BAKU Azərbaycan
12.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

Dilin keşiyində durmaq, qayğısını çəkmək vətənin mühafizəsində durmaq qədər şərəflidir

 Azərbaycan dilinin saflığının qorunmasında bu gün media çox böyük rol oynayır. Çünki hazırda dilə yeni sözlər əsasən media üzərindən gəlir. Bu, davamlı olaraq sosial mediaya da öz təsirini göstərməyə başlayır. Dil mənəviyyat məsələsidir. Dili süni yollarla, zorla müasirləşdirmək olmaz. Dil özü-özünü inkişaf etdirən milli-mənəvi dəyərdir. Dilin keşiyində durmaq, qayğısını çəkmək vətənin mühafizəsində durmaq qədər şərəflidir. Dili mühafizə etmək hər bir vətəndaşın borcudur. Ana dilimiz bizim milli-mənəvi sərvətimizdir. Biz dilimizi qorumalıyıq. Xüsusən mətbuat işçiləri öz xəbər və məqalələrində buna fikir verməlidirlər. Yuxarıda qeyd etdiyimiz kimi, dilin dəyərlərini çiyinlərində daşıyan media həm də lokomotiv rolunu oynayır. KİV nümayəndələri hər zaman söz və ifadələrin işlədilməsinə məsuliyyətlə yanaşmalıdırlar. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyevanın sözlərinə görə, Mərkəz mediada ədəbi dilin saflığının qorunması, düzgün tətbiqinin təmin edilməsi istiqamətində illərdir, mühüm tədbirlər həyata keçirir: “Mərkəz 2023-cü ildə respublikada fəaliyyət göstərən saytları 2-ci dəfə monitorinqə cəlb edib və 52 saytda ədəbi dil normalarının pozulması hallarına aid xeyli sayda fakt aşkarlanıb. Statistika göstərir ki, saytlar üzərində ilk dəfə aparılmış monitorinqə nisbətən müəyyən irəliləyişlər olsa da, vəziyyət hələ də qənaətbəxş deyil”.

Professor qeyd edib ki, geniş tamaşaçı auditoriyasına malik olan televiziya məkanında nitq qüsurları xüsusilə yolverilməzdir: “Mərkəz 2022-ci ildə televiziya kanallarının dili üzərində monitorinq aparıb və “Televiziyaların dili monitorinq aynasında” adlı hesabat kitabını dərc etdirib. 12 televiziya kanalının monitorinqinə həsr olunmuş kitabda aparıcı, müxbir, ekspert və qonaqların nitqində müşahidə edilmiş norma pozuntuları, üslub və ifadə yanlışlıqları, eləcə də titrlərdə və dublyaj olunmuş filmlərdə yol verilmiş xarakterik səhvlər qeydə alınıb. Monitorinq zamanı kobud orfoepik qüsurlara, səslərin öz məxrəcindən kənar tələffüzünə, vurğunun yerində işlədilməməsi hallarına, təəssüf ki, tez-tez rast gəlinib. Yanlış işlədilən söz və ifadələr, qrammatik forma və əlaqələr, dilimizdə qarşılığı olduğu halda istifadə olunan əcnəbi leksik vahidlər, dilimizə yad olan intonasiya və cümlə tipləri də norma pozuntuları kimi qeydə alınıb.

Günümüzdə radio düzgün danışıq qaydalarını təbliğ edən nitq mədəniyyəti tribunası olduğundan radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli, səlis nitqə malik olmalı və ədəbi dil normalarına əməl etməlidirlər. Dinləyici ilə təsirli və aydın ünsiyyət qurmaq, informasiyanı daha anlaşıqlı çatdırmaq üçün də sadalananlar zəruri amillərdir. Bütün bunları nəzərə alaraq, Mərkəz 2022-ci ildə respublikada fəaliyyət göstərən 11 radio kanalını monitorinqə cəlb edib. Aparıcı və qonaqların nitqindən qeydə alınmış 4500-ə yaxın dil faktından 3484-ü hesabata daxil olunub.

Dilin inkişafında çap mediasının rolu danılmazdır. Qəzetlərdə ədəbi dil normalarından sapma hallarının müşahidə edilməsi bu sahədə də monitoriqin aparılmasını labüd edib. 2022-ci ildə ölkədə nəşr olunan müxtəlif qəzetlər monitorinqə cəlb olunub, bir sıra orfoqrafik, leksik, qrammatik norma pozuntuları, eləcə də üslub və ifadə yanlışlıqları qeydə alınıb”.

Sevinc Əliyeva bildirib ki, əvvəlki illərlə müqayisədə istər televiziya kanallarında, istərsə də medianın digər qollarında müəyyən inkişaf izlənsə də, bir çox problemlər hələ də öz həllini tapmayıb: “Bu gün media sahəsinə yeni gələn hər bir şəxs özü ilə yeni danışıq tərzi də gətirir. Əlbəttə, jurnalistin maraqlı ifadə formalarından istifadə etməsi, öz fərdi üslubunu yaratması təqdirəlayiqdir. Lakin bu zaman ədəbi dil normalarının gözlənilməsi, nitqin düzgünlüyünün və səlisliyinin təmin edilməsi vacib şərtlərdəndir. Media həm də təbliğat vasitəsidir. Məsələn, insanlar medianın dilində tez-tez rastlaşdıqları hər hansı bir nitq qüsurunu norma kimi qəbul edib işlədə bilərlər. Bu isə məsələyə ciddi yanaşma tələb edir. Media nümayəndələrinin təlimlərdə iştirak edərək nitq vərdişlərini təkmilləşdirmələri bu istiqamətdə vacib addımdır. Biz bütün televiziya kanallarına təlimlərlə bağlı tövsiyələrimizi vermişik. Unutmaq olmaz ki, dilimizin saflığını qorumaq, onu düzgün tətbiq və təbliğ etmək hər birimizin borcudur”.

 Ümumiyyətlə, mediada bu kimi problemlərin konkret təzahürlərinin ictimailəşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bunun Azərbaycan ədəbi dilinin saflığının qorunması üçün jurnalistlərin yazılarına daha da məsuliyyətlə yanaşmasına ciddi təsiri var.

Azərbaycan dilinin lüğət tərkibi olduqca zəngindir. Bu baxımdan da digər xalqların nümayəndələri tərəfindən rahatlıqla öyrənilir. Dilimizə ərəb və fars, rus və Avropa dillərinin böyük təsirinə baxmayaraq, dilimiz həm klassiklərimiz, həm də yazıçı və mətbuat nümayəndələri tərəfindən qorunmuş, eyni zamanda inkişaf etdirilmişdir. Bu baxımdan Mirzə Ələkbər Sabirin yardacılığı və söz dünyası xüsusi bir mərhələ təşkil edir. Məhz Sabir yaradıcılığı öz çevikliyi və milliliyi ilə seçilən, eyni zamanda sevilən və hər zaman maraqla oxunacaq zəngin bir xəzinə hesab oluna bilər.

 

Cavid Şahverdiyev

Yazı Mirzə Ələkbər Sabir Fondunun Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sabir irsi və Azərbaycan ədəbi dilinin təbliği” layihəsi çərçivəsində hazırlanıb.

Son xəbərlər

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Bütün xəbərlər