BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

34 il əvvəl Xanın kəndində (Xankəndi) erməni separatizminin baş qaldırmasını və Qarabağın işğal olunmasını, milli qürurumuzun və milli kimliyimizin hədəf seçilməsini mümkün etmiş səbəblər toplusunu görəsən, nəhayət, öyrənə bildikmi? Görəsən, bildiklərimizdən və bu illər ərzində yaşadıqlarımızdan dolğun nəticə çıxarmışıqmı?

 

Axı, milli faciələrimizə səbəb olmuşbir çox hadisələr elə də uzaq keçmişdə baş verməyib. Adət-ənənəmizə hörmət edərək, artıq dünyalarını dəyişdikləri üçün adlarını çəkmək istəmirəm. Amma ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycan rəhbərliyinin başında duranlar bir hakimiyyət kürsüsünə görə Kremlin qarşısında mütilik göstərdilər və nəticədə erməni separatizmi Qarabağda baş qaldıra bildi. O zaman ölkəmizə rəhbərlik edənlər yenə də öz kreslolarına görə, ermənipərəst Qorbaçovun diqtəsi və tapşırığı ilə milli maraqlarımızı unudub Heydər Əliyev şəxsiyyətinə qarşı savaş açdılar, davamlı şəkildə onu təqib etdilər. Çünki Mixail Qorbaçovdan üzüyola alət kimi istifadə edən erməni əsilli köməkçiləri çox yaxşı bilirdilər ki, Heydər Əliyev hakimiyyətə qayıdarsa, Qarabağa aid bütün məkrli planları alt-üst edəcək. 90-cı illərin əvvəlində isə yalnız Heydər Əliyev şəxsiyyətinə görə “yaş senzi” məsələsi ortalığa atıldı. O şəxsiyyətə görə ki, onun Azərbaycana rəhbərliyi dövründə erməni separatizmi dizini yerdən qaldıra bilməmişdi. O zaman  bəziləri tez-tez demokratiya deyərək utanmadan iddia edirdilər ki, 75 yaş Prezidentlik üçün son həddir. Bu cürabsurd iddianı təbliğ edənlərin arasında sonradan ölkə rəhbərliyinə gələn AXC-Müsavat hakimiyyətinin təmsilçiləri  də az deyildi. Görəsən, demokratiyanın beşiyi sayılan ABŞ-da son iki seçkidə hakimiyyətə gələnlərin və orada hələ də hakimiyyətə iddialı olanların yaşınahəmin camiyə indi də eyni mövqedən yanaşırmı?

Erməni separatçılığına şərait yaradan və Qarabağın işğalını mümkün edən əsas səbəblərdən biri də ümumxalq birliyinə nail ola bilməməyimiz idi. Xalqımızın azadlıq hərakatı dalğasında ölkə rəhbərliyinə gələ bilmiş AXC-Müsavat hakimiyyəti də bunu edə  bilmədi. Çünki hakimiyyətin verdiyi bəyanatlarlaonları həyata keçirə bilmək bacarığı arasında bərabərlik işarəsini qoymaq mümkün deyilsə və səriştəsizlik ucbatından səni seçən xalqın etimadını qısa müddətdə itirirsənsə, milli birliyə heç vaxt nail ola bilməzsən. Bu yaxınlarda Youtube kanallarından birində bir debatı izlədim. Kanalın qonaqları  ozamankı siyasi və hakim camiyənin iki tanınmış təmsilçisi idi. Aparıcıjurnalist bir-birini təhqir edən, AXC-Müsavat hakimiyyətinin iç mətbəxinin gizlinlərinin üstünü açan opponentlərə qulaq asdıqdan sonra haqlı olaraq bildirdi ki, “bu cür münasibətlər və idarəçilik ortada ola-ola, 11 ay hakimiyyətdə qala bilmisinizsə, böyük işdir”. Həqiqətən də, amalın nə qədər saf olursa-olsun, amma onları həyata keçirmək üçün idarəçilik bacarığı və siyasi komanda birliyi yoxdursa, milli həmrəyliyə nail ola bilməzsən. Həm də buna görə xalqımız o hakimiyyətə heç bir il olmamış etimadsızlıq göstərdi.

 

44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər sübut etdi ki, bugünkü Azərbaycan milli qürurumuzu istənilən gücün və güclərin qarşısında qorumağa qadirdir. Bu nəticəyə görə xalqımızın möhtəşəm birliyinə, qəhrəman Ordumuza, bu birliyi və gücü  Dəmir Yumruğunda birləşdirməyə müvəffəq olan Prezident İlham Əliyevin qətiyyətli Lider keyfiyyətlərinə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin.

Uç onillik ərzində Qələbə əldə etməyimizə qəsdən mane olmuş xarici amillərə bu yazıda toxunmaq istəmirəm. Amma sadaladığım daxili tarixi faktorların Qələbəmizdə oynadığı rolun əhəmiyyətini düşmən də, onun havadarları da çox gözəl bilir. Ona görə hər vəchlə çalışırlar ki,Xalqımızın və Ordumuzun Prezidentimizə olan inam və dəstəyinə zərər yetirib birliyimizə nifaq salsınlar. Təəssüf ki, içərimizdən olan bəzilərindən bu məkrli planda istifadə olunur. Ən acınacaqlısı isə odur ki, belələri alət kimi istifadə olunmaqdaözləri də həvəsli görünürlər. Bunu o şəxslər edir ki, vaxtilə təmsil olunduqları hakimiyyətin bağışlanılmaz səhvləri və qətiyyətsizliyi ucbatından torpaqlarımız işğal edilmişdi, xalqımız isə vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. İndi onlardan bəziləri, başda AXCP sədri Əli Kərimli olmaqla siyasətçi və azərbaycanlıadına yaraşmayan açıqlamalar verməklə yalnız  erməniləri sevindirirlər.Sonra da düşmən onların dediklərini əllərində bayraq edib sosial şəbəkələrə və beynəlxalq tribunalara çıxarır, ustalıqla xalqımıza və dövlətimizə qarşı istifadə edirlər. Əli Kərimliyə bağlı olan, xüsusən də xaricdən yayımlanan  Youtube kanallarının efirlərində erməni dezinformasiya maşınının dəst-xəttinə tam uyğun şəkildə tirajlanır ki, sentyabrın 12-13-də təxribat törədən və təcavüz edən Ermənistan yox, guya Azərbaycandır. Bunu eşidəndə normal insan çıldırmaq dərəcəsinə çatır. Həm də deyirlər ki, niyə bu qədər şəhid vermişik. Bunu ona görə demirlər ki, əzizlərini itirən ailələrin, xalqımızın acısını bölüşürlər. Ona görə deyirlər ki, təki cəmiyyətimizdə sabitlik pozulsun, onların hakimiyyəti dövründə olduğu kimi,qarışıqlıq və başıpozuqluq yaransın. Axı, belələri üçün bulanıq suda balıq tutmaq həmişə asan olub. Bunlar üçün vacib olan şəhid və qazi ailələrinin acısı deyil. Vacib olan odur ki, necə olursa-olsun, Qələbəmizin açarı olan Xalq-Prezident-Ordu birliyinə kölgə düşsün. Vətən uğrunda canını qurban verən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz xalqımızın, dövlətimizin, hər birimizinşərəf və qürur mənbəyidir.Ayıb olan odur ki, dediyim şəxslər şəhid ailələrindən və qazilərimizdən siyasi mübarizədə təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Axı, kim bilməsə də, vaxtilə az da olsa hakimiyyətdə olmuş bu şəxslər yaxşı bilirlər ki, müharibə  istənilən hakimiyyət və onun dayaqları üçün ciddi sınaq deməkdir. Elə bu səbəbdən, Əli Kərimli və onun yol yoldaşları uzun illər ərzində məhz bu amili qabardaraq iddia edirdilər ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə torpaqlarımızın bir qarışı da işğaldan azad olunmayacaq.

Deyirdilər ki, İlham Əliyev  hakimiyyətinə təhlükə olmasın deyə, müharibə etməz. Elə həmin şəxslər indi də deyirlər ki, niyə Xankəndiyə girmədik. Amma bunu deyərkən, yüzlərlə şəhid verə biləcəyimizi və mövcud beynəlxalq konyukturanı bilərəkdən unudurlar. Qəsdən onu da unudurlar ki, Ali Baş Komandan İlham Əliyev daha çox şəhid verməməyimiz, daha çox qazilərimizin olmaması üçün Ağdam, Laçın və Kəlbəcərin qansız-qadasız azad edilməsinə nail oldu. Bütün bunları bilsələr də, dillərinə gətirmirlər. Gətirmədikləri bir yana, Ermənistan rəsmilərinin dediklərini eynilə təkrarlayıb erməni marağından çıxış edirlər. Ya da Ermənistanın arxasında dayanan müxtəlif siyasi dairələrin anti-Azərbaycan, ermənipərəst  mövqelərindən hali olduqlarına görə, bu dairələrin qarşısında xal qazanmağa çalışırlar. Hətta fərz etsək ki, qəhrəman Azərbaycan ordusu dövlət maraqlarımızı və torpaqlarımızın təhlükəsizliyini təmin etmək üçün nəzəri baxımdan hansısa hərbi təşəbbüs planı üzərində düşünməyə məcbur olub,  bunu ictimailəşdirən istənilən azərbaycanlı ordumuza, dövlətimizə və ümummilli maraqlarımıza ermənidən də artıq  zərbə vurur.

 

Ermənistanın bundan sonra da təxribatlarını davam etdirəcəyi qənaətində olduğuma görə, bu həssas dönəmdə mənəvi baxımdan hər birimiz üçün ağrılı olan bu mövzunu uzatmaq istəmirəm. Baxmayaraq ki, onların səhvləri, qəbahətləri və günahları dediklərimlə bitmir. Düşmənin və havadarlarının sevinməsinə yenidən səbəb olmamaları üçün onlara müraciət edirəm. Əgər Azərbaycan vətəndaşı olaraq ölkəmizin siyasi məkanında qalmaq istəyirsinizsə, öz ölkəmizin  rəsmi məlumatlarına istinad edin və onları Ermənistanın dezinformasiyalarından üstün tutun. Yox, əgər hesab etmirsinizsə, onda Paşinyanın mövqeyindən çıxış edin...

 

Daha dəqiq anlaşılmam üçün o şəxslərə Ulu Öndər Heydər Əliyevin bu müdrik kəlamını xatırlatmaq istərdim. O deyirdi:“Böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz”. Düşünürəm ki, zaman-zaman sitat gətirdiyim Uinston Çörçillin dəyərli kəlamlarından birini də xatırlatmaqda fayda var. O isə belə deyirdi: “Böyük hadisələr və kiçik insanlar dövründə yaşayırıq”. Görünən odur ki, nə qədər təəssüflənsək də, deyəsən, indi də belədir...

 

O biri tərəfdən, elə yaxşı ki, belədir. Çünki tarixdə şəxsiyyətlərin rolunu inkar etməklə özünütəsdiq yolunu seçən kiçik insanların fonunda Müzəffər Komandanlar daha əzəmətli görünür.

 

Ülvi Quliyev                                                                                 Milli Məclisin deputatı

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər