BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

“ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi guya regionda sülh və təhlükəsizlik məsələlərini müzakirə etmək üçün İrəvana gəlib. Lakin onun İrəvanda son çıxışında Azərbaycanın ünvanına ağır ifadələr səsləndirməsi heç də sülhə çağırış xarakteri daşımırdı”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza açıqlamasında bildirib. 

Asif Əsgərli deyib ki, Nensi Pelosinin Azərbaycana qarşı əsassız və ədalətsiz ittihamlar səsləndirməsi onun erməni lobbisinin təsiri altında olduğunu göstərir: “Onsuz da Nensi Pelosi erməni lobbisnin pulu ilə İrəvana gəlib. Erməni icması onun İrəvana səfəri üçün 120 milyon dollar pul ödəyib. Bunun qarşılığında isə Nensi Pelosi İrəvanda əvvəlcədən hazırlanmış ssenariyə uyğun olaraq rol oynamalı idi. Belə ki, qondarma soyqrımı abidəsi önündə yalançı göz yaşı töküb ağlmalı və Azərbaycan əleyhinə çıxışlar etməli idi. O, sanki “Hollywood” aktrisası kimi bütün ssenarini başacan oynadı. Lakin bu zaman Nensi Pelosi bütün ədaləti, demokratiyanı, hətta konqresmenliyini unutmuşdu”.    
 Politoloqun fikrincə, Nensi Pelosi bu addımları ili ABŞ demokratiyasını yerdən yerə vurdu: “Onun Azərbaycanla bağlı bu çıxışında qərəz açıq-aydın görünür. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayaraq öz mövqeyini bildirib. Açıqlmada qeyd olunduğu kimi, bu kimi birtərfli addımlar və verilən əsassız açıqlamalar regionda kövrək sülhün gücləndirilməsinə deyil, əksinə gərginliyin artmasına xidmət edir. 
Nensi Pelosi bu səfəri siyasi cəhətən sabit olmayan Ermənistanı daha çalxalayıb. Artıq ölkə daxilində qütbləşmə daha da dərinləşib”.
 Asif Əsgərli bildirib ki, Nensi Pelosi ABŞ kimi bir ölkəni təmsil etdiyinin fərqinə varmır: “Nəzərə almır ki, bu kimi addımlarla regionda barış əvəzinə gərginlik daha da artır. Nensi Pelosinin Ermənistana belə açıq şəkildə və birtərəfli mövqedən dəstəyi regionda maraqları olan ölklərdə şübhəsiz qıcıq yaradır. Buna görə də region ölkələri özlərinin geopolitik olaraq strategiyalarına yenidən düzən verməli olacaqlar”.

Son xəbərlər

Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

Bütün xəbərlər