Siyasət
23.08.2022 / 22:29
GTİB gənclərə insan resursları ilə bağlı təlimlərə başlayıb
Avqustun 21-də "Gənclərin Töhfəsi'' İctimai Birliyinin təşkilatçılığı ilə Gənclər Təşkilatlarının Resurs Mərkəzində ''İnsan resurslarının rolu və əhəmiyyəti'' və "Bədən dili və ünsiyyət mədəniyyəti" mövzusunda təlimlər keçirildi.İşlərinin peşəkarları olan təlimçilər Rəşid Ağayev və Rüfanə Quliyeva tərəfindən sentyabrın ayının sonunadək maarifləndirici silsilə təlimlərin keçirilməsi nəzərdə tutulub. Təlimin məqsədi insan resursları üzrə bilik və bacarıqlarını artırmağa çalışan şəxslərə gələcək karyeralarını peşəkar mütəxəssis olaraq qurmaları üçün dəstək olmaq mahiyyəti daşıyır.