01.08.2022 / 17:17
“Qarabağ” ilə oyun öncəsi “Ferentsvaroş” klubu ciddi itki ilə üzləşib
Macarıstanın “Ferentsvaroş” klubunun futbolçusu Henri Uinqo zədələnib.
AZƏRTAC xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stanislav Çerçesov açıqlama verib.
Rusiyalı məşqçi bildirib ki, ABŞ-dan olan 27 yaşlı müdafiəçi Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununu buraxacaq.
Avqustun 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.