BAKU Azərbaycan
27.64 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Tibb Universitetinin (ATU) İnsan anatomiyası və tibbi terminologiya kafedrasının professoru, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin Ağsaqqallar Şurasının sədri, Əməkdar müəllim Mübariz Allahverdiyevin yeni çapdan çıxmış "Xocalı harayı" kitabının təqdimat mərasimi keçirilib. 

AZƏRTAC xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Vətənin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Əməkdar həkim Taryel Eyvazov “Xocalı harayı” kitabının əhəmiyyətinə toxunub. O, əsərin ərsəyə gəlməsində əziyyəti olan hər kəsə təşəkkür edib. 

Daha sonra M. Allahverdiyevin həkimlik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. 

Tədbirdə çıxış edən ATU-nun Oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinur bildirib ki, Xocalı soyqırımını törədənlər insanlığa sığmayan hərəkətlər ediblər. O, eyni zamanda deyib ki, Xocalı faciəsi zamanı törədilən vəhşiliklərə baxmayaraq, Azərbaycan xalqı düşmənin qarşısında baş əyməyib, işğal altında olan torpaqlar azad edilib. 

Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova Xocalını “Sağalmaz yara” adlandırıb. O bildirib ki, gənc nəsil bu faciəni unutmamalıdır. “Bununla bağlı tədbirlər və kitablar bu işə töhfə verə bilər”, - deyə o diqqətə çatdırıb. 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı-jurnalist Mövsümağa Ədalətoğlu "Xocalı harayı" kitabının çapı ilə əlaqədar M. Allahverdiyevi təbrik edib. Bu cür kitabların nəşrinin və yayılmasının vacibliyini qeyd edən yazıçı-jurnalist müəllifə yeni yaradıcılıq uğurları arzulayıb.

Milli Qəhrəman Asif Məhərrəmovun qardaşı Ədalət Məhərrəmov və digər natiqlər də Xocalı soyqırımının tanıdılmasında bu cür kitabların əhəmiyyətli olduğunu vurğulayıblar. Xocalıda törədilən vəhşiliklərin tanıdılmasında belə əsərlərin vacib olduğunu bildiriblər. 

Sonda çıxış edən professor M.Allahverdiyev vurğulayıb ki, onda "Xocalı harayı" kitabını yazmaq fikri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlar azad edildikdən sonra yaranıb. “Bu kitabda Xocalı soyqırımı zamanı yaşanan vəhşəti qələmimlə və poetik dillə dilə gətirdim”, - deyə o diqqətə çatdırıb.

Son xəbərlər

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Bütün xəbərlər