BAKU Azərbaycan
21.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Avqustun 12-də Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsi zamanı Ermənistana, o cümlədən Qarabağda maraqları olan ölkələrə açıq və konkret mesajlar verdi. Dövlətimizin başçısı bildirdi ki, əgər ermənilər yenə də buna oxşar təxribat törədərlərsə, cavab eyni olacaq və heç kim Azərbaycana mane ola bilməz. Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Əslində, bu fikirlər 44 günlük Vətən müharibəsinə də işarə edirdi. Belə ki, müharibənin gedişində Ermənistan güc sahibi ölkələrdən və böyük təşkilatlardan mədət umsa da, onların bütün yalvarışları demək olar cavabsız qaldı. Maddi-texniki yardımlar olsa da, işğalçı ölkə ümumilikdə gözlədiyi köməyi almadı.Beynəlxalq hüquqa hər zaman zidd davranışlar sərgiləyən Ermənistan bu dəfə də başqa dövlətin ərazisində apardığı müharibəyə görə söz sahibi olan dövlət və təşkilatlardan Azərbaycan əleyhinə dəstək istəyirdi. Təəssüf ki, bəzi hallarda onlar buna nail olurdular. Amma dövlətimizin başçısının da dediyi kimi, nə olursa-olsun, Azərbaycan öz məqsədlərinə nail oldu. Çünki ölkəmiz beynəlxalq səviyyədə tanınmış ərazisini tam haqlı olaraq müdafiə edir, bütün təzyiqlərə rəğmən, xarici siyasətini uğurla davam etdirir və beynəlxalq aləmdə nüfuzunu qoruyur. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı kimi təşkilatlarla fəal əməkdaşlıq həyata keçirilir. Eyni zamanda, bir-biri ilə düşmən münasibətdə olan ölkələrlə əlaqələrini neytral müstəvidə davam etdirir. Bütün bunlar Prezident İlham Əliyevin uzaqgörənliyi və dünya siyasi sistemini dərindən bilməsinin nəticəsidir.

 

Türkiyə ilə koordinasiyalı müttəfiqlik əlaqələri 

 

Azərbaycan-Türkiyə münasibətləri Vətən müharibəsi zamanı daha çox nəzərə çarpsa da, əslində, bu əlaqələrin yüksək səviyyəyə qalxması 10 illər əvvəldən başlamışdı. Bu səbəbdəndir ki, müharibədən əvvəl Azərbaycan və Türkiyə hərbi sahədə birgə təlimlər keçirirdilər. İki qardaş ölkə geosiyasi mənzərəni yaxşı analiz etdiyi üçün hərəkət mexanizmlərini və zamanı da düzgün müəyyənləşdirmişdi. Dünyada dəyişməkdə olan güc mərkəzləri yeni dünya düzənində bir xeyli fərqliliklər yaratdı. Prezident İlham Əliyev və Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğan iki qardaş ölkə arasında süni yaradılan səddin mahiyyətini çox gözəl anladılar. Nəticədə 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız təkcə düşmən ölkənin işğalından azad olunmadı, eyni zamanda, Ermənistana mütəmadi dəstək verən, ərazilərimizi hər cür qanunsuz proseslər məkanına çevirən dövlətlərdən də xilas etdi. Əlbəttə, Azərbaycanın tarixi Qələbəsi nəinki Ermənistanı sarsıtdı, həmçinin hazırda ölkəmizə qarşı dini, psixoloji cəhətdən mübarizə aparan dövlətlərə də məğlubiyyət hissi yaşatdı. Lakin kim necə istəyir hərəkət etsin, Azərbaycan bu haqq yolundan geri çəkilməyəcək. Ölkəmiz qardaş Türkiyənin strateji müttəfiqliyi, mənəvi dəstəyi və qardaşlığı ilə bundan sonra da bütün hədəflərinə çatacaq.

 

Azərbaycanın sülh siyasəti və regionun gələcəyi

 

Siyasi deformasiyaya uğrayan Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın bütün müddəalarını yerinə yetirmir. Əlbəttə, anlamaq olur ki, siyasi və iqtisadi cəhətdən müstəqil olmayan qonşu ölkə öz gələcəyini təyin etməkdə belə aciz və qərarsızdır. Çünki perspektivləri yaxşı qiymətləndirən, inkişafı, sülhü istəyən ölkələr hər zaman hüquqi prinsiplərə əməl edir, beynəlxalq səviyyədə tanınmış sərhədləri tanıyır və ərazi iddialarından uzaq olurlar. Düzdür, Ermənistan kimi xarakteri və siması olmayan ölkələr bu səmimiyyətdən uzaq olsalar da, onlar da anlayırlar ki, Azərbaycanla normal münasibətlər qurulmadan inkişafları qeyri-mümkündür. Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da söyləyib. Bildirib ki, biz Azərbaycanla birlikdə Ermənistanla olan yaxınlaşmanı inkişaf etdiririk. Buraya sərhədlərin açılması, ticarət alış-verişi və dünya bazarlarına açılmaq da nəzərdə tutulur. Təbii ki, bütün bu proseslər Ermənistanın Azərbaycanla olan əlaqələrindən asılı olacaq. Bu da regionun iqtisadi potensialından yararlanmaq şansı deməkdir. Nəinki Azərbaycan, Ermənistan və digər qonşu ölkələr də bundan çox böyük faydalar götürə bilərlər.

Bütün ölkələr gözəl anlayırlar ki, müharibə dünya iqtisadiyyatına birbaşa təsir edir. Nəticədə isə qıtlıq və qiymət artımı müşahidə olunur. Məsələn, təqribən 8 aydır davam edən Rusiya-Ukrayna müharibəsini qeyd edə bilərik. Ukrayna və Rusiya dünyanın ən böyük 5 taxıl ixracatçısından ikisidir. Bu iki ölkə arasındakı müharibə səbəbindən hazırda dünya bazarlarında inflyasiya hökm sürür, taxılın qiymətləri kəskin şəkildə artır.

Müharibə nəinki savaşan ölkələrə, hər kəsə mənfi təsir göstərir. Amma belə çıxır ki, Ermənistan bu problemləri ya görmür, ya da anlamaq istəmir. Siyasi müstəqilliyi bir neçə ölkə tərəfindən tənzimlənən Ermənistan hələ də destruktiv siyasət nümayiş etdirir. Amma onlar anlamalıdırlar ki, bu cür davranışların faydası yoxdur. Əgər Ermənistan yenə də təxribat törədərsə, ölkəmiz öz ərazisində - Qarabağda istənilən əməliyyatları keçirə bilər. Qarabağda və sərhəddə mütəmadi təxribatlar yalnız və yalnız Ermənistanın özünə zərər verir və verəcək. Biz bunu istər 2021-ci ildə, istərsə də bu il avqustun 3-də “Qisas” əməliyyatı zamanı gördük. Belə ki, baş verən erməni təxribatları nəticəsində Ordumuz həm Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinə sarsıdıcı zərbələr endirdi, həm də önəmli yüksəklikləri nəzarətə götürdü. Bu da Qarabağın təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır.

 

 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər