BAKU Azərbaycan
26.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Qarabağ” Azərbaycan Premyer Liqasının II turunun oyununda səfərdə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib.
 
“Xeber 7" məlumat verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
 
- Çox intizamlı müdafiə olunan və əks-hücumlarda təhlükəli olan bir komandaya qarşı oynadıq. Bu cür oyunda sona kimi tempi saxlamaq və səbrli olmaq çox vacibdir. Çox vacib 3 xal qazandıq. Futbolçularımı təbrik edirəm, çox əziyyət çəkdilər. Bu gün qələbəyə layiq idilər. "Sumqayıt"a da uğurlar arzulayıram.
 
- İntizamlı müdafiə olunan komandaya qarşı oynadığınızı dediniz. "Viktoriya" da etibarlı müdafiəsi ilə seçilir. Çexiya klubu ilə matçdan əvvəl “Sumqayıt”la oynamağınızın komandanıza xeyri ola bilər?

- İnşallah, faydası olacaq. "Viktoriya"nın oyununa baxmışıq. Bu gün bəzi elementlər var idi ki, bir-birinə bənzəyirdi. Amma bizə qarşı sürprizləri ola bilər. Oyuna kimi 3 gün vaxtımız var. Rəqibi daha yaxından incələyəcəyik. Ümumiyyətlə düşünürəm ki, bu matç gələcəyimiz üçün çox faydalı oldu. 

- "Turan Tovuz"la oyununuz təxirə salındı. Bu, sizin təşəbbüsünüz idi, yoxsa PFL-in?

- Mənim təşəbbüsüm oldu. Çünki, oyunlar arasında 6 gün fərq var, 7 gün yox. Bir günün də önəmi çoxdur. Amma yəqin ki, 7 gün olsaydı da, təxirə salınmasını xahiş edəcəkdik. Həm "Turan Tovuz", həm PFL çox pozitiv yanaşdı, sağolsunlar. Futbolçular çox gərgin oyunlar keçirir. Səfərə gedəcəyik. Ona görə də istədik ki, futbolçular 3 gün bir yerdə hazırlaşsınlar. Düşünürəm ki, bunun faydası olar. 
 
- VAR sisteminin gəlişindən sonra oyunlara 10-12 dəqiqə əlavə edilir. Bu sistemin oyunun tempini aşağı saldığını düşünürsüz?

- Oyun həddən çox dayandı. Rəqib futbolçular bəzi hallarda həddən çox vaxt keçirirdilər. Bəlkə də ağrıları var idi. VAR sisteminə görə də oyun çox dayanırdı. Dördüncü hakimlə bunu söhbət edirdim. Hələ yeni alışırlar, get-gedə daha yaxşı olacaqlar. Məncə qərarlarda çıx vaxt itirirdilər. Qol, ofsayd epizodları elə də çətin deyil, daha tez qərar verə bilərlər. 

- Sonda Kadi, Zubir və Ramili meydana buraxdız. Bu, əvvəlcədən planda var idi, yoxsa hesaba görə dəyişikliklər etdiniz?

- Oyunun gedişatına görə. Əvvəlcədən Bəhlul və Bədavi planlaşdırılmışdı. Oyunun gedişatı başqa şeylər tələb elədi. Öncədən düşündüyüm bəzi variantlardan kənara çıxdım. 

- Matç başa çatandan sonra "Sumqayıt"ın əməkdaşları ilə müzakirəniz oldu. Mövzu nə idi?

- Baş məşqçi Aleksey Baqa ilə müzakirə oldu. Bir nəfər də cavan uşaq gəldi. Mənə dedi ki, səni çox istəyirəm". Sonra dedi ki, "lap çox istəyirəm. "Qarabağ"ın formasını istəyirdi. Adminstratoru çağırdım ki, uşağı razı salsın. Mən qarşı sevgilərini görəndə çox sevinirəm.  Gənclər futbolu izləyirlər, dəyər verirlər. Sumqayıtda mənə qarşı həmişə yaxşı münasibət olub. Sağolsunlar. Sumqayıt yaxşı şəhərdi, yaxşı insanları var.
 
- Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazansanız, oyunlar Bakı Olimpiya Stadionunda olacaq, yoxsa Tofiq Bəhramov adına Respublika stadionunda?

- Hələ qərar verilməyib.

Son xəbərlər

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Özbəkistanda Azərbaycan sərmayələrinin coğrafiyası genişlənir

26 Avqust - Laçın şəhəri günü

"Azərbaycan və Özbəkistan güclü dövlətlərdir"

Türk dünyasının güclənməsinə doğru

Dəyərlərimizi itirmədən müasir olmaq

Bütün xəbərlər