BAKU Azərbaycan
20.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

 

“İllər keçdikcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının böyüklüyü daha aydın görünür, fəaliyyətinin hər bir istiqaməti bir tədqiqat mövzusu kimi diqqətdə olur. Ümummilli Liderin “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” fikirləri dünənimiz, bu günümüz və gələcəyimiz üçün gördüyü bütün işlərin aydın mənzərəsini yaradır. Vətən, xalq sevgisi atdığı hər bir addımın əsasında dayanıb. Azərbaycanı müstəqil, qüdrətli, xalqımızı yüksək rifah şəraitində görmək istəyən ulu öndər Heydər Əliyevin 1991-ci il 3 sentyabr tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi də Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən biridir.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, Ümummilli Liderin fəaliyyətinin Naxçıvan mərhələsi  nə qədər  mürəkkəb bir dövrə  təsadüf etsə də, bu illərin Azərbaycanın müstəqillik tarixində xüsusi yeri vardır:  “Prezident  İlham Əliyev həmin dövrü belə xarakterizə edir ki, o illərdə nəinki Naxçıvan, eyni zamanda, Azərbaycan üçün  tarixi qərarlar qəbul edilmişdir. Belə ki, o vaxt Naxçıvanın adı dəyişdirildi. Ulu Öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir. Bütün bu addımlar  sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi.”

Millət vəkili  diqqəti həmin dövrdə Azərbaycanın bu günü və gələcəyi üçün atılan addımlar sırasında 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul olunmasına yönəldib: “Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir amal, ideya-azərbaycançılıq məfkurəsi ətrafında sıx birliyinin, həmrəyliyinin yaradılması ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri olub. Bu gün böyük fəxr hissi ilə qeyd edə bilərik ki, məhz dahi şəxsiyyətin  fəaliyyətinin Naxçıvan dövründə bu istiqamətdə yaradılan möhkəm təməl sonrakı illərdə dünya azərbaycanlılarının birliyinin daha da möhkəmləndirilməsində, diaspor quruculuğunun geniş vüsət almasında əhəmiyyətli rol oynadı. Bu gün dünyaya səs salan tarixi Zəfərimizdə də bu birliyin, həmrəyliyin rolu inkaredilməzdir.  Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bu çağırışı etdi ki, müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılardan bir amal ətrafında sıx birlik tələb edilir. Diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Bu istiqamətdə atılan addımların uğurlu nəticəsi tarixi  Zəfərimizdə özünün aydın ifadəsini tapdı.”

Millət vəkili, həmçinin o illərdə  Naxçıvanda Azərbaycanın ictimai-siyasi həyatında mühüm rola malik olan, dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayan Yeni Azərbaycan Partiyasının yaradılmasından da bəhs edib: “1992-ci il noyabrın 21-də müasir  müstəqil Azərbaycanın gələcəyi üçün mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının əsası qoyuldu. Yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanan Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin  bəyan etdiyi kimi, dünənin, bu günün və gələcəyin partiyasıdır. Sıralarını kəmiyyət və keyfiyyət baxımından günbəgün möhkəmləndirən, cəmiyyətin avanqard qüvvəsinə çevrilən YAP bu il 30 illik yubileyini qeyd edəcək. 30 illik yolun təhlilinin ümumiləşdirilmiş ifadəsi olaraq qeyd edə bilərik ki, milyonların sevgisini qazanan YAP bundan sonra da  ölkəmizdə gedən bütün  proseslərin mərkəzində olacaq. Ümummilli Liderin qeyd etdiyi kimi, Yeni Azərbycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir”.

Malik Həsənov bu məqamı da xüsusi qeyd edib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda böyük işlər görülsə də, həmin illərdə ölkədə hakimiyyətdə olanların idarəçilikdən xəbərsiz olmaları, bacarıqsızlığı, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı daxildən parçalanmağa, məhv olmağa sürükləyirdi: “Torpaqlarımızın  işğal olunması, yaranmış gərgin ictimai-siyasi vəziyyət 1993-cü ilin iyununda son həddə çatdı. Azərbaycan öz dövlət müstəqilliyini ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ulu öndər Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verərək 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas etdi.  Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti  nəticəsində 1991-ci il sentyabrın 3-dən Naxçıvandan başlanan müstəqillik yolu uğurla  davam etdirildi. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf, tərəqqi dövrü kimi yazıldı. 2003-cü ildən sonrakı dövr Böyük Yolun davamıdır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın adını tarixə qalib ölkə kimi yazdı. Bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyən Azərbaycan yeni reallıqlar yaratdı. Bu gün Qarabağımızı və Şərqi Zəngəzuru cənnət məkana çevirmək üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Azərbaycanın qazandığı möhtəşəm uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir.”

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər