BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

İndoneziyanın ANTARA Milli İnformasiya Agentliyi Azərbaycanın bu ölkədəki səfiri Cəlal Mirzəyevin müsahibəsi əsasında “Avropa İttifaqı və Azərbaycan enerji sektorunda strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb” başlıqlı məqalə yayımlayıb.AZƏRTACxəbər verir ki, məqalədə Avropa İttifaqı ilə Azərbaycan arasında cari il iyulun 18-də Bakıda imzalanan enerji sektorunda strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti barədə ətraflı məlumat verilir. Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin bu əməkdaşlığı yüksək qiymətləndirməsi və onu Avropanın enerji xəritəsini tamamilə dəyişəcək layihə hesab etməsinə dair fikirlər əksini tapıb. Həmçinin, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin Memorandumun Aİ üçün Azərbaycanla enerji sahəsində əməkdaşlıqda yeni səhifə açması ilə bağlı sözlərinə istinad edilib.Məqalədə səfir Cəlal Mirzəyevin sənədin imzalanmasının məqsədinin parnik qazlarının azaldılması yolu ilə temperaturun 1,5 dərəcə Selsi aşağı salınması barədə Paris Sazişinin ratifikasiyasının həyata keçirilməsi səylərinin bir hissəsi olduğu barədə fikirləri də qeyd edilib. Bununla yanaşı, səfirin təbii qazın hələ uzun müddət Avropa İttifaqında enerji istehlakı baxımından mühüm rol oynamaqda davam edəcəyi barədə fikirləri vurğulanıb.Yazıda, həmçinin, səfirin bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində, o cümlədən elektrik enerjisi mübadiləsində əməkdaşlıq potensialının nəzərdən keçirilməsinin vacibliyini qeyd etdiyi, Azərbaycan və Aİ-nin ərazi bütövlüyünə, beynəlxalq sərhədlərin toxunulmazlığına, bir-birinin, o cümlədən Aİ-yə üzv olan bütün dövlətlərin müstəqilliyinə və suverenliyinə, eləcə də mehriban qonşuluq münasibətləri prinsipinə qarşılıqlı hörmət və dəstəyə sadiq olduqlarını vurğuladığı əksini tapıb.Səfirin enerji sektorunda strateji tərəfdaşlıq sahəsində təbii qazın, eləcə də “yaşıl enerji”nin Aİ-yə nəqlini asanlaşdırmaq və əməkdaşlığı genişləndirmək məqsədilə həyata keçirildiyini söylədiyinə diqqət yönəldilib.C.Mirzəyevin Xəzər təbii qazının Aİ ölkələrinə çatdırılması, həmçinin tədarükün şaxələndirilməsi üçün Cənub Qaz Dəhlizinin qazı Qərbi Balkan ölkələrinə də göndərmək potensialına malik olduğunu, 2027-ci ildən sonra dəhliz vasitəsilə Aİ-yə hər il 20 milyard kubmetr qaz ixracının dəstəklənəyəcəyini bildirdiyi vurğulanıb.Qeyd edək ki, ANTARA Milli İnformasiya Agentliyinin yaydığı məqalə İndoneziyanın digər mətbu orqanları tərəfindən də təkrar yayımlanıb.

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər