BAKU Azərbaycan
26.75 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Avstriyada yaşayan soydaşlarımız Ermənistan silahlı qüvvələri bölmələrinin sentyabrın 12-də törətdikləri genişmiqyaslı təxribatla əlaqədar beynəlxalq ictimaiyyətə müraciət ediblər.AZƏRTAC xəbər verir ki, Zalsburq Azərbaycan Evinin yaydığı bəyanatda Ermənistanın beynəlxalq hüquq normaları ilə bir araya sığmayan növbəti təxribatından dərin narahatlıq ifadə olunub: “Ermənistanın siyasi rəhbərliyi atəşkəs əldə olunan tarixdən bu günə qədər təxribatlar törətməklə Azərbaycan-Ermənistan sülh danışıqlarını pozmaq və regionda hərbi gərginliyi artırmaq məqsədi daşıyır. Ermənistanın hazırki siyasi elitası 2020-ci il 10 noyabr Bəyannaməsinin şərtlərini yerinə yetirməməkdə, sülh danışıqlarının müxtəlif bəhanələrlə pozmaqda israrlı olduğunu göstərir”.Qeyd edilib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri aparır, eyni zamanda, öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların evlərinə dönüşü prosesinə başlanılıb. Ermənistan isə bütün bunların qarşısını almaq, yenidənqurma işlərini ləngitmək məqsədi daşıyan təxribatlara, beynəlxalq hüquq normalarını pozan tədbirlərə əl atır: “Biz Ermənistan hakimiyyətinin son hərbi təxribatları ilə bağlı beynəlxalq ictimaiyyəti, BMT-ni və digər müvafiq insan haqları təşkilatlarını ədalətli mövqe nümayiş etdirməyə çağırırıq. Biz Avstriyada yaşayan azərbaycanlılar olaraq Azərbaycan Silahlı Qüvvələrinin respublikamızın ərazi bütövlüyünün təmin edilməsi, Ermənistanın təxribatlarının qarşısının alınması, regionda təhlükəsizliyin təmin edilməsi, sabit sülhün və ədalətin bərqərar edilməsi istiqamətində həyata keçirdiyi tədbirləri dəstəkləyirik”.Müraciətdə təcavüzkar siyasət yürüdən Ermənistanın davamlı sülh prosesinə ciddi maneə olduğu, bu qəbuledilməz davranışın qarşısının alınması və rəsmi İrəvanın sülhə sövq edilməsi üçün qətiyyətli addımların atılmasının vacibliyi nəzərə çatdırılıb.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər