BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Avqustun 30-da Türkiyənin Azərbaycandakı səfirliyində qardaş ölkənin Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilib.AZƏRTAC xəbər ki, tədbirdə əvvəlcə iki ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 30 Avqust - Zəfər Bayramı münasibətilə təbrik məktubunu oxuyub.Səfir Türkiyə Respublikasının qurulduğu gündən bu günədək terror təşkilatlarına qarşı mübarizəsini qərarlılıqla davam etdirdiyini bildirib. O, türk xalqının və Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfər qazandığını qeyd edib.

“Zəfərin nə olduğunu şübhəsiz, qardaş Azərbaycan yaxşı bilir. Qarabağın 30 illik işğalı Türkiyənin siyasi və mənəvi dəstəyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində Qələbə ilə yekunlaşıb”, - deyə Cahid Bağçı diqqətə çatdırıb.Türkiyənin son illərdə inkişaf edərək dünyada böyük güc mərkəzinə və söz sahibinə çevrildiyini vurğulayan səfir ölkəsinin mühüm beynəlxalq məsələlərin həllində fəal iştirak etdiyini vurğulayıb. Bu xüsusda koronavirusa qarşı mübarizədə, dünyada taxıl qıtlığı böhranının və digər problemlərin həllində mühüm rol oynadığını diqqətə çatdırıb.Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev qardaş türk xalqını və Türkiyə Silahlı Qüvvələrinin bütün şəxsi heyətini 30 Avqust - Zəfər Bayramı münasibətilə təbrik edərək bildirib ki, yüz il əvvəl qazanılmış bu Zəfər Türkiyənin şanlı tarixinin ən parlaq qələbələrindəndir.

Baş Qərargah rəisi qeyd edib ki, bu gün Türkiyə-Azərbaycan münasibətləri ulu öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə bütün istiqamətlərdə, o cümlədən müdafiə sahəsində də uğurla inkişaf edir. Qardaş ölkələrimiz arasında münasibətlərin bugünkü səviyyəyə çatmasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu var.

Ölkələrimiz arasındakı tarixi, dini və mədəni əlaqələrin hərbi sahədə mövcud əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığını vurğulayan general-polkovnik Kərim Vəliyev deyib: "Hazırda Azərbaycan Ordusunun müasir ordu modelinə, xüsusilə də Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılır. Ölkələrimiz arasındakı qarşılıqlı hərbi əməkdaşlıq birliyimizi daha da möhkəmləndirir. Bu birlik regionda əmin-amanlığın və sabitliyin qorunmasına töhfə verir".

Xarici işlər nazirinin müavini Elnur Məmmədov Zəfər bayramı münasibətilə Türkiyəni təbrik edib, bu qələbənin Türkiyənin bu günü və gələcəyi üçün güclü zəmin yaratdığını bildirib. O, əsrlərə söykənən dövlətçilik tarixi ilə qardaş Türkiyənin bu gün beynəlxalq arenada mühüm rol oynadığını, Türkiyənin bir çox qlobal məsələlərin həll edilməsində etibarlı vasitəçilik rolu olduğunu vurğulayıb.

Nazir müavini torpaqlarımızın işğaldan azad olunması dövründə bütün təzyiqlərə baxmayaraq, Türkiyənin ölkəmizin haqq səsinin eşidilməsi üçün daim dəstək göstərdiyini diqqətə çatdırıb. Türkiyənin haqqın tərəfində olduğunu deyən E.Məmmədov qardaş ölkənin bizə göstərdiyi dəstəyin xalqımız tərəfindən hər zaman xatırlanacağını bildirib.

Nazir müavini, həmçinin Şuşa bəyannaməsinin imzalanması ilə ölkələrimiz arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib. O, ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu və bütün sahələrdə əməkdaşlığın davam etdirildiyini diqqətə çatdırıb.Sonda Türkiyənin milli müdafiə naziri Hulusi Akarın, Türk Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerin, Quru Qoşunları Komandanı ordu generalı Musa Avseverin, Hərbi Dəniz Qüvvələrinin Komandanı admiral Adnan Özbalın, Hərbi Hava Qüvvələrinin Komandanı ordu generalı Atilla Gülanın təbrik videomüraciətləri nümayiş etdirilib.

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər