BAKU Azərbaycan
21.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə günümüzün ən aktual məsələlərinə toxunaraq ölkəmizdə görülən və görüləcək işlərdən danışdı. Hər şeydən əvvəl, ərzaq və qida təhlükəsizliyi mövzusunda bir sıra məsələlərə aydınlıq gətirdi. Hər kəsə aydındır ki, dünyada mövcud olan kəskin hərbi-siyasi qarşıdurma və davam edən pandemiya bəşəriyyəti aclıq təhlükəsi ilə üzü-üzə qoyub. Belə olan halda, hər bir milli dövlətin ən əsas prioritetlərindən biri özünün ərzaq təhlükəsizliyi problemini həll etməsidir. Əgər hər hansı bir ölkə bu mühüm məsələnin öhdəsindən gələ bilmirsə, zamanla iqtisadi, sonra isə siyasi müstəqilliyini itirməyə məhkum olur. Çünki milli iqtisadi və maliyyə resurslarının böyük əksəriyyəti istehlak tələbatını ödəməyə xərclənir. Nəticədə milli gücün iqtisadi komponentləri tükənir və dövlət zəifləyir. Bu isə yaşadığımız indiki mürəkkəb tarixi mərhələdə qətiyyən yol verilməzdir. Üstəlik, nəzərə almaq lazımdır ki, ərzaq və qida məhsulları bazarı həm də hibrid müharibələrin bir komponentidir. Bəzən səssiz müharibə komponenti o qədər təsirli olur ki, uzunmüddətli perspektivdə milli genetik fondu belə təhlükə altına alır. Ona görə də Azərbaycan Prezidenti həmişə ölkəmizin özünü təmin edən imkanlara sahib olmasına diqqət yetirib. Torpaqlarımızın işğaldan azad edilməsi ilə bu vəzifənin yerinə yetirilməsi üçün olduqca əlverişli şərtlər yaranıb. Şübhəsiz ki, ərzaq təhlükəsizliyi dedikdə, ilk ağıla gələn təməl qida maddələri, buğda, ət, yağ, içməli su və.s kimi məhsullardır. Vətən müharibəsindən sonra bu təməl qida vasitələri ilə təmin olunmamız üçün işğaldan azad edilmiş torpaqlarımız olduqca geniş potensiala sahibdir. İstər içməli və suvarma su ehtiyatları baxımından, istərsə də əkinəyararlı torpaq ehtiyatlarımızda qida vasitələri istehsal etmək baxımından hazırda ölkəmizdə çox böyük işlər görülür.Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.Deputat bildirib: “Azərbaycan Prezidenti qeyd etdi ki, bu gün biz özümüzü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edirik. Bu, yaxşı göstərici hesab edilsə də, məqsəd bu göstəriciləri daha da yaxşılaşdırmaqdır. Bunun üçün olduqca əlverişli imkanlar və perspektivlər artıq təmin edilib. Başqa bir mühüm məqam ondan ibarətdir ki, Vətən müharibəsindən sonra suveren ərazilərimizdə Azərbaycan qanunlarının tam tətbiqi nə zaman və hansı yollarla mümkün olacaq. Bu mövzuda Azərbaycan Prezidentinin fikirlərindən aydın olan məntiq odur ki, indiki vəziyyət tamamilə milli maraqlarımıza cavab verir və faktiki vəziyyətdə Azərbaycan öz imperativ mövqeyi sayəsində regionumuzun gələcəyi ilə bağlı şərtləri diktə edir. Bu, əlbəttə, qürurvericidir. Doğurdan da Qarabağ ətrafında baş verən son hadisələr və onun nəticələri bir daha göstərdi ki, Azərbaycanın iradəsinə qarşı çıxmaq çox baha başa gəlir. Azərbaycanda yaşayan, yaxud da yaşamaq istəyən hər kəs ölkə qanunlarına qeydsiz-şərtsiz əməl etməlidir.H.Babaoğlunun sözlərinə görə, Qarabağda yaşayan ermənilərin davranışlarına və onların mümkün perspektivlərinə toxunan Prezident İlham Əliyev ilk dəfə idi ki, bəzi məsələləri açıq şəkildə ictimailəşdirdi. Bəlli oldu ki, ermənilər müxtəlif vasitələrlə Azərbaycandan müxtəlif xahişlər edirlər. Bu isə özlüyündə Azərbaycan qanunlarına tabe olmağın və cəmiyyətimizə inteqrasiya olunmağın ilkin addımları kimi qiymətləndirilə bilər. Ona görə də Prezident İlham Əliyev Azərbaycanın mövqeyini bir daha çox konkret şəkildə bəyan edərək bir sıra ünvanlara olduqca ciddi mesajlar verdi. Prezident İlham Əliyev bildirdi: “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi”. Bu fikirdən belə aydın olur ki, ermənilərin törətdikləri avqust təxribatlarından sonra Azərbaycanın cəza tədbiri kimi həyata keçirdiyi “Qisas” əməliyyatı onlara çox baha başa gəlib və Azərbaycanı durdurmaq üçün bir sıra ünvanlara çoxsaylı yalvarışlar ediblər. Ancaq bunun heç bir xeyri olmayıb. Bu hadisədən ermənilər yaxşı və düzgün dərs çıxarmağı bacarmalıdırlar. Ona görə də hazırkı vəziyyəti təsvir edərkən Prezident bildirdi ki, Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Bu, həqiqətdir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Bu, reallıqdır. Şübhəsiz ki, bu reallıq son nəticədə hər qarış ərazimizdə Azərbaycan dövlətinin suveren hüquqlarının təmin olunması reallığına gətirib çıxaracaq.

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər