BAKU Azərbaycan
27.04 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

ABŞ-də nəşr olunan “Bukharian Times” qəzetində və saytında “Azərbaycan musiqisinin dünya mədəniyyətində rolu” sərlövhəli geniş məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, Alman Azərbaycan Mədəniyyət Evinin sədri Ağa Ağayevin və “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadənin müəllifi olduğu məqalədə Azərbaycan musiqisinin zəngin tarixi, çoxqatlı inkişaf yolu və qlobal mədəniyyətə verdiyi töhfələr ətraflı şəkildə təhlil olunur.

Bildirilir ki, milli musiqi irsi həm qədim Şərq ənənələrini, həm də müasir qlobal musiqi proseslərini özündə birləşdirərək, unikal sənət nümunəsi kimi formalaşıb.

Yazıda xüsusi olaraq muğam sənətinin əhəmiyyətinə toxunulur. Qeyd edilir ki, muğam yalnız musiqi janrı deyil, həm də dərin fəlsəfi və emosional ifadə formasıdır. 2003-cü ildə UNESCO tərəfindən “bəşəriyyətin qeyri-maddi mədəni irsi” siyahısına daxil edilməsi bu sənətin beynəlxalq səviyyədə tanınmasının göstəricisi kimi təqdim olunur.

Məqalədə, həmçinin görkəmli bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinin inkişafındakı rolu vurğulanır. Onun Şərqdə ilk opera hesab edilən “Leyli və Məcnun” əsəri vasitəsilə Şərq və Qərb musiqi ənənələrinin uğurlu sintezini yaratdığı diqqətə çatdırılır.

Yazıda aşıq sənəti, xalq mahnıları və milli rəqslərin də dünya musiqi mədəniyyətinə təsirindən bəhs olunur. Bununla yanaşı, Azərbaycanın caz musiqisi və xüsusilə Vaqif Mustafazadənin yaratdığı caz-muğam janrının beynəlxalq aləmdə böyük maraq doğurduğu qeyd edilir. Yazıda Bakıda ilk dəfə keçirilən Caz və Şərab festivalı haqqında da geniş məlumat verilib.

Məqalədə dövlətin musiqi sahəsinə göstərdiyi diqqət də geniş işıqlandırılır. İlham Əliyevin təşəbbüsü ilə Şuşada keçirilən “Xarıbülbül” festivalı, eləcə də beynəlxalq muğam festivalları və digər mədəni tədbirlərin Azərbaycan musiqisinin dünyada tanıdılmasına xidmət etdiyi vurğulanır. Bundan əlavə, Bakı Musiqi Akademiyası və digər təhsil müəssisələrinin peşəkar musiqiçilərin yetişdirilməsində mühüm rol oynadığı qeyd olunur. Müasir dövrdə Azərbaycan ifaçılarının beynəlxalq müsabiqələrdə uğurlu çıxışları da milli musiqinin qlobal miqyasda aktuallığını təsdiqləyən amillər kimi təqdim edilir.

Məqalənin sonunda vurğulanır ki, Azərbaycan musiqisi Şərq və Qərb arasında mədəni körpü rolunu oynayaraq müxtəlif musiqi ənənələrini birləşdirir və bəşəri dəyərlərin təbliğinə xidmət edir.

image-whatsapp-image-2026-05-01-at-11-29-07

Son xəbərlər

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Binəqədidə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti tərbir keçirilib

Qubada “Azərbaycanda trüfel istehsalının təşviqi” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

Bütün xəbərlər