BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Liviyada, Suriyada və digər vətəndaş müharibəsi gedən ölkələrdə, eyni zamanda bir çox  dövlətlərin ərazilərində olan münaqişələr təəssüflər olsun ki, 90-cı illərin əvvəllərində məhz Azərbaycanda da baş vermişdir. İndiki gənclərimiz o qara tarixi yaşamayıblar. Elə yaxşı da ki, yaşamayıblar! Ancaq biz təəssüflər olsun ki, uşaq olsaq da həmin faciəli günləri yaşamışıq və şahidi olmuşuq! Həmin dövrdə nə BMT, nə digər beynəlxalq təşkilatlar, nə də xarici dövlətlər ölkəmizdə olan vətəndaş müharibəsinə ciddi bir reaksiya vermir və heç bir barışdırıcı mövqe sərgiləmirdi. Səbəb də məlum idi: “parçala və hökm sür”! Bunun nəticəsi olaraq tarixi ərazilərimiz Ermənistan tərəfindən işğal olundu! Bir milyon qaçqın və məcburi köçkünlərimiz öz dədə-baba torpaqlarından zorla çıxarıldı, on minlərlə şəhid verdik, soydaşlarımız yaralandı, əsir götürüldü, bir sözlə, böyük bir faciə yaşadıq! Hələ də həmin tarixi xatırlayanda insanlarımız göz yaşlarını saxlaya bilmir! 30 il biz bu dərdlə yaşadıq! Ölkə talan olunmuşdu, həm daxildən-  o vaxtki hakimiyyət nümayəndələri tərəfindən, həm də xaricdən - qonşu dövlət tərəfindən! Bilirsiniz, bu, gənc müstəqil dövlət və xalq üçün çox ağrılı bir tarix idi. Faciə qurbanı olan bir xalqa öz dövləti sahib çıxa bilmirdi, ya da çıxmaq istəmirdi! Ölkənin hər bölgəsində separatizm hökm sürürdü. Paytaxta isə hakimiyyət üstündə savaş gedirdi, bütün ölkə boyu aclıq və çörək növbələri mövcud idi. Tarixi torpaqlarımız isə hər gün işğala məruz qalırdı. Belə bir dövrdə hakimiyyət təmsilçiləri xalqın qarşısana çıxmır və ancaq hakimiyyət uğrunda bir-birləri ilə mübarizə aparır və büdcədə qalan vəsaiti talayırdılar. Belə bir dönəmdə xalqın ziyalılarının təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev Bakıya gəlir və üzərinə böyük yük götürür: həm ölkənin xilası, həm də qardaş qırğının qarşının alınması. Həmin tarixdə iki yol var idi: ya müasir Azərbaycanın var olması, yaxud da məhv olması. Həmin dövrü xatırlayanlar bilir söhbət nədən  gedir. Ölkə səfalət içində idi, xalq acından qırılırdı, bir tərəfdən qardaş qırğını baş verir, digər tərəfdən isə həm separtizm, həm də ərazilərimizin işğalı baş verirdi. Hakimiyyətdə təmsil olunanların bir hissəsi paytaxtdan qaçmışdılar, bir hissəsi isə evində ya da səfirliklərdə gizlənmişdi. Bu tarixdir, yəni kimsə bu tarixi dana bilməz! 30 il öncə baş verən bir tarix! Hətta yadımdadır ki, Ümummilli Lider Heydər Əliyev o vaxt Gəncədə baş qaldıran qiyamçılarla və şəxsən qiyamçı dəstənin başcısı olan Sürət Hüseynovla görüşə gedəndə hakimiyyət nümayəndələrinə təklif etmişdi ki, gəlin gedək, ancaq o vaxtki hakimiyyət təmsilçilərindən heç biri bu səfərə qatılmamışdır. Bu, sadəcə bir fəlakət idi. Özlərinin necə qorxaq və rəzil olduqlarını xalqa göstərmiş oldular! Başqa cür ola da bilməzdi! Bir hakimiyyətdə ki, o cür klonlar oturmuşdu onlardan başqa nə gözləmək olardı?! 

Ulu Öndərin Gəncə səfəri baş tutdu və qiyam dayandı, daha sonra cənubda və şimalda baş verən separatizmlərin də qarşısı alındı. Bütün bunları sözlə demək bəlkə də çox asandır, ancaq həmin tarixi anların necə çətinliklə baş verməsini həmin dövrdə yaşayanlar çox yaxşı bilir. Mümkünsüzü mümkün edən şəxsiyyətin əziyyətləri, yuxusuz gecələrinin sayəsində oldu, həyatına təhlükələr, ölüm təhdidləri, ona qarşı olan terror və s… Daha sonra Ermənistanla atəşkəsin razılaşması və ölkəmizin inkişaf strategiyasının qurulması başladı. Bütün bunlar baş verərkən AXC-Müsavat başbilənləri harada və nə işlə məşğul idilər? Bu sual maraqlı deyilmi?! Əlbəttə, maraqlıdır! Səfirliklərin zirzəmilərində gizlənmişdilər Surət Hüseynovun, Əlikram Hümbətovun və digər qiyamçı və seperatçıların qorxusundan. 

Bir hakimiyyətinki, Prezidenti qaça, digər rəhbər vəzifələrdə təmsil olunanlar isə klon kimi ortada şou göstərə, yaxud gizlənə, belə hakimiyyət təmsilçilərini unutmaq olar? Əlbəttə yox! Bu gün kitab rəfinin qabağında oturub xaricdə erməni lobbisindən qrantlar alıb Youtube kanalı açan “zurnalist”lərə hər gün müsahibələr verən Əli Kərimli "Həmin dövrdə harda idi" sualına az öncə mən özüm cavab verdim, əslində! 

Bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən möhkəm qurulan müasir Azərbaycan tarixi bir şəxsiyyətə, dünya siyasi arenasında xüsusi nufuza malik olan İlham Əliyevə həvalə olundu. Onun məsuliyyəti daha da böyük idi. Dahi Ulu Öndərdən sonra ölkənin müstəqilliyini qorumaq, daha  da inkişafa aparmaq, xalqın rifahını yüksəltmək, ordunu gücləndirmək, sabitliyi qorumaq və s. Bütün bunlarla yanaşı, ən böyük tarixi gün gözləyirdi cənab İlham Əliyevi- hər bir azərbaycanlının qəlbində sağalmaz yara bağlayan, 30 il əzində hər gün yuxudan o ümüdlə qalxdımız işğal altında olan torpaqlarımızın azad olması günü! Bunun üçün böyük addımlar atmaq, iqtisadiyyatı gücləndirmək, ordu quruculuğunu möhkəmləndirmək, xalq arasında milli birlik yaratmaq, uğurlu xarici siyasət qurmaq və s. Bütün bunları həyata keçirmək üçün vətən, xalq  sevgisi, ata vəsiyyətini hər an yadında saxlamaq, səbr, yüksək intellekt, siyasi bacarıq, qətiyyət və sonda da Dəmir Yumuruq lazım idi! Şükürlər olsun ki, bu sadaladıqlarım və daha çox müsbət keyfiyyətlərin hər biri cənab İlham Əliyevdə cəmlənib. Xalqımızın ona olan inamı, sevgisi heç bir zaman tükənmədi, çünki Azərbaycan xalqı müdirik və qədirbilən xalqdır! Bu xalq heç bir zaman 90-cı illərdə başına gətirilən bəlaları unuda bilməzdi, Ulu Öndərin canı bahasına qoruduğu, inkişaf etdirdiyi ölkənin məhv olmasına imkan verməzdi və vermədi də! Tarixi anı yetişdirən Allah özü xalqımıza kömək oldu və onun sərkərdəsinə böyük güc verərək igid əsgərlərinin sücəti ilə torpaqlarımız 30 ildən sonra düşməndən azad olundu, düşmənə Dəmir Yumuruğun gücünü göstərildi! Düşməni torpaqlarımızdan qovan igid əsgər arxaya baxmadan irəliləyirdi, çünki o əmin idi, öz Ali Baş Komandanından, xalqından! Bilirdi ki, onun Müzəffər Ali Baş komandanı heç vaxt geriyyə addım atmaz! Bu çox böyük amildir! Xatırlayıram, birinci Qarabağ müharibəsində bizim igidlərmiz canlarını fəda edərkən onların nə Ali Baş Komandanı nədə müdafiə naziri var idi onların arxasında. Bu həqiqətən də bir ölkə üçün fəalkət idi. 

Ancaq 2020-ci ildə baş verən Vətən müharibəsində irəli atlılan əsgər bilirdi ki, onun güclü dövləti, Müzəffər Ali Baş Komandanı var. Şükürlər olsun igid əsgərlərimiz öz sərkərdələrinin əmrlərini layiqincə yerinə yetirərək torpaqlarımızı işğaldan azad etdi! Çətin olsa da biz xalq olaraq bunu birlikdə bacardıq! Bütün xarici təsirlərə baxmayaraq öz liderimizin ətrafında sıx birləşdik! Başqa cür ola da bilməzdi, çünki bizim də öz Ulu Öndərimizə bir vəfa borcumuz, bir sədaqət andımız var idi-sona qədər onun qoruduğu müstəqilliyimizi, birliyimizi qoruyub, tarixi torpaqlarımızı düşməndən azad edib, onun layiqli siyasi varisi olan cənab İlham Əliyevin yanında sədaqətlə qalacağıq! Ancaq təəssüfər olsun ki, tarixi unudan, üzsüzlük sindiromundan əziyyət çəkən Əli Kərimli kimi “youtube siyasətçisi” sanki keçmişi unudur, ya da unudulduğuna inanır. Vətən müharibəsindən öncə torpaqlarımızın heç bir zaman azad olmayacağını əminlik deyərək özünü güclü siyasətçi sayırdı, daha sonra isə biabır olduğunu görüb yenidən insanların beyinlərinə təsir etmək üçün Laçın rayonu haqqında çıxışlar etdi, yalan dolu maşınını işə saldı, onun da nəticəsiz olduğunu görərək başqa yollara əl atdı. Saymaqla bitməyən səhvəri, xəyanətləri olan, siayasətdən kənar bir adama düşünürəm ki, elə ən böyük cəzanı xalqımız özü verib! İllərdir ki, müxalifətdə qalıb boş-boş danışmaqla məşğuldur. Hakimiyyətdə olarkən etdiyi səhvələrini, ölkəmizə olan xəyanətlərini  anlamayan bir adam necə durub xalqın adından danışa bilər?! Ölkəmizə qarşı düşmən olan dövlətlərin xüsusi xidmət orqanlarının əlaltısına çevrilən, səfirliklərin maşası olan bir adam ancaq belə ola bilər deyə, düşünürəm! Biz isə xalq olaraq nə keçmişimizi unuduruq, nə də bizə əmanət olunanlara xəyanət edirik! Dünyanın heç bir gücü bizim birliyimizi əlimizdən ala bilməz, çünki biz indi daha da birlik göstərməyə, daha da öz liderimizin ətrafında sıx birləşməyə borcluyuq!

 

Politoloq Ramiz Alıyev

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər