BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Ermənistan silahlı qüvvələrinə aid bölmələrin sentyabrın 12-də gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı və davamlı təxribat törətməsi dünya ictimaiyyətinin nəzər və diqqətini yenidən daha həssas şəkildə Qafqaza yönəldib.Təcavüzkar Ermənistanın növbəti hərbi-hücum təxribatı bölgədə uzunmüddətli sülh və sabitliyin yaradılması istiqamətində yaranmış fürsətlərin əldən verilməsinə və yaxud prosesin gecikməsinə öz mənfi təsirini göstərən arzuolunmaz vəziyyətdir. Təəssüflə qeyd etmək lazımdır ki, üçtərəfli bəyanatlar və onlar əsasında əldə edilmiş digər razılıqlar çərçivəsində öhdəliklərə zidd olaraq, qanunsuz erməni silahlı birləşmələri hələ də Azərbaycan ərazisindən tam çıxmayıblar. Ermənistan tərəfi istehsal etdiyi minaları ərazilərimizə döşəməkdə davam edir. Bu və digər anormal gedişlərlə təcavüzkar tərəf yeni əsasız şərtlər irəli sürərək nəqliyyat və kommunikasiyaların açılması prosesinə süni əngəllər yaradır. Bütün bunlar isə iki qonşu ölkə arasında uzunmüddətli sülhün yaranmasına qarşı yönəldilmiş məqsədli təxribatlardır.Azərbaycan-Ermənistan dövlət sərhədindən nə baş verir? Bu sual ətrafında fikir və düşüncələri bölüşmək üçün, ilk növbədə, Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərindəki normallaşma proseslərinə qarşı olan qüvvələrin regiondakı maraq və mənafelərini nəzərdən keçirmək lazımdır. Yaranandan bəri daim başqa-başqa qüvvələrin əlində alət olan Ermənistan bütün dəyişən hərbi-siyasi şəraitlərdə öz hiyləgərlikləri ilə yeni torpaqlar qazanmağa nail olduğu üçün hazırda da bu niyyətindən daşınmaq istəmir.Ermənistan hərbi-siyasi reallıqlardan uzaqlaşdıqca öz daxilində gərginlikləri artıracaqİki il öncə sentyabrın 27-də başlayıb 44 gün davam edən Vətən müharibəsinin Ermənistana verdiyi acı nəticələr göz önündədir. Lakin təcavüzkar tərəf həzm edə bilmədiyi bu hərbi-siyasi reallığı dəyişmək imkanında deyil. Əvvəla təkcə Qafqazda deyil, ümumiyyətlə, keçmiş SSRİ məkanında tamamilə yeni bir situasiya yaranıb. Digər tərəfdən Azərbaycan müstəqil dövlətdir, qüdrətli Ordusu və Türkiyə kimi NATO üzvü olan müttəfiqi var. Bundan sonra Azərbaycanın əl-qolunu bağlayıb, Ermənistanı birtərəfli qaydada hücuma dəstəkləmək istəyənlər olsa belə, bu şəraitin yenidən yaranması mümkünsüzdür.Beləliklə, genişmiqyaslı təxribatların nəticəsi olaraq sentyabrın 12-də başlayan hərbi qarşıdurmanın səbəbləri aşağıdakılardır:-44 günlük Vətən müharibəsinin hərbi-siyasi stressindən yaxa qurtarmaq üçün kiçik sahəni əhatə etsə belə yeni ərazilər işğal etmək;-Dövlət sərhədində strateji üstünlük qazanmaq;-Bu qarşıdurma ilə yeni müzakirə mövzusu yaratmaqla Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərindəki normallaşma prosesini arxa plana keçirmək;-Azərbaycan haqqında yanlış rəy formalaşdırıb siyasi hakimiyyətə təzyiqlər göstərmək.Ermənistanın və təbii ki, mövcud siyasi rəhbərliyinin yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə ayrı-ayrılıqda və üçtərəfli qaydada sülh şəraitində yaşamaqdır. Doğrudur, zaman-zaman saxta “böyük Ermənistan” iddiası ilə zəhərlənmiş düşüncələrdə normal təfəkkür yaratmaq o qədər də asan məsələ deyil. Lakin proseslər göstərir ki, Ermənistan hərbi-siyasi reallıqlardan uzaqlaşdıqca öz daxilində gərginliklərin davamlı artmasına səbəb olacaq. Çünki otuz illik işğal və danışılan yalanları 44 gün ərzində sabun köpüyünə çevirən Azərbaycan Ordusu öz torpaqlarını əzmlə müdafiə edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə göstərilən siyasi qətiyyəti və Azərbaycan xalqının monolit qüvvə kimi öz torpaqlarının müdafiəsində olması Ermənistan ictimaiyyətinə də yaxşı bəllidir.

 

Ermənistan Qafqazın təhlükə sindromudur

 

Ermənistan tərəfi Azərbaycan sərhədləri boyunca hərbiləşməni artırmaq, ölkəmizin ərazilərində icazəsiz və qanunsuz minadöşəmə həyata keçirmək cəhdləri ilə genişmiqyaslı hərbi təxribatlara hazırlaşdığını təsdiq edir. Təkcə bu fakt deməyə əsas verir ki, Ermənistan Qafqazın təhlükə sindromudur. Təcavüzkar dövlətin hərbi-hücum taktikası ilə yeni müzakirə mövzusu yaradıb normallaşma prosesini arxa plana keçirmək cəhdini dəstəkləyən və həvəsləndirən bir sıra maraqlı qüvvələr var. Buna baxmayaraq, baş verən təxribata, yaranmış gərginliyə, itkilərə və beynəlxalq hüquqa edilən qəsdə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi birbaşa məsuliyyət daşıyır. O cümlədən, Ermənistan tərəfinin itkilərinə görə mənəvi və hüquqi məsuliyyət, öz cəmiyyəti qarşısında cavabdehlik mövcud Ermənistan hakimiyyətinin üstündədir.

Nəzərə almaq lazımdır ki, Azərbaycan ilə Ermənistan arasında sonuncu mühüm addım da məhz rəsmi Bakı tərəfindən atılıb. Belə ki, sülhsevər dünya ictimaiyyəti Azərbaycanın 5 erməni hərbçini qarşı tərəfə təhvil verməsini alqışlayıb, bu halı Ermənistan və Azərbaycan arasında sülh prosesi üçün müsbət hal kimi dəyərləndirib. Əgər sentyabrın 12-nə qədər ümumilikdə Qafqazdakı proseslərlə bağlı müzakirə mövzusu Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərindəki normallaşma, eləcə də tərəflərin danışıqları birbaşa davam etdirməsi, münasibətlərin vasitəçilərsiz olaraq formalaşması idisə üstündən bir gün keçəndən sonra hər şey kökündən dəyişdi.

 

Orta Dəhliz beynəlxalq ictimaiyyətin arzu və tələbidir

 

Mövcud Rusiya-Ukrayna müharibəsi Orta Dəhliz məsələsini gündəmə gətirməklə bərabər, bu istiqamətdə mühüm addımların atılmasını təxirəsalınmaz prosesə çevirib. Hazırda Rusiya da daxil olmaqla Avrasiyada elə bir tərəf tapıla bilməz ki, bu dəhlizə ümidlə baxmasın. Ən azı ona görə ki, Rusiya-Ukrayna müharibəsi ən qısa vaxtda dayansa belə, iki qonşu ölkə arasındakı münasibətlərin, eləcə də ictimai əlaqələrin tərəflərin hər ikisinin həzm edəcəyi dərəcədə normallaşması uzun zamana bağlı olacaq. Bu həqiqəti münaqişə tərəfləri də bilir və etiraf edirlər.

Orta Dəhliz barədə Prezident İlham Əliyevin fikirlərinə müraciət edək: “Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu var”. Proseslər göstərir ki, Orta Dəhliz bölgədə yaxın və uzaq ölkələr üçün nəfəsliyə çevrilir. Bu mənada yaxın zamanlarda sülhsevər ictimaiyyət, eləcə də öz xalqlarının rifahı və rahatlığı üçün məsuliyyətini dərk edən tərəflər barmaqlarını uzadıb “Nəfəslik açılmalıdır!”, - deyərək bir ağızdan bağırmağa başlayacaqlar.

Hazırda Ermənistanı yenidən hərbi qarşıdurmaya həvəsləndirməklə bölgədə öz mövcudluğunu qorumağa çalışan təhrikçi tərəflər də Orta Dəhlizə möhtac olduqlarını ən qısa zamanda etiraf edəcək və yaxud açıq mövqe göstərməyə məcbur olacaqlar.

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər