BAKU Azərbaycan
26.01 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Bakıda keçirilən VIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə istiqlal şairi Əhməd Cavadın şeirlərinin Özbək və Azərbaycan dillərində nəşrinin təqdimatı keçirilib mərasimi keçirilib. Təqdimat Bakı Ekspo Mərkəzinin Bülbül təqdimat zonasında baş tutub.

Tədbirdə alimlər, ədəbiyyatsevərlər, sərgi ziyarətçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, milli mədəniyyətimizə, ədəbiyyatımıza dair əsərlərinin özbək dilinə tərcüməsinin qardaş Özbəkistan oxucularının, ədəbiyyatsevərlərinin, tədqiqatçılarının öz ana dillərində oxumaq imkanlarının yaratdığını qeyd edib.  Samir Abbasov son illərdə bu istiqamətdə xeyli işlərin görüldüyünü və Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 100-dən çox nəşrin özbək dilində işıq üzü gördüyünü vurğulayıb. O, böyük şairimiz Əhməd Cavadın əsərlərindən ibarət “Mən həqiqət səsiyəm (Man haqiqat sadosiman)” adlı kitabın özbək və Azərbaycan dillərində Özbəkistanda nəşrinin əhəmiyyəti haqqında danışaraq, nəşrin özbək şeirsevərləri, ədəbiyyatşünasları üçün Azərbaycan ədəbiyyatını daha da yaxından öyrənmək, kəşf etmək üçün bir mənbə, eyni zamanda da istiqlal şairinin  anadan olmasının 130 illik yubileyinə bir töhfə olduğunu qeyd edib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Milli Məclisin üzvü, akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatında xüsusi yerə malik olan Əhməd Cavad yaradıcılığından söz açaraq şairin əsərlərinin yenidən nəşrinin, ələlxüsus da başqa bir ilə tərcümə edilərək çap olunmasını və belə bir mötəbər beynəlxalq sərgi çərçivəsində təqdimat mərasiminin keçirilməsini Azərbaycan ədəbiyyatşünaslığı üçün mühüm hadisə olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli Əhməd Cavadın yubileyi ilə bağlı dövlətimiz və nazirlik tərəfindən həyata keçirilən silsilə tədbirlərdən söz açaraq Mədəniyyət Mərkəzi tərəfindən nəşr olunan kitabın da adıçəkilən tədbirlərin bir hissəsi olduğunu qeyd edib. 

Tədbirdə çıxış edən şairin nəticəsi Cavad Axundzadə də çıxış edərək babası Əhməd Cavada göstərilmiş bu diqqətə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə özü və ailəsi adından təşəkkürünü bildirib.

Daha sonra çıxış edən Türkiyəli qonaq – şair tərcüməçi, Əhməd Cavad şeirlərini türk dilinə tərcümə etmiş Kənan Çarboğa da Əhməd Cavadın yaradıcılığından söz açaraq onun əsərlərinin təkcə Azərbaycan ədəbiyyatşünaslığı üçün deyil Türk ədəbiyyatşünaslığı üçün də böyük dəyərə sahib olduğunu vurğulayıb.

Sonda çıxış edən Samir Abbasov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə təşəkkür edərək tədbir iştirakçılarına da  öz minnətdarlığını bildirib.

Qeyd edək ki, adıçəkilən bu nəşr Azərbaycan və Özbəkistan kitabxanalarına əvəzsiz olaraq paylanacaqdır.

 

Son xəbərlər

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Daşkənddə muğam və makom dərsi təşkil olunub

Bütün xəbərlər