xəbərlər