BAKU Azərbaycan
14.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Sentyabrın 23-də Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının və partiyanın Sumqayıt şəhər təşkilatının birgə təşəbbüsü ilə 27 sentyabr - Anım Gününə həsr olunmuş "Azərbaycan tarixinin 44 günlük şanlı zəfər salnaməsinin qəhrəmanları" mövzusunda tədbir keçirilib.

"Xeber7.az"a hakim partiyadan bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Sumqayıt Şəhidlər xiyabanını ziyarət ediblər.

YAP Sumqayıt şəhər təşkilatında keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü Ramiz Hüseynov 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu müharibə ordumuzun, qəhrəman hərbçilərimizin gücünü və peşəkarlığını nümayiş etdirdi.

YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə isə bildirib ki, hazırda Azərbaycan inkişafının ən möhtəşəm dövrünü yaşayır. O qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz Qarabağ Zəfəri nəticəsində özünün güclü və qüdrətli dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi. A.Rəhimzadənin sözlərinə görə, bu müharibə xalqımızın öz Vətənini müdafiə etmək əzmində olduğunu göstərdi: "Qələbənin qazanılmasında əsas amillər sırasında ölkəmizin iqtisadi və hərbi gücü xüsusi vurğulanmalıdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qazanılan tarixi Zəfər məhz bu siyasətin məntiqi nəticəsidir. Torpaqlarımızın azadlığı uğrunda döyüşən oğullarımız böyük qəhrəmanlıq göstərdilər. Bu yolda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulacaq".   

Çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sumqayıt şəhər bölməsinin sədri, şəhid atası Sovet Şükürov Azərbaycan xalqının böyük xalq olduğunu və Vətən müharibəsində qazanılan şanlı qələbənin bu faktı bir daha təsdiqlədiyini deyib.

Şəhid Taleh Kərimovun həyat yoldaşı Nəzakət İsmayılova isə bildirib ki, Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır: "Mən torpaqlarımızın işğaldan azad olunması yolundakı mübarizədə canını qurban vermiş şəhid həyat yoldaşımla fəxr edirəm".

Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı, qazi, polkovnik-leytenant Zahir Həsənov keçdiyi döyüş yolundan danışıb, ordumuzun qəhrəmanlığından bəhs edib.

Çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, 27 sentyabr Anım Günü olmaqla yanaşı, həm də Zəfər yolunun ilk addımı idi. Onun sözlərinə görə, vaxtilə ermənilər belə bir mif yaratmışdılar ki, erməni ordusuna qalib gəlmək olmaz. Ancaq Azərbaycan əsgəri öz igidliyi, cəsarəti, döyüş qabiliyyəti ilə bu mifi qısa zamanda dağıtdı. "Əlbəttə ki, bu 44 gün qısa bir zaman olsa da, Azərbaycanın şanlı tarixini yazdı. XXI əsrin müharibəsini aparan Azərbaycan hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı", - deyə komitə sədri vurğulayıb.

Milli Məclisin deputatı Müşfiq Məmmədli isə çıxışında bildirib ki, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi ilə dövlətimizin qətiyyəti, ordumuzun gücü, Ali Baş Komandanımızın əzəmətli sərkərdəliyi, xalqımızın birliyi nəticəsində işğala son qoyuldu. Onun sözlərinə görə, biz torpaqlarımızın erməni işğalından azad olunması sevincini məhz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman əsgərlərimizin, döyüşçülərimizin sayəsində yaşayırıq: "Məhz onların qanı, canı bahasına, misilsiz vətənpərvərlik və döyüş ruhu sayəsində bu qələbələri qeyd edirik. Biz şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərə Allahdan şəfa diləyirik, qəhrəman əsgər və zabitlərimizlə, döyüşlərdə iştirak edən hər bir həmvətənimizlə qürur duyuruq. Vətən onlarla sonsuz dərəcədə fəxr edir".

Çıxış edən Milli Məclisin deputatı Emin Hacıyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərə və müharibə veteranlarına diqqət və qayğı dövlət siyasətinin mühüm prioritetidir. Onun sözlərinə görə, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. "Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və zərurət yarandıqda müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bu kateqoriyadan olan insanlara Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilir. Bir sözlə, dövlətimizin Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərə və müharibə veteranlarına göstərdiyi qayğı ilbəil artmaqdadır", - deyə deputat söyləyib.

Tədbirdə çıxış edən Əməkdar müəllim Ofelya Babayeva Azərbaycanda gənc nəslin yüksək vətənpərvərlik ruhunda yetişdiyini bildirib. Onun fikrincə, 44 günlük Vətən müharibəsində əsasən gənclərdən ibarət olan hərbçilərimizin qəhrəmanlığı və şücaəti bunu sübut edir.

Vətən müharibəsi qazisi, polkovnik-leytenat Ehtiram Məmmədov da çıxışında müharibədə hərbçilərimizin qəhrəmanlığından, onların Vətənə sevgisindən bəhs edib.

 

Son xəbərlər

Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

Bütün xəbərlər