BAKU Azərbaycan
19.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlıq edən dövlətlərin sayı ildən-ilə artır

 

 Bu gün Azərbaycan dünyada artıq təkcə neft yox, eyni zamanda, qaz ixrac edən ölkə kimi də tanınır. Xüsusən 2020-ci ilin sonundan TAP-ın işə düşməsi ilə Azərbaycan qazının Avropaya nəql olunması ölkəmizi bu baxımdan daha da məşhurlaşdırıb. Nəzərə çatdıraq ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP Avropanın enerji xəritəsini dəyişib. Buna görə də hazırda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Azərbaycan qazının alıcılarıdır. Mövcud geosiyasi vəziyyətə görə Avropanın Azərbaycan qazına olan tələbatı daha da artıb. Bu günlərdə Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində Azərbaycana olan diqqət və bu layihədə Azərbaycanın rolunun önəmliliyinin xüsusu vurğulanması bunu bir daha sübut edir. Prezident İlham Əliyev sentyabrın 30-da Bolqarıstanda rəsmi səfəri zamanı çıxışında deyib ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir. “Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası olacaqdır”,- deyə ölkə başçısı əlavə edib.

 Qeyd etdiyimiz kimi, Azərbaycanın Avropa və digər regionlara qaz ixraacatı ildən-ilə artır. Bu baxımdan Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlıq edən dövlətlərin də sayı çoxalır. Bu, ondan irəli gəlir ki, Azərbaycan həm də etibarlı tərəfdaş ölkədir. İyul ayında Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma Memorandumunun imzalanması bu istiqamətdə əməkdaşlığı daha da gücləndirib. Cənab Prezident Bolqarıstanda bu məsələyə də toxunaraq qeyd edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumun böyük əhəmiyyəti var: “Memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracaqdır. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu ölkəmizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir”.

 

“Azərbaycanla Bolqarıstan arasındakı siyasi əlaqələr davamlı olaraq inkişaf edir”

 

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru Bolqarıstana ilk dəfə olaraq Azərbaycandan təbii qaz almağa imkan verəcək. Bununla Azərbaycanla Bolqarıstanın enerji sahəsində əlaqələri daha da möhkəmlənəcək. İki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd etdildiyi bir ildə belə əməkdaşlığın yaranması əlamətdar hadisədir. Prezident İlham Əliyevin “Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər” deməsi ikitərəfli münasibətlərin səmimliyindən xəbər verir. Ölkə başçısı bildirib ki, 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığımızın davamlılığını təmin edib: “Bəyannamə əlaqələrimizi yüksək səviyyəyə qaldırmışdır və təsbit edilmiş bütün məsələlər həyatda öz əksini tapmışdır. Ölkələrimiz arasındakı siyasi əlaqələr davamlı olaraq inkişaf edir. Nazirlər səviyyəsində çoxsaylı görüşlər keçirilib. Enerji təhlükəsizliyi sahəsində əlavə addımlar atılacaqdır”.

Əminik ki, cənab Prezidentin bu səfəri Bolqarıstanla Azərbaycan arasında intensiv qaydada aparılan siyasi dialoqa töhfə verəcək. Çünki iki ölkə güclü dostluq münasibətlərinə malikdir. Azərbaycanla Bolqarıstan hazırda bütün sahələr üzrə əməkdaşlıq edir və ən yüksək səviyyədə siyasi dialoq yaranıb. Artıq Azərbaycan-Bolqarıstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Azərbaycan Bolqarıstan üçün də arzuolunan, etibarlı tərəfdaş dövlətdir.

 

Prezident İlham Əliyevin dipolmatik təntənəsi

 

Dövlətimizin başçısının Bolqarıstan səfəri prezident və nazirlər səviyyəsində təkbətək, eləcə də geniş tərkibli görüşlərin keçirilməsi, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində iştirak etməsi ilə əlamətdar oldu. Həmçinin səfər çərçivəsində cənab Prezidentin Bolqarıstanın aparıcı biznes dairələrinin nümayəndələri ilə görüş qarşılıqlı əlaqələrin güclənməsi, həmçinin regional inkişaf üçün çox mühümdür. Bu görüşlərdə Azərbaycan haqqında, xüsusən Prezident İlham Əliyevin şərəfinə deyilən ən xoş və səmimi sözlər daha çox diqqəti çəkir. Məsələn, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində Avropa Komisiyasının sədri Ursola Fonderlyaen deyib ki, Prezident Əliyevi bu il iyulda ziyarət etdim və çətin anlarda ABŞ, Norveçdən olan dostlarımızla yanaşı, Azərbaycan da bizə kömək etdi. Bolqarıstan Prezidenti Rumen Radev vurğulayıb ki, 10 ildən əvvəlki razılığa sadiq qalan Əliyevin simasında etibarlı tərəfdaş kimi sübut etmiş Azərbaycandan real qaz axını var. Serbiya Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevin Avropada çox məşhurlaşdığını və bunun sirrini bilmək istədiyini deyib. Şimali Makedoniyanın Prezidenti Stevo Pendarovski isə dövlətimizin başçısını “Avropada ən çox arzuolunan şəxs” adlandırıb. Dövlətimizin başçısı haqqında bütün bu səmimi sözləri Avropa liderlərinin dilindən eşitmək qürurvericidir. Bu, Azərbaycan Prezidentinin xarici siyasətinin uğurunun, insani keyfiyyətlərinin ali dəyərlərə mənsub olmasının, eləcə də dipolmatik təntənəsinin göstəricisidir.

 

 

Rüstəmova Aybəniz Vilayət qızı,

Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

 

 

 

 

 

Son xəbərlər

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Bütün xəbərlər