BAKU Azərbaycan
29.54 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Qloballaşan Dünyaya İnteqrasiya İctmai Birliyi Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bakı və
rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsini həyata
keçirir. Bu yazı layihə çərçivəsində təqdim edilir.
Yer kürəsində ən böyük qapalı su hövzəsi olan Xəzər dənizində son illər ekoloji
problemlər daha da artmaqdadır. Ekoloji problemin səbəblərinə gəldikdə isə
mütəxəssislər bunu müxtəlif amillərlə izah edilər. Belə ki, dənizdə karbohidrogen
ehtiyatlarının axtarışı, hasilatı və nəqli zamanı ekoloji tələblərin gözlənilməməsi,
sənaye tullantıları, çay suları ilə dənizə müxtəlif çirkləndirici maddələrin gətirilməsi,
məişət tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdılması, üzən vasitələrdən
tullantılar, kənd təsərrüfatında istifadə olunan gübrələrin yağıntı və suvarma suları ilə
yuyularaq çaylar-kanallar vasitəsilə dənizə axması və digər faktorlar göstərilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinin Azərbaycana
mənsub olan bölməsində və onun sahil zolağında fəaliyyət göstərən müəssisə və
təşkilatlarda, obyektlərdə, üzən vasitələrdə, sahilboyu ərazilərdən dənizə olan
axarlarda həyata keçirilən ekoloji monitorinqlər zamanı Xəzər dənizinə tökülən 128
axar qeydə alınıb. Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun
prezidenti Rauf Sultanov da Xəzərin çirklənməsinin yalnız su ilə məhdudlaşmadığını,
ətraf aləm, o cümlədən flora və fauna üçün də böyük problemlərə yol açdığını deyir.
R.Sultanovun sözlərinə görə, dünya miqyasında dənizlərin, okeanların, çayların,
göllərin çirklənməsi ilə əlaqədar olaraq mütəmadi olaraq müəyyən monitorinqlər
keçirilir: “Xəzər 5 dövlətin ətrafında yerləşən böyük bir su hövzəsidir. Xəzər dənizinin
çirklənməsi yalnız bir ölkənin deyil, həmin 5 ölkənin, yəni qlobal bir problemdir. Bu
qlobal problemi həll etmək üçün həmin ölkələr müəyyən məsələləri müzakirə etmək
üçün görüşlər keçirirlər. Ümumiyyətlə, bu isitiqamətdə beynəlxalq konvensiyalar var.
Bu isə regional problemdir. Xəzəri ən çox çirkləndirən Volqa çayıdır və onun
ətrafında 20-25 milyona qədər əhali yaşayır. Bu əhalinin həm sənaye, həm də
məişər tullantıları Xəzər dənizinə axıdılır. İkinci ən çox tullantı axıdan ölkələrdən biri
Azərbaycandır. Araz çayı Ermənistanda çirklənir. Gürcüstandan da Kür çayı
vasitəsilə sənaye və məişət tullantıları Azərbaycana gəlir və Xəzərə tökülür. Nə
Ermənistan, nə də Gürcüstan beynəlxalq konvensiyalara qoşulmayıblar. Əgər
qoşulsaydılar Azərbaycan onları beynəlxalq məhkəməyə də verə bilərdi.
Baxmayaraq ki, Ermənistan Araz çayını çirkləndirir, bir dəfə də olsun İran bu haqda
müəyyən məsələ qalıdrmayıb. Yalnız bir il bundan öncə Araz çayı Ermənistan
ərazisində son dərəcə çirkləndiyi üçün müəyyən iradlarını bildirdilər. Azərbaycanın
özündə də Kür çayına müəyyən məişət tullantılar, suyu çirkləndirən maddələr də
axıdılır. Beləliklə, ən az suyu çirkləndirən Türkmənistan və Qazaxıstandır”.
Ekoloq deyir ki, Azərbaycanda Xəzər dənizindən neft çıxarılır və emal prosesində ən
mütərəqqi texnologiyalar tətbiq edilməsinə baxmayarq, qəzalar baş verir və nəticədə
neft dənizə tökülür: “Dənizdən neft çıxaran yalnız Azərbaycandır və bu baxımdan
neftlə çirklənmə prosesi ölkəmiz tərəfindən gedir. Xəzər dənizinin çirklənməsində ən

böyük amillərdən biri kimi hərbi gəmilərin, eləcə də digər gəmilərin də rolu var. Belə
ki, dəniz nəqliyyatı dənizə xeyli miqdarda çirkli maddələr axıdır. Xəzər dənizin
çirklənməsi yalnız suya deyil, orada yaşayan canlılara da öz təsirini göstərir. Belə ki,
Xəzər dənizində balıqçılıq inkişaf edir və buradakı balıqlar qidalanarkən müəyyən
zəhərli maddələr onların orqanizminə daxil olur. İnsanlar balıqlarla qidalarkən həmin
konseregen maddələr insanların orqanizminə də təsir göstərir. Bundan başqa Xəzər
dənizində hərbi manevrlər, təlimlər aparırlar ki, bu da suyun çirklənməsində öz
təsirini göstərir. Əhalinin sayı ilə yanaşı suya olan tələbat da artır. Suyun çirklənməsi
prosesi əvvəlki illərə nisbətən daha çox olur. Xəzərin çirklənməsinin qarşısının
alınması üçün müəyyən tədbirlər görmək lazımdır. Bu baxımdan dənizdən neft
çıxararkən ehtiyatlı olmaq lazımdır ki, dəniz neftlə çirklənməsin. Eləcə də
Rusiyadan, Həştərxan ərazisində baş verən proseslərin nəticəsidir ki, Xəzərin
çirklənməsinin 80 faizi məhz Volqa çayının payına düşür. Rusiyada bu çirklənmənin
qarşısının alınması üçün müəyyən tədbirlər görülməlidir. Dənizin mühafizə edilməsi
əsas məsələlərdən biridir. Ermənistan, Gürcüstanın bizim çayları çirkləndirməsi ilə
bağlı regional iclaslarda, konfranslarda alimlərimiz statistik rəqəmlər təqdim edirlər”.
Ekoloq deyir ki, bu çirklənmə yalnız balıqlara təsir göstərmir: “Dünyada okeanların,
dənizlərin, çayların altında olan bitkilər oksigen ifraz edir. Dünyada ifraz edilən
oksigenin 60 faizi okean, dəniz və çaylarda olan bitkilərin hesabınadır. Konseregen
maddələr oraya düşəndə onları məhv edir. Suyun oksigenə olan tələbatı azalır. Quru
ərazidə bitki məhv olanda insanlar onu bərpa etmək imkanına malikdir. Ancaq
dənizin dibində olan bitkilər konseregen maddələr nəticəsində məhv olduqda o
bitkiləri yenidən əkmək qeyri-mümkündür. Eləcə də Xəzər dənizində olