BAKU Azərbaycan
21.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 6-cı bəndinə uyğun olaraq Azərbaycan 3 il müddətində Laçın dəhlizinə alternativ yolun tikintisini bitirməli idi. İşğaldan azad olunmuş ərazilərdə böyük bərpa və quruculuq işlərini həyata keçirən dövlətimiz bu yolu 3 ilə deyil, daha az müddətdə bitirdi. Buna görə Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış ermənilər avqust ayının sonuna qədər həmin ərazilərdən çıxarılır. Ermənilərin işğal müddətində Yaxın Şərq ölkələrindən gətirilərək həmin ərazilərdə qanunsuz şəkildə məskunlaşdırılıb. Yəni, onları Azərbaycan dövlətinə, yaşadıqları torpağa bağlayan hüquqi əsaslar yoxdur. Təbii ki, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin vaxtilə Azərbaycan vətəndaşı olmuş və həmin ərazilərdə məskunlaşmış ermənilərə münasibəti bəllidir. Dövlətimizin başçısı son müsahibəsində də bununla bağlı açıq şəkildə bildirib: “Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil. Yəni, biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərdən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərdən tərkib hissəsidir. Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan dövləti digər vətəndaşlarının, Azərbaycanda yaşayan digər xalqların hüquqlarını necə qoruyursa ermənilərin də hüquqlarını elə qoruyacaq”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə söyləyib.

O qeyd edib ki, işğaldan azad olunmuş torpaqlarımızda məskunlaşdırılmış ermənilər bu gün Azərbaycan dövlətinin hər hansı bir müdaxiləsi və təzyiqi olmadan köçürlər. Halbuki, 1992-ci ildə Laçın rayonu işğal olunan zaman erməni silahlı qüvvələri yüzlərlə vətəndaşımızı qətlə yetirib və əsir götürüblər. Yaşayış məskənlərimizi, tarixi, milli və dini abidlərəmizi talayaraq məhv ediblər. Sakinlərin yaşayışı üçün zəruri əşyalarını götürmələrinə belə imkan verməyiblər. Amma indi Azərbaycan dövləti qanunsuz məskunlaşmış ermənilərin köçmələrinə imkan yaratsa da, onlar dinc şəkildə getmək əvəzinə, yenə də evləri, obyektləri, meşələri yandırır, ərazini minalayırlar. Əlbəttə, bütün bunlar həmin torpaqların sahibinin hansı xalq olduğunu göstərir - köçən zaman qayıdacağını bildiyi üçün heç bir əşyasına zərər vurmayan azərbaycanlı və bunun əksinə, həm gələndə, həm də gedəndə özünün olmadığını bildiyi üçün tikililərlə yanaşı, təbiəti də məhv edən erməni. Fərq budur!

“Siyasi strategiyada qüvvət, zaman və məkan elementləri çox önəmlidir. Zamanında edilməyən, dəyərləndirilməyən fürsətin bərpası üçün bəzən onilliklər sərf edilməli olur. Ona görə “nəyi necə, nə vaxt etmək lazımdır”ı bilmək vacib amildir. Azərbaycan dövləti işğal edilmiş torpaqlarının azad olunması üçün qeyri-konstruktiv mövqe sərgiləyən Ermənistanla 30 ilə yaxın danışıqlar apardı. Bu müddətdə dövlətimizə qarşı təhdid və təxribatlar da həyata keçirildi. Danışıqlarla yanaşı, ölkənin iqtisadiyyatı, hərbi potensialı da inkişaf etdirilirdi. Bütün bunlar danışıqların davam etdirilməsinin daha faydasız olduğu zaman yaradılmış iqtisadi imkana, formalaşdırılmış hərbi potensiala söykənən addımın atılması üçün fürsətin gözlənilməsi məqsədi daşıyırdı. Yəni, Prezident İlham Əliyevin formalaşdırdığı və Azərbaycan dövlət idarəçiliyinin, daxili və xarici siyasətin əsas tezisi olan “nəyi necə, nə vaxt etmək lazımdır” konsepsiyası özünü doğrultdu. Azərbaycan dövlətinin 30 ildə əsas problemi olan “torpaqların işğaldan azad olunması” “nəyi necə, nə vaxt etmək lazımdır” tezisi əsasında baş diplomat və Ali Baş Komandan olaraq Prezident İlham Əliyevin strategiyası əsasında həyata keçdi. Ermənilərin bizə qarşı torpaq iddiaları 200 ilə yaxındır davam edir. Hətta havadarlarının köməyi ilə tarixi torpaqlarımızı ələ keçirsələr də, Azərbaycan ədaləti bərqərar edərək öz ərazilərini işğaldan azad etdi. Ona görə ölkəmizin bu Qələbəsi təkcə 30 illik işğala yox, 200 illik düşmənçiliyə cavab oldu”, -deyə Yalçın Hacızadə vurğulayıb.

O əlavə edib ki, müharibədə qazanılan Qələbə qədər onun nəticələrinin qorunması və rəsmiləşdirilməsi də vacibdir. Prezident İlham Əliyev tərəfindən aparılan siyasət, qüvvət, zaman və məkan elementlərinin düzgün seçilməsi ona “nəyi necə, nə vaxt etmək lazımdır” konsepsiyasında düzgün və milli maraqlara söykənən qərar qəbul etmək imkanı verir.

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər