BAKU Azərbaycan
26.75 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycanın xarici siyasətində dünya ölkələri, o cümlədən Avropanın böyük dövlətləri ilə olan əlaqələr müstəsnadır. Dünyada etibarlı tərəfdaş imicini ölkəmizə qazandıran beynəlxalq layihələrdə göstərilən etimad, paytaxtımızda keçirilən möhtəşəm beynəlxalq tədbirlər, yarışlar, dövlətimizin beynəlxalq və regional layihələrdə əsas iştirakçı qismində çıxış etməsi bu əlaqələrin yüksək səviyyədə olmasına dəlalət edir. Regionda, dünyada Azərbaycanla bağlı baş verənlər, böyük siyasi güclərin ölkəmizə münasibəti, Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəm vermələri ölkəmizlə münasibətlərin qurulmasına maraqlı olduqlarını birmənalı şəkildə göstərmiş olur. Azərbaycan-Bolqarıstan əlaqələri dövlətimizin xarici siyasətində xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verən Bolqarıstan ikitərəfli əlaqələrin yüksək səviyyədə saxlanılmasında maraqlıdır. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə qurulmuşdur. Dövlət başçılarının qarşılıqlı səfərləri bu əlaqələrin dərinləşməsində əhəmiyyətli rol oynayır. Səfərlər çərçivəsində Azərbaycan və Bolqarıstan arasında birgə Bəyannamə, Şəki və Qalerovo arasında qardaşlaşmış şəhər nümayəndəliyinin yaradılması haqqında Bəyannamə, dövlətlərarası səhiyyə və tibb elmi sahəsində saziş və s. imzalanmışdı. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında birgə Bəyannamə ölkələrarası əlaqələrin daha yüksək mərhələyə qalxmasına səbəb olub. Avropa İttifaqı ilə Azərbaycan arasında bu yaxınlarda enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalanmışdır. Memoranduma əsasən, Azərbaycan Avropaya qaz ixracatımızı ən azı 2 dəfə artıracaqdır. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu bir çox ölkələri təbii qazla təmin edilməsinə imkan yaratmış olur.

Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin sentyabrın 30-da Bolqarıstan Respublikasına rəsmi səfəri qarşılıqlı əlaqələrin davamı olduğunu təzahürüdür. Səfər çərçivəsində ikitərəfli münasibətlər, mövcud vəziyyət, qarşıda duran çağırışlar müzakirə olunub. Bu ölkələr arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb. Strateji layihə olan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru həm Bolqarıstan, həm də Şərqi Avropa üçün çox mühüm layihədir. Bu interkonnektor ilk dəfə olaraq, Bolqarıstanın Azərbaycandan təbii qaz almağa imkan verəcək. Avropanın enerji xəritəsini dəyişdirəcək bu layihə təkcə iki ölkə arasında deyil, bütün regionda iqtisadi əməkdaşlığı inkişaf etdirməyə imkan yaradacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata bəyanatında çıxışı zamanı bildirdiyi kimi, "Yunanıstan- Bolqarıstan Qaz İnterkonnektoru layihəsi doğrudan da tarixi əhəmiyyətə malikdir. Əminəm ki, bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük faydası olacaqdır". Cənab Prezident onu da bildirib ki, "Strateji tərəfdaşlar kimi biz bu gün müzakirə edilən əsas məsələ olan enerji təhlükəsizliyi sahəsində əlavə addımlar atacağıq".
Bu sahədə tərəfdaşlığın gerçəkləşdiyini diqqətə çatdıran dövlət başçısı "Bu gün Prezidentlə söhbət zamanı biz Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılmasını da müzakirə etdik və müvafiq göstərişlər verilmişdir", - deyə bildirib: "Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Biz bunu yaxşı dərk edirik. Ona görə əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir, indi təbii qazı ixrac edən Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi özünü göstərəcəkdir". Əlbəttə ki, səfər çərçivəsində təkcə enerji məsələləri müzakirə olunmayıb. İnformasiya texnologiyaları və süni intellekt kimi məsələlərə də diqqət ayrılıb. Elm, təhsil və mədəniyyət kimi sahələr üzrə dövlətlərarası mübadilənin gücləndirilməsi də nəzərə alınıb. Bütün bu və ya digər məsələlər yeni perspektivlər açacaqdır.
2022-ci ildə Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam oldu. Gələcəyin kibertəhlükəsizlik  mütəxəssisi olaraq, düşünürəm ki, Azərbaycan-Bolqarıstan tərəfdaşlığı öz nəticəsini kiber sahədə də göstərəcək. Bu sahədə əməkdaşlıq, savadlı mütəxəssislərin mübadiləsi iki ölkə arasında münasibətlərin daha da inkişafına şərait yaradacaqdır.


Gülay Nəzərova,
Bakı Ali Neft Məktəbinin II kurs tələbəsi, Prezident təqaüdçüsü 

 

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər