BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Avqustun 3-də Ermənistanın təxribatına cavab olaraq Ordumuzun keçirdiyi “Qisas” əməliyyatı bir daha sübut etdi ki, haqqımıza qovuşmaq və ədaləti təmin etmək üçün mütləq güclü olmalıyıq. Dünyada və ətrafımızda baş verənləri izlədikcə, ona da əmin oluruq ki, tarixi Zəfərimizi qorumaq və onu əbədi etmək üçün daha sıx birləşməliyik. Çünki açıq-aydın görünən odur ki, Qələbəmizə sevinən qardaş və dost ölkələrlə yanaşı, onu həzm edə bilməyən bədxahlar da az deyil. Ermənistan və havadarları, ilk növbədə, erməni lobbi təşkilatları və onların təsir imkanları qarşısında həssaslıq göstərən məlum siyasi dairələr çox yaxşı bilirlər ki, ölkəmizi zəiflətmək üçün Dünya Azərbaycanlılarının tarixi birliyini sınağa çəkməlidirlər. Bu dairələr onu da gözəl anlayırlar ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin imza atdığı bütün tarixi nailiyyətlərin təməlində şəxsi siyasi iradəsi və qətiyyəti ilə yanaşı, xalqımızın öz Liderinin ətrafında birləşməsi və güclü ordu faktoru dayanır. Tarixən erməniləri əzizləyib gözlərinin üstündə saxlayan və onlardan “əzabkeş, ən qədim və məğlubedilməz millət” mifinin yaradılmasında iştirak edən dairələrə o da məlumdur ki, iflasa uğramış bu mifləri diriltməyin iki yolu var: ya xalqın güvəndiyi və tərəddüd etmədən arxasınca getdiyi Qalib Sərkərdə sıradan çıxarılmalı, ya da xalqın birliyinə nifaq salınmalıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bugünlərdə şəxsi instaqram hesabında etdiyi paylaşımın Prezidentimizlə bağlı olan hissəsi bu mənada xüsusi diqqət çəkir. Həmin hissə belədir: “Onun yükü ağırdır, ancaq onun gücü Ləyaqətli xalqımızın gücündə və birliyindədir!” 

     

“Qisas” əməliyyatından dərhal sonra yüzlərlə erməni hərbçisi Qarabağ bölgəsindən çıxdı və ya qəhrəman Azərbaycan əsgər və zabitinin qarşısında buna məcbur oldu. Halbuki, Ermənistan 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Birgə Bəyanatla üzərinə götürdüyü öhdəliklərə görə bu prosesə Bəyanatı imzaladıqdan dərhal sonra başlamalı idi. Lakin başlamırdı və ya başlamaq üçün ona imkan verilmirdi. Ya da hər iki faktor eyni vaxtda mövcud idi, təəssüf ki, bu gün də mövcuddur. Məhz “Qisas” əməliyyatından sonra Bəyanatda nəzərdə tutulan başqa bir müddəa da həllini tapdı. Ermənilərin və havadarlarının müqavimətinə, əndazəni aşan çirkli və çeşidli oyunlarına baxmayaraq, Laçın şəhəri, Zabux və Sus kəndləri 30 ildən sonra Azərbaycanın nəzarətinə qaytarıldı. Bu tarixi hadisə Ermənistanın ictimai-siyasi həyatındakı qarşıdurmanın daha da gərginləşməsinə səbəb olduğu və erməniləri mənəvi-psixoloji cəhətdən növbəti dəfə sarsıtdığı halda, ölkəmizdəki radikal müxalifətin ayrı-ayrı nümayəndələri və onların sosial şəbəkə ruporları baş verənlərin miqyasını ciddi-cəhdlə kiçiltməyə çalışırlar. Nə qədər acı olsa da, bu, reallıqdır. Səbəbi də odur ki, bir vaxtlar “Prezident İlham Əliyevin rəhbərliyi dövründə torpaqlarımızın bir qarışı da azad edilməyəcək” deyən bu şəxslər növbəti dəfə siyasi fiaskolarını yaşayırlar. Çünki bu tarixi qələbə mərhələsinin arxasında da məhz Prezident İlham Əliyevin imzası dayanır. O imza ki, hər yeni qələbə ilə Azərbaycan xalqının öz ətrafında daha sıx birləşməsinə xidmət edir. İmza sahibinə siyasi qısqanclığın digər səbəbi də budur ki, Laçında Dövlət Bayrağımızı ucaldan qəhrəman əsgər və zabitlərimiz növbəti qələbə raportunu yenə də İlham Əliyevə verirlər. Adını qatı müxalifətçi qoyub siyasi qısqanclıq üzündən hadisənin mahiyyətini kiçiltməyə cəhd edənlər onu da unudurlar ki, Laçın da Şuşa kimi 30 il əvvəl məhz onların hakimiyyət ehtirasının qurbanı olmuşdu. Belələri çox yaxşı bilirlər ki, ənənəvi Laçın dəhlizinin bağlanması və Azərbaycanın nəzarətinə qayıtması ermənilərə hansı mənəvi-psixoloji sarsıntını yaşadır. Bunu çox gözəl bilirlər, lakin etiraf etmirlər. Siyasi səbatsızlıq üzündən deyil. Bu cür tarixi nailiyyətlərin onların iddia etdikləri vətənpərvər müxalifətçi statusunun üzərindən çalın-çarpaz xətt çəkdiyinə, başqa sözlə, siyasi qısqanclıqlarına görə...

