BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Sentyabrın 16-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Rəqəmsal iqtisadiyyatda hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.AZƏRTAC xəbər verir ki, konfrans öz işinə başlamazdan əvvəl tədbir iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.Tədbiri Auditorlar Palatasının sədri professor Vahid Novruzov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Türkiyə Sertifikatlı Mühasiblər Palataları Birliyinin (TÜRMOB) İstanbul Sertifikatlı İctimai Mühasiblər Palatasının (İSMMMO) sədri Erol Demirel və Rusiya Federasiyasının “Sodrujestvo” Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri İqor Kozirev açaraq qonaqları salamlayıb, konfransın işinə uğurlar arzulayıb və konfrans öz işinə başlayıb.Konfrans çərçivəsində rəqəmsal iqtisadiyyat şəraitində şəffaflığın və hesabatlılığın səmərəliliyinin artırılmasında birgə informasiya fazalarının yaradılması, rəqəmsal iqtisadiyyatda süni intellektin tətbiqi, rəqəmsal transformasiyanın iqtisadiyyata təsiri, iqtisadi artımda rəqəmsal həllər, vergi inzibatçılığında şəffaflığın səmərəliliyinin təmin olunmasında rəqəmsal və texnologiyaların artan rolu, rəqəmsal iqtisadiyyat şəraitində hesabatlılıq və audit, Maliyyə Hesabatının Beynəlxalq Standartlarının və onun auditinin ictimai əhəmiyyəti, rəqəmsal iqtisadiyyatda təşkilatların mühasibat uçotunun modernləşdirilməsi, rəqəmsal ekosistemlər, “yaşıl biznes”, rəqəmsal iqtisadiyyatda konsolidasiya edilmiş hesabatların əsas göstəricilərinin tərtibi və təhlili, yeni nəsil kadr hazırlığı, maarifləndirmə və əməkdaşlıq məsələləri üzrə təcrübə mübadiləsi və hərtərəfli müzakirələr aparılıb.Konfransda “İctimai maraqların qorunmasında və inkişaf etdirilməsində mühasib peşəsinin rolu”, “Maliyyə hesabatlığında şəffaflığın təmin edilməsində rəqəmsal həllərin, o cümlədən süni intellektin rolu: Elm və biznes tərəflərindən baxış”, “Rəqəmsal dövrdə və təcrübə transformasiyasında kiçik və orta müəssisələr üçün EFAA-nın rolu: Kiçik və orta praktiklər və kiçik və orta müəssisələrdə baxışlar”, “Rəqəmsal transformasiyanın iqtisadiyyata təsiri”, “İqtisadi artım: Rəqəmsal həllər”, “Vergi inzibatçılığında şəffaflığın və effektivliyin təmin olunmasında rəqəmsal texnologiyaların artan rolu”, “Müasir dövrün hesabatlıq və şəffaflıq çağırışları”, “Rəqəmsal mühasiblər rəqəmsal iqtisadiyyatın qəlbində”, “Rəqəmsallaşmanın Türkiyədə mühasibat uçotu, vergi və audit təcrübələrinə təsirləri”, “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə Maliyyə Hesabatlarının İctimai əhəmiyyəti və onun auditi”, “Rəqəmsal iqtisadiyyat şəraitində şəffaflığın və hesabatlığın səmərəliliyinin artırılmasında birgə informasiya fazalarının yaradılması məsələləri”, “Rəqəmsal iqtisadiyyat əlaqəli dünyada inkişaf”, “Rəqəmsal iqtisadiyyatda təşkilatların mühasibat uçotunun modernləşdirilməsi. Rəqəmsal Ekosistemlər, Yaşıl Biznes”, “Rəqəmsal iqtisadiyyat şəraitində maliyyə menecerlərin rolu və vəzifələrinin transformasiyası”, “Rəqəmsal iqtisadiyyatda şəffaf hesabatlar”, “Rəqəmsallaşma və xarici nəzarət kontekstində Rusiyada audit fəaliyyətinin inkişafı problemləri”, “Rəqəmsal məhsul: kripto dünyası-müasir vergi idarəçiliyi üçün böyük problem”, “Rəqəmsal iqtisadiyyatda audit” və “Rəqəmsal iqtisadiyyat şəraitində hesabatlılıq və 1 audit” mövzularında məruzələr dinlənilib, maraqlı müzakirələrlə müşayiət olunub.

Konfrans çərçivəsində Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Belarus Respublikasının Auditorlar Palatası arasında Əməkdaşlıq Sazişi və Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Hindistan İmtiyazlı Mühasiblər İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb. Konfransda Beynəlxalq Mühasiblər Federasiyası (IFAC), Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA), İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) kimi nüfuzlu beynəlxalq qurumları və 8 ölkəni (Azərbaycan, Türkiyə, Rusiya, Hindistan, Gürcüstan, Belarus, Belçika və Moldova) təmsil edən 100-dən çox nümayəndə iştirak edib. Tədbirə xarici qonaqlarla bərabər, ölkəmizin dövlət və qeyri-hökumət təşkilatlarını, özəl sektoru, kütləvi-informasiya vasitələrini, ali təhsil və elmi-tədqiqat institutlarını təmsil edən nümayəndələr, Auditorlar Palatasının kollektivi və üzvləri qatılıblar.

Beynəlxalq konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Tədbir çərçivəsində Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının 15 illik yubileyi qeyd olunub.

Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının İdarə Heyətinin sədri Nuriyyə Novruzova qonaqları salamlayıb və Assosiasiyanın 15 ildə keçdiyi fəaliyyəti barədə iştirakçılara geniş məlumat verib. Sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) prezidenti Salvador Marin, Gürcüstan Mühasiblər İttifaqının baş direktoru Tatiana Beridze, Moldova Peşəkar Mühasiblər Auditorlar və Assosiasiyasının sədri Jorjeta Kovaliov-Rusu, Türkiyə Sertifikatlı Mühasiblər Palataları Birliyinin (TÜRMOB) İstanbul Sertifikatlı İctimai Mühasiblər Palatasının (İSMMMO) sədri Erol Demirel va “Ernst & Yang Holdings (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialının idarəedici partnyoru İlqar Vəliyev Assosiasiyanın 15 illik yubileyi münasibətilə təbrik nitqi söyləyiblər, kollektivin fəaliyyətini çox yüksək qiymətləndirərək gələcəkdə görəcəkləri işlərdə onlara uğurlar arzulayıblar. Sonda Auditorlar Palatası Maliyyə Nazirliyinin akkreditasiyasına əsasən Peşəkar Mühasib Təşkilatı kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası ilə mühasiblər və auditorlar üçün beynəlxalq standartların tələblərinə müvafiq yeni CPD proqramlarının işlənib hazırlanması və təkmilləşdirilməsi, yeniliklərin tətbiqi, birgə təlimlərin keçirilməsi və beynəlxalq sertifikatlaşdırmaya dair Niyyət Protokolu imzalayıb. İmzalanma mərasimində ICFM Böyük Britaniyanın Sertifikatlı Maliyyə Menecerləri İnstitutunun regional nümayəndələri və APFM üzvləri də iştirak ediblər.

Son xəbərlər

Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

Bütün xəbərlər