BAKU Azərbaycan
25.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Aidə Bəndəliyeva: "Pis vərdişlərdən imtina, siqaret, alkoqol və narkotik maddələrin istifadəsinin dayandırılması effektiv immun sistemi üçün çox vacibdir" 
 

Azərbaycan Tibb Universitetinin “Əczaçılığın texnologiyası və idarəçiliyi” kafedrasının baş müəllimi, YUNESKO Beynəlxalq Müəllimlər Forumunun və Dünya Tibbi Hüquq Assosasiyasının üzvü, “Qızıl Qələm” mükafatçısı Aidə Bəndəliyeva ilə müsahibəni təqdim edirik
-    Aidə xanım, məlumdur ki, son illərdə, xüsusilə Covid – 19 pandemiyası dövründə əhalinin çox hissəsi təbii vasitələrlə müalicəyə çox üstünlük verdilər. Sizcə bu nə ilə əlaqədar idi. Ümumiyyətlə insanlarımzın təbii vasitələrlə müalicəsinə münasibətiniz necədir?
-    Öncə onu qeyd edim ki, hər kəsə məlum olduğu kimi Azərbaycan Respublikası məxsus olduğu əlverişli və zəngin iqlimə, bol günəşə, zəngin su ehtiyatlarına, münbit torpaqlara, bir sözlə gözəl təbiətə malik olduğu üçün, burada əhəmiyyətli təbii vasitələrin ehtiyatı və çeşidi kifayət qədər boldur. Təbii ki, əlverişli şəraitdə yaranan bu vasitələr də zəngin və əhəmiyyətli tərkibə malikdir. Təsadüfi deyil ki, uzun əsrlər boyu insanlarımız bu vasitələrdən həm əlverişli qida məhsulları, həm də müxtəlif xəstəliklərin müalicəsində müalicə vasitəsi kimi istifadə etmişlər. Bu təcrübə isə ənənəvi, yəni xalq təbabətinin yaranmasına səbəb olmuşdur. Və bu gün də heç kimə sirr deyil ki, dünyanın əksər ölkələrində də müasir tibblə yanaşı, alternativ tibb adlanan tibb sahəsi də fəaliyyət göstərməkdədir. Alternativ tibbin Azərbaycanda ən çox rast gəlinən sahələrinə  fitoterapiya (dərman bitkilərilə müalicə), apiterapiya (arı ilə müalicə), hirudoterapiya (zəli ilə müalicə), küpə terapiya (hicama), dieotologiya, plazmaterapiya (insanın öz qanından istifadə etməklə oynağa yaxud saça yeridilməsi), homepatiya (zəiflədilmiş heyvan və bitki məhsullarının orqanizmdə istifadəsi) aiddir. Aparılan elmi təcrübələr sübut etmişdir ki, təbii vasitələrlə müalicə zamanı, kimyəvi-sintetik dərman vasitələrilə müalicədə çox hallarda rast gəlinən allergiyalar, toksiki ağırlaşmalar və zəhərlənmələr, dərmandan asılılıq və s. kimi mənfi hallar baş vermir. Lakin, əlbəttə ki, alternativ tibbin də müsbət tərəfləriylə yanaşı, mənfi tərəfləri də var. Xüsusən də, bu müalicə üsulları ilə nsanlar özbaşına müalicə olunduqları halda ağır fəsadlar daha çox əmələ gələ bilir. Məsələn, insanlar ayrı-ayrı dərman bitkiləri haqqında müəyyən bilgiyə malik olduqlarını yetərli hesab edərək, onları ya fərdi qaydada, ya da yığıntılar şəkilində bir-birinə qataraq, müxtəlif vasitələr (dəmləmə, bişirmə, məcun, doşab, həlim və s.) hazırlayaraq, vaxt-bivaxt qəbul edirlər. Lakin, onlar bu bitkilərdən hansını digəri ilə eyni vaxta qəbul etmək olar-olmaz, yaxud dərman insanın bədən çəkisinə, xəstəliyinə uyğun olaraq hansı dozada qəbul eilməsi müəyyən edilibmi, yoxsa yox və s. bu kimi məqamlar nəzərə alınmadan istifadə edirlər. Nəticədə isə sonradan bir çox arzuolunmaz hallar meydana çıxır. Ona görə də insanlara məsləhət görərdim ki, istənilən vasitəni istər xəstəliklərin profilaktikası, istərsə də müalicəsi zamanı istifadə etdikdə, mütləq mütəxəssislə məsləhətləşsinlər.
-    Etiraf etmək lazımdır ki, bu cür təbii vasitələrin çoxu apteklərdə deyil, bazarlarda satılır. Bu nə dərəcədə məqsədəuyğundur? Ümumiyyətlə, bu məsələyə ölkəmizdə dövlət nəzarəti varmı?
-    Əslində çox mühüm məqama toxundunuz. Çox təəssüf ki, hər il xeyli miqdarda dərman bitki xammalları və digər təbii müalicə vasitələri, bu sahənin mütəxəssisləri olmayan şəxlər tərəfindən kor-koranə şəkildə, kimsənin icazəsi olmadan yığılaraq, talan edilir, eyni zamanda heç bir sanitar-gigiyenik qaydalara riayət edilmədən qablaşdırılaraq, müxtəlif yerlərdə (küçələrdə, bazarlarda, dalanlarda) əhaliyə satılır. Nəzərə alsaq ki, insanların sağlamlığının müalicəsi və profilaktikasının müalicəvi vasitələrlə həyata keçirilməsi yönündə əczaçılıq fəaliyyəti, “Dərman vasitələri haqqında” və “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında” və digər bu kimi qanunlar qəbul edilmişdir, o zaman hər kəsin bu qanunlara uyğun fəaliyyət göstərməsi vacib və məcburidir. Lakin, yuxarıda qeyd olunan bəzi hallar, təəssüf ki, bu qanunların kobud şəkildə pozulmasını göstərir. Sonuncu qeyd etdiyim qanunda,  sanitariya mühafizə zonası - təbii müalicə ehtiyatlarının, müalicə-sağlamlaşdırma yerlərinin, kurortların və onlara bitişik sahələrin çirklənməkdən və vaxtından əvvəl tükənməkdən qorunmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş təsərrüfatçılıq, yaşayış və təbiətdən istifadə rejiminə malik ərazilərin qorunması kimi məqamlara xüsusi yer verilir. Hər kəs bunu bilməlidir ki, bütün bu müalicə əhəmiyyətli vasitələrin mənbələri ölkəmizin milli sərvətidir və kimsənin bunlardan qazan mənbəyi kimi israfçılıqla talan etməsinə və tibbi biliyi yetərincə olmayan insanlar arasında istehlak etməyə ixtiyarı yoxdur.
-    Yeri gəlmişkən, hazırda havaların soyumasıyla əlaqədar, əhalinin soyuqdəymədən və müxtəlif yuxarı tənəffüs yollarının infeksiyasından qorunması məqsədilə hansı təbii mənşəli vasitələrdən istifadə etmələrini tövsiyə edərdiniz?
-    İnsan orqanizminin zərərli mikroorqanizmlərdən, viruslardan, bakteriya və digər xəstəliklərdən özünü müdafiə etməsi üçün ilk növbədə immun sistemi güclü olmalıdır və bunun üçün onu gücləndirmək çox vacibdir. İmmun sistemin gücləndirilməsi üçün bir neçə mühüm şərtə ciddi əməl olunmalıdır:
-    Düzgün və keyfiyyətli qidalanma: İmmunitet sisteminin düzgün işləməsi üçün zəruri olan fol turşusu (vitamin B9 bişmiş lobya və mərciməy, yumurta, çuğundur, yaşıl yarpaqlı tərəvəzlər, brokoli və s.), B12 vitamini (qaraciyər, az yağlı süd, toyuğun döş əti, yumurta, mal əti, balıq məhsulları) C vitamini (sitrus meyvələri, yaşıl və qırmızı bibər, qara qarağat, kivi, çiyələk, cəfəri, ananas, gül kələm, noxud, pomidor və s.) və D vitamini (balıqlar, mal qaraciyəri, pendir, yumurta sarısı, bəzi göbələklər) kimi vitaminlər və sink, dəmir, selen kimi minerallar zəngin qidalar qida rasionuna daxil edilməlidir. Eyni zamanda gündəlik tələb olunan karbohidrat, zülal və yağın miqdarı qida normasına uyğun olmalıdır. Həftəlik uyğun idmanla məşğul olmaq, keyfiyyətli yuxu, xüsusilə gecə saatlarında kifayət qədər düzgün yuxu rejimi güclü immunitet üçün əvəzolunmaz amildir. Müəyyən xəstəliklərə qarşı vaxtında və uyğun şəkildə peyvənd olunmaq, immun reaksiyanı artıraraq bu xəstəliklərə qarşı daha yaxşı qorunmanı təmin edir. Pis vərdişlərdən imtina, siqaret, alkoqol və narkotik maddələrin istifadəsinin dayandırılması effektiv immun sistemi üçün çox vacibdir. Tərkibində efir yağı saxlayan kəklikotu, lavanda, evkalipt, nanə kimi bitkilərin ayrı-ayrılıqda həm dəmləməsi, həm də inqalyasiya şəkilində istifadə olunması qrip xəstəliyində, andız, gülxətmi, biyan, heyva seliyi, səhləb seliyi yuxarı tənəffüs yolu xəstəliklərində müsbət təsir göstərir. Soyuqdəymə zamanı bol mayenin (zoğal, moruq, göyəm, qarağat, heyva kimi meyvə və giləmeyvələrdən hazırlanmış çay, kompot, itburnu və çaytikanı şirəsi və s)qəbul edilməsi ən yaxşı vasitələrdən hesab olunur.

Son xəbərlər

Dövlətçiliyimizin tarixi və milli iradəmizin təcəssümü

20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır

Binəqədidə 20 Sentyabr-Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Bakının beynəlxalq mədəniyyət və dialoq məkanı kimi rolu

" “İstisu" gündəlik qidalanmada özünəməxsus yeri olan təbii mineral sudur” – Məhsəti Hüseynova

Türk Dünyasının ortaq yaddaşı uşaqlarla gələcəyə daşınır

“Bizim birliyimiz hər birimizi gücləndirəcək”

Azərbaycanın Türk dünyası və Qafqaz arasında mənəvi körpü missiyası

Sülhə qarşı Ermənistan cəmiyyətinintəəssüf doğuran reaksiyası

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib

"Xəzər Biznes Təşəbbüsü” nəzdində “Xəzər Körpüsü” Biznes-Diplomatiya Klubu yaradılıb

Diplomatik korpusun nümayəndələri Qarabağvə Şərqi Zəngəzurda

Şahin Əliyevin qələmə aldığı “Kiprdən dünyaya hayqıran səs: Zorlu Töre” kitabı nəşr olunub

Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib

Səfir Dr. Rəşad Məmmədov Özbəkistanda yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüşüb

Sabirin maarifçilik ideyaları və milli düşüncənin inkişafına təsiri

Holon Texnologiya İnstitutunda Azərbaycan gəncləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

QHT rəhbəri layihə çərçivəsində Qazaxstana səfər edib

Bakıda Cəfər Cabbarlının bədii irsinin təbliği məqsədi ilə 2 yeni kitabın təqdimatı keçirilib

Tanzania and UAE Forge a New Global Corridor with OBS One Business Season Expansion

Sabir irsi: Keçmişdən gələcəyə uzanan maarif və həqiqət yolu

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb

Bakı metrosu: Şəhər dəyişir, bəs yeraltı şəhər?

Tanınmış tatar alimi Albert Burhanov Bakıda mükafatlandırılıb

“Sağlam bədəndə sağlam ruh ” adlı maarifləndirici təlim keçirilib

Rəşad Məmmədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təltif edilib

26 Avqust – Laçın Şəhəri Günü mübarək!

Yasamal rayonunda abadlıq-quruculuq və şəhərsalma tədbirləri icra edilir

Bütün xəbərlər