   

Hətta ümumilli məsələlərdə siyasi natamamlıq ucbatından siyasi cılızlıq edənlərin bu cür davranışına təəccüblənməyə dəyməz. Onlar üçün vacib olan odur ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə əldə olunan istənilən, o cümlədən tarixi nailiyyətlər ya etiraf olunmasın, ya da onların miqyası nəyin bahasına olursa-olsun kiçildilsin və dövlət başçısı, ədalətsiz şəkildə olsa da, tənqid hədəfinə çevrilsin. Çünki reallıq, həqiqət onlara sərf etmir. Davamlı siyasi uğursuzluq və məğlubiyyət sindiromu belələrini o həddə çatdırıb ki, tarixi faktlar belə, onları qəflət yuxusundan oyada bilmir. Bu da görmək və ya dərk etmək keyfiyyətlərinin zəifləməsindən irəli gəlmir. Sadəcə, siyasi reputasyalarını diriltmək və siyasi fiaskolarını pərdələmək üçün həqiqətləri etiraf etmək istəmirlər. Elə bu səbəbdən, onu da etiraf etmirlər ki, 1991-ci ilin elə bu günlərində, setyabrın 3-də Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi xalqımızın arzusu və təkidli tələbi sayəsində baş tutdu. Məhz Heydər Əliyev şəxsiyyəti xarici və daxili təhdidlər qarşısında Azərbaycan xalqının yeganə və ən etibarlı sipərinə çevrildi. Bu gün ermənilər üçün ənənəvi, “miatsum” yolu hesab etdikləri Laçın dəhlizinin bağlanmasının əhəmiyyətini kiçiltməyə cəhd edənlər, 30 ildən sonra Laçında dalğalanan bayrağımızı görməzdən gələnlər, işğal dövründə Zabux və Sus kəndlərində, Laçın şəhərində qanunsuz məskunlaşdırılan Suriya və Livan mənşəli ermənilərin bu ərazilərdən çıxarılmasının siyasi-tarixi əhəmiyyətini guya dərk etməyənlər çalışırlar ki, ədalətsiz və qərəzli cəhdlərini müstəqilliyimiz yolundakı hansısa şəxsi xidmətlərini abartmaqla pərdələsinlər. Amma belələri unudur ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Muxtar Respublikanın dövlət bayrağı olaraq təsdiq edilmişdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırmışdı ki, həmin bayrağımız Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınsın. Ulu Öndərin bu təşəbbüsünün nəticəsi olaraq, 1991-ci il fevralın 5-də Bakıda Ali Sovet tərəfindən “Azərbaycan Respublikasının Döblət bayrağı haqqında” Qanun qəbul olundu. Müstəqilliyimizin ali rəmzlərindən biri olan Dövlət Bayrağımız Naxçıvanın Ali Məclisində 1990-cı il noyabrın 17-dən, Bakıda isə 1991-ci ilin fevralın 5-dən etibarən dalğalanmağa başladı. Bu tarixi faktları görməzdən gələn bəzilərinin 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən sonrakı siyasi qısqanclığına da təəccüblənməyə dəymir. Onlar unutsalar da, xalqımız unutmayıb və heç vaxt unutmayacaq, tariximizin yaddaşında daima yaşayacaq ki, ümummilli maraqlarımıza xidmət edən Birlik və Türkçülük ideologiyasının ölkəmizdə gerçəkləşməsi təşəbbüsü də Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar bunun əyani sübutudur. 

   

Tarixdə yaşadığımız faktlardan yalnız bir neçəsini yada salmağa  ona görə ehtiyac duydum ki, siyasi qısqanclıq mərəzindən qurtula bilməyən, özünu gah “əsl”, gah ”ana”, gah da “yeganə” müxalifət adlandıran və digər müxalifətçi əqidədaşlarına aşağılayıcı epitetlərlə damğa vurmaqdan çəkinməyən məlum siyasi qrupun bəzi nümayəndələri bəlkə bu cür faktları yada saldıqdan sonra təhrif və unudqanlıqla həqiqəti dəyişmək gücündə olmadıqlarının fərqinə vararlar. Düşündüm ki, Ulu Öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətlərini görməzdən gələn, çoxəsrlik tariximizdə xalqımızın möhtəşəm birliyinə və güclü ordu quruculuğuna müvəffəq olan Prezident İlham Əliyevin tarixi Zəfər və Qələbələrimizin altında dayanan imzasına siyasi qısqanclıqla yanaşan bu kəslər, nəhayət, aradakı fərqi başa düşərlər. Vaxtilə Uinston Çörçill belə demişdi: “Dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir”.  Ulu Öndər Heydər Əliyevin və onun siyasi varisi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dövlət Xadimləri olaraq Xalqımız və müstəqil Azərbaycan qarşısındakı xidmətləri göz önündədir. Siyasi qısqancların isə hər cür siyasi cılızlıqlarına baxmayaraq, gələcək seçkilər barədə düşünmələrində elə bir qəbahət yoxdur. Lakin böyük dövlət adamı Çörçill müdrik kəlamlarından birində bunu da demişdi: “Böyük hadisələr və kiçik insanlar dövründə yaşayırıq”. 

     

Göründüyü kimi, bəşər tarixinin təkrarlanmaq qayəsi də movcuddur. Bəlkə də, yaxşı ki, belədir. Ən azından, ibrət və ədalətli nəticə çıxarılması üçün.

 

Ülvi Quliyev                                                                                           

Milli Məclisin deputatı

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər