BAKU Azərbaycan
11.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli: “Sərsəng su anbarına nəzarət Azərbaycana verilməlidir”

Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunması, sulardakı biomüxtəlifliyin tükənməsinin qarşısının alınması hər bir cəmiyyət üzvünün konstitusion vəzifələrindəndir. Son zamanlar bu məsələ xeyli dərəcədə aktuallaşıb.  

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ölkənin bir sıra su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqi” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunmasına, sulardakı biomüxtəlifliyin qorunmasına, Qarabağdakı su resurslarına nəzarətin bərpa olunmasına, təbiətin gözəlliyinin və ətraf mühitin təmizliyinin saxlanmasına, ölkənin turizm, xüsusən də ekoturizm baxımından cəlbediciliyinin artırılmasına yardımçı olmaqdır. Layihə çərçivəsində sahəyə aid ekspertlərdən, ictimai birliklərdən və ictimai fəallardan mövzu ilə bağlı fikir və təkliflər öyrənilir. Mövzu ilə bağlı budəfəki müsahibimiz “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərlidir.

-Elman bəy, öncə təşkilatınızın fəaliyyəti və ekoloji sahədə həyata keçirdiyiniz layihələriniz, təşəbbüslərinizlə bağlı məlumat verməyinizi xahiş edirik.

-“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi bir qrup könüllü təbiətsevər tərəfindən 2019-cu ilin mayın 3-də təsis edilib. Tələbəlik dostum, tarix müəllimi Kamal Hacıyevlə birgə boş vaxtlarımızda Bakının Sabunçu, Xətai və Nizami rayonlarının ərazilərində gəzir, çoxillik ağacları, yaşıllıq sahələrini qeydiyyata alır, işbazlar tərəfindən məhv edilən yaşıllıq sahələri ilə bağlı məlumatlar yazıb sosial şəbəkələrdə, saytlarda paylaşırdıq. Zaman-zaman fəaliyyətimiz genişləndi, qərara aldıq ki, aidiyyəti dövlət qurumlarına məktublar yazmaq üçün rəsmi qeydiyyata ehtiyacımız var. Beləcə sənədləri toplayıb Ədliyyə Nazirliyinə təqdim etdik. Həmin ilin dekabrın 26-da “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi dövlət qeydiyyatına alındı. O vaxtdan fəaliyyətimizi daha da genişləndirdik, layihələr yazıb donor təşkilatlara müraciət etdik. İlk layihəmizi 2020-ci ildə həyata keçirdik. “Yay aylarında zəhərlənmə yaradan qidalarla bağlı əhalinin maarifləndirilməsi” adlanan layihə təşəbbüsümüzə ovaxtkı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası dəstək verdi. 2022-ci ildə yenidən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi müsabiqəyə qatıldıq. "Cəmiyyətdə ekoloji tərbiyənin formalaşdırılması məqsədilə maarifləndirmə tədbirlərinin təşkili" layihəsini uğurla icra etdik. Agentliyin 2023-cü il kiçik qrant müsabiqəsinə də qatıldıq. Bu dəfə “Urmiya gölünü xilas et: ekoloji fəlakət qapıda” layihəmiz müsabiqədə qalib gəldi. Hazırda 3 aylıq layihəni uğurla yekunlaşdırmaq üzrəyik. Layihə çərçivəsində Güney Azərbaycanın Urmiya bölgəsində yaranan ekoloji fəlakət, Urmiya gölünün qurudulması ilə bağlı videomüsahibələr təşkil etmiş, KİV-də yazı və müsahibələrlə çıxış etmişik. “Dar ağacında buxarlanan Urmu gölü” adlı sənədli filmin hazırlanması da başa çatıb. Yaxın günlərdə Bakının ali və orta məktəblərinin birində sənədli filmin təqdimatını həyata keçirəcəyik. Ümumilikdə 2023-cü ili təşkilatımız üçün uğurlu illərdən hesab edirik. 2022-ci ilin dekabrın 12-də Xankəndi-Laçın yolunda ekofəalların keçirdiyi aksiyaya qatıldıq. 3 gün Qarabağ iqtisadi rayonunda yerləşən filiz mədənlərinin qanunsuz istismarına son qoyulması və mədənlərin monitorinqinə icazə verilməsi tələbi ilə keçirilən aksiyada şəxsən iştirak etdim.

-Azərbaycanın ekoturistik imkanlarını necə qiymətləndirirsiniz?

-Ekoloji turizm ətraf mühitə qayğı ilə bağlı turizm növüdür. Ekoloji turizmin inkişaf tendensiyası Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qolu olan Ümumdünya Turizm Təşkilatı tərəfindən müəyyən edilib. Ekoturizm məqsədyönlü şəkildə təbii ərazilərə ətraf mühitin və yerli təbiətin vəziyyəti ilə daha da dərindən maraqlanmaq, bütün bunların daha da dərindən öyrənilməsi və dərk edilməsi məqsədilə edilən səyahətdir. Belə səyahətlər zamanı ekosistemin bütövlüyü qorunmalıdır. Bununla yanaşı, ekosistemin qorunması yerli əhaliyə sərf edəcək şəkildə həyata keçirilməlidir. Ekoturizm həm təbiətin qorunmasına, həm də çiçəklənməsinə gətirib çıxara bilər. Ekoturizm turizm fəaliyyətinin yerli əhali ilə qarşılıqlı əlaqəsidir. Ekoturizm turizmin digər növləri ilə müqayisədə insanlar tərəfindən daha az korlanmış təbii ərazilərdə həyata keçirilir. Ekoturizm ətraf aləmin dağıdılmasına və onun keyfiyyətinin aşağı düşməsinə səbəb olmur. Bu iş etibar və bacarıqla həyata keçirilməlidir. Ekoturizmin daha bir məqsədi də yerli əhalinin təbiətdən zövq almasına şərait yaratmaqdır. Bu, təbiətə səyahətdir, səyahətin məqsədi isə yerli təbiət və adət-ənənələrlə tanış olmaqdır. Azərbaycanın Abşeron, Dağlıq Şirvan, Naxçıvan, Şəki, Qəbələ, Qarabağ və digər bölgələrində ekoturizm üçün geniş imkanlar var.

-Azərbaycanda su hövzələrinin və onlardakı bioresursların qorunması məsələsi getdikcə aktuallaşır. Bu sahədə fikirlərini öyrəndiyimiz idman balıqçılıq birlikləri, ekspertlərin mövqeyi də belə bir aktuallığın mövcudluğundan xəbər verir. Bu barədə mövqeyinizi bilmək maraqlı olardı. Ölkənin su hövzələrinin hansı ərazilərdə daha çox çirkənməyə məruz qaldığını demək olar? Həmin çirklənmə daha çox hansı səbəblərdən qaynaqlanır?

-Azərbaycanın əsas içməli su qaynağı olan mənbələrinin 70 faizi transsərhəd çaylarıdır. Kür, Araz, Samur və digər çaylarımız mənbəyini qonşu ölkələrdən götürür. Kür Gürcüstan, Araz Ermənistan ərazilərində ciddi şəkildə çirklənməyə məruz qalır. Ermənistanın dağ mədən sənayesi müəssisələrinin ekoloji norma və tələblərə uyğun olmayan fəaliyyəti su resurslarımızın aşırı kirlənməsinə məruz qalır. Çaylarımızın ağır metallar və zəngin sənaye tullantı suları ilə çirkləndirilməsi bu çayların fauna və florasına da təsirsiz qalmır. Çay hövzələri boyunca kənd təsərrüfatı sahələrinə ciddi ziyan dəyir. Bu hal torpağın şoranlaşmasına gətirib çıxarır. O üzdən, su resurslarımızdan maksimum qənaətlə istifadə etməli, suvarma sistemini yeniləməli, tullantı sularının təkrar emalını həyata keçirməli, texniki su şəbəkələrini bərpa etməliyik.

-Ekoturistik məkanlarda fəaliyyət göstərən turizim mərkəzlərinin ekoloji mühitin təmiz saxlanmasına nəzarəti qənaətbəxş sayıla bilərmi? Getdiyiniz bu cür məkanlarda müşahidələrinizi bölüşmək maraqlı olardı.

-Ölkənin turizm mərkəzlərində ətraf mühitin qorunması, təmizlik, sanitariya məsələləri narahatlıq doğuran məqamlardandır. Dəfələrlə turizm mərkəzlərində ürəkağrıdan mənzərələrin şahidi olmuşam. İctimai şüurda dəyişiklik mütləq vacibdir. Hər bir insan istirahət etdiyi məkana müvəqqəti yer kimi baxmamalı, evi kimi yanaşmalıdır. Heç kimin istirahət etdiyi məkanı zibilləməyə haqqı yoxdur. İnsanlarda istirahət mədəniyyəti, piknik kültürü formalaşmalıdır. Bununla bağlı mütəmadi olaraq televizyalarda, sosial mediada maariləndirmə tədbirlərinin aparılmasına ehtiyac var.

-Müvafiq qurumların ekoturistik məkanların təmizliyinin qorunması ilə bağlı hansı tədbirləri həyata keçirməli olduqları ilə bağlı fikirləriniz?

- Bu məsələdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin üzərinə böyük vəzifə düşür. Vətəndaş vəmiyyəti institutları da bu işdə onlara yardım etməlidir. Vaxtaşırı, xüsusən də mövsüm olmayan aylarda dənizsahili çimərliklərdə, piknik bölkgələrində könüllü iməciliklər, təmizlik aksiyaları keçirilməlidir.

-Qarabağın nəzarətsiz qalan ərazilərində su hövzələrinin monitorinqi zərurəti ilə bağlı nələri deyə bilərik?

-Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində olan su hövzələrimizin mütəmadi olaraq monotorinqi aparılmalıdır. Bunun üçün Rusiya sülhməramlıları ilə danışıqlar aparılmalı, müvafiq dövlət qurumları tərəfindən Sərsəng su anbarında, Xaçın, Tərtər və digər çaylarında yoxlamalar aparılmalıdır.

-Sərsəng su anbarı ilə bağlı ictimai birliklərimiz, cəmiyyət həyəcan təbili çalır. Bu barədə hansı tədbirlər həyata keçirilməlidir?

- 1976-cı ildə Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində, Tərtərçay üzərində tikilmiş Sərsəng su anbarı qəzalı vəziyyətdədir. Azərbaycan tərəfindən bununla bağlı dəfələrlə müvafiq beynəlxalq qurumlara müraciətlər edilib. Az öncə Azərbaycanda fəaliyyət göstərən bir qrup qeyri-hökumət təşkilatı da problemlə bağlı beynəlxalq ictimaiyyətə müraciət etdi. Müraciətdə qəzalı vəziyyətdə olan Sərsəng su anbarının bölgə üçün ekoloji təhdid halına gəldiyi vurğulanır. Məlumdur ki, su anbarı 1993-cü ildə Qarabağ və Şərqi Zəngəzurun digər əraziləri kimi işğalçı Ermənistan ordusunun nəzarət altına keçmişdi. 2002-ci ildə 44 günlük müharibədə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Lakin Sərsəng su anbarı Rusiya sülhməramlılarının nəzarət etdiyi böldəgə yerləşir. Hazırda su anbarı qondarma rejimin nəzarəti altındadır. Su anbarı 10 ildir baxımsız qalıb. Monitorinqlərin nəticəsi göstərir ki, su anbarında ciddi təmir-bərpa işlərinə ehiyac var. Hündürlükdə yerləşən su anbarının divarlarında, bəndlərində bərkitmə işləri aparılmalı, Sovet dövründən qalma hidrotenxiki qurulan yenilənməlidir. Bunu isə qondarma rejim, nə də Ermənistan tərəfi edəsi deyil. Təsəvvür edin ki, bölgəyə normadan artıq yağıntı düşsə, su anbarı dolub daşsa, ətraf ərazilər hansı vəziyyətə düşəcək. Su anbarından aşağıda yerləşən azərbaycanlıların yaşadığı kəndlər, əkin sahələri, örüş yerləri, meşə sahələri, müxtəlif infrastrukturlar cidid təhdid altındadır. Bu su anbarı Azərbaycanın vəsaiti hesabına tikilib. 30 il öncə Azərbaycanın 6 rayonu: Ağdam, Bərdə, Ağcabədi, Tərtər, Yevlax və Goranboy rayonlarının 100 min hektarlarla əkin sahələri suvarma suyunu Sərsəngdən götürürdü. Ermənilər su resurslarını düzgün idarə etmirlər. Bölgədə su ehtiyatları ədalətsiz şəkildə bölünüb. Bu üzdən, Sərsəng su anbarına nəzarət Azərbaycana verilməlidir.

Son xəbərlər

Rusiyada yaşayan azərbaycanlı həkim-yazar təltif olunub

Sumqayıtda “Süd vəzi patologiyalarına yeni baxış” mövzusunda elmi-praktik konfrans keçirilib

Ümit Özdağ: “Azərbaycan haqqında mənfi düşünən birinin Türkiyə haqqında müsbət düşünməsi mümkün deyil”

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

Bütün xəbərlər