BAKU Azərbaycan
26.01 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr etdiyi xüsusi müsabiqənin qalibi olan  Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyi  tərəfindən icra olunan "Qarabağ incilərinin Avropa sədası” layihəsi çərçivəsində 4 noyabr 2022-ci il  Fransanın paytaxtı Paris şəhərində  “Qarabağ inciləricinin Avropa sədası” adlı dəb sərgisi baş tutub. 

Sabahinfo.az xəbər verir ki, sərgidə ənənəvi xalq geyimlərinin, Qarabağ əhalisinin milli-mənəvi və maddi dəyərləri, geniş mənada türk etnik-mədəni mühitinin milli müəyyənlik göstəricisi olmasını təcəssüm etdirən Qarabağ kolleksiyasına aid 15 geyim hazırlanıb və hər geyim Qarabağın bir guşəsinin – Şuşa, Xankəndi, Kəlbəcər, Xocalı, Ağdam, Ağdərə, Cəbrayıl, Laçın, Füzuli, Xocavənd, Zəngilan, Qubadlının özəl geyim ünsürlərini özündə yaşadıb. Hər bir geyimə uyğun çarıq, kəmər, sırğa və s. aksesuarlar da nümayiş olunub.
Sərgiyə tamaşa etmək məqsədilə Azərbaycandan Fransaya səfər edən nümayəndə heyəti,Fransanın Paris və digər şəhərlərində yaşayan dövlət adamları, ictimai xadimlər, jurnalistlər dəb sərgisində iştirak edib. 

İştirakçılara dəb sərgisi çərçivəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda xalqımızın yaratdığı zəngin mədəniyyət, mədəni irs təqdim edilib, milli geyimlərin hər bir xalqın qədim tarixini, zəngin mədəniyyətinin göstəricisi olduğu vurğulanıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri və müvəqqəti işlər vəkili Nigar Huseynova bugünkü tədbirin hər bir azərbaycanlı üçün çox vacib olan mövzuya həsr olunduğunu bildirib. O bu ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Şuşa ili elan olunduğunu qeyd edib.

Nigar Hüseynova Şuşa şəhərinin tarixi, bu torpaqda doğulan dahi tarixi şəxsiyyətlər haqqında qonaqlara məlumat verib. O Qarabağın 28 il qanunsuz işğal altında olduğunu, azad olunduqdan sonra bu bölgədə, habelə Şuşada geniş yenidənqurma işlərinin başlandığını və şəhərin tarixinin özünə qaytarılması üçün önəmli tədbirlərin həyata keçirildiyini bildirib.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Parlamentinin sabiq üzvü Jerom Lamber Qarabağ bölgəsinin Azərbaycan xalqı üçün dəyərli olduğunu vurğulayıb. O, bölgədə ədalət və beynəlxalq hüquq əsasında qurulan daimi sülhün bərqərar olmasının bu gün ən vacib və təxirəsalınmaz məsələ olduğunu xüsusi vurğulayıb.

Azərbaycanın həqiqətlərinin Fransa ictimaiyyətinə çatdırılması üçün Azərbaycanın Fransadakı Dostları Assosiasiyasının səylərini davam etdirəcəyini söyləyib.

Tədbirdə çıxış edən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə heyətinin sədri Səkinə Babayeva Qarabağ kolleksiyası haqqında məlumat verib. Kolleksiyaya aid 15 geyimin hər birinin Qarabağın bir guşəsinin - Şuşa, Xankəndi, Kəlbəcər, Xocalı, Ağdam, Ağdərə, Cəbrayıl, Laçın, Füzuli, Xocavənd, Zəngilan, Qubadlının özəl geyim ünsürlərini özündə əks etdirdiyini söyləyib.

Tədbirin tərəfdaşı “Paşa Sığorta” şirkətinin nümayəndəsi Ülviyyə Cabbarova şirkət haqqında məlumat verərək, təqdim olunan kolleksiyanın Azərbaycanın zəngin mədəniyyətindən, tarixindən xəbər verdiyini və qədim incəsənətimizin zənginliyini əks etdirdiyini deyib.

Tədbirin sonunda film nümayişi, bədii proqram və ziyafət təşkil olunmuşdur. 

"Şuşa ili" çərçivəsində "Qarabağ İncilərinin Avropa Sədası" layihəsinin təşkilatçılıq və maliyyə  dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə,Fransada Azərbaycanın Dostları Assosiasiyasına, Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinə,  “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyətinə, Bakı Tekstil Fabriki MMC və K.Fabuel Moda Evinə  nüma təşəkkür edilib.

 

Son xəbərlər

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Şneor Seqal və onun kimi düşünənlər anlamalıdırlar ki, Azərbaycan kiminsə şəxsi dini laboratoriyası deyil

Daşkənddə muğam və makom dərsi təşkil olunub

Bütün xəbərlər