BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Ulu öndər, ümummilli lider Heydər Əliyev Naxçıvan əhalisinin və ictimaiyyətinin böyük dəstəyi və təkidi ilə 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Hələ SSRİ-nin rəsmən mövcud olduğu çətin bir dövrdə Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda müstəqil Azərbaycan dövlətçiliyinin ilkin təməlləri hesab olunacaq səviyyədə mühüm işlər həyata keçirildi. İlk növbədə, qeyd edilməlidir ki, Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri seçilməsi öz-özlüyündə həmin dövrdə çox demokratik bir hadisə idi.AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağı ilk dəfə rəsmən Naxçıvan MR Ali Məclisində qaldırılıb. Bununla da milli bayrağımız müstəqil Azərbaycan dövlətinin əsas simvollarından biri olaraq institutlaşdı. Ulu Öndərin təşəbbüsü ilə atılmış bu tarixi addımdan bir müddət sonra üçrəngli bayrağımız Azərbaycan Respublikasının bayrağı kimi də dalğalanmağa başladı. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilmişdi. Naxçıvan MR Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı.

Adil Əliyev əlavə edib ki, Ulu Öndər bu təşəbbüsü irəli sürərkən hələ Naxçıvan MR Ali Məclisinin sədri seçilməmişdi. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Sonralar Ümummilli Lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı”.

Milli Məclis sədrinin müavininin sözlərinə görə, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi təsis edilməsi Ulu Öndərin Naxçıvan Ali Sovetinin Sədri kimi irəli sürdüyü və həyata keçirdiyi uzaqgörən təşəbbüslərdən biridir. 1991-ci ilin dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu barədə Naxçıvan MR Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etdi.

“Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi təsis edilməsi onun Azərbaycanda millət quruculuğuna daha bir töhfəsi idi. Bu əlamətdar hadisənin SSRİ-nin varlığına 1991-ci il 8 dekabrda rəsmi surətdə son qoymuş Belaveja sazişinin imzalanmasından cəmi bir həftə sonra baş verməsi məntiqlidir. SSRİ-nin süqutu ilə digər sovet respublikaları kimi Azərbaycan da müstəqillik əldə etdi.

Yenicə müstəqillik qazanmış ölkələrə xas xüsusiyyətlərdən biri millət quruculuğu prosesinin həyata keçirilməsidir. Azərbaycanda millət quruculuğu mono-etnik deyil, əksinə tamamilə multikultural, inklüziv xarakter daşıyır. Azərbaycanın öz diasporunun təşkilatlanması və əlaqələrin qurulması dünyada bütün azərbaycanlıların həmrəyliyinə və ümumi Vətənimiz Azərbaycan dövlətinə bağlılığına əsaslanıb. Bu da Ulu Öndərin Azərbaycançılıq məfkurəsinin özəyini təşkil edir. Deməli, 31 dekabr Dünya Azərbaycanlıları Gününün təsis edilməsi Ulu Öndərin Azərbaycançılıq məfkurəsinin praktik təzahürüdür.

Beləliklə, ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinin Sədri seçilməsi, təkcə Naxçıvan üçün deyil, ümumilikdə müstəqil Azərbaycan dövlətçiliyinin qurulması baxımından tarixi hadisədir.

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər