17.08.2022 / 00:35
“Qarabağ”-“Viktoriya” matçına 224 bilet qalıb
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Viktoriya" oyunu üçün satışa çıxarılan biletlərdən cəmi 224-ü qalıb.
“Xeber 7” məlumat verir ki, bu barədə “Qarabağ” klubunun rəsmi səhifəsi məlumat yayıb.
Qeyd edək ki, bu gün keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək. Matç Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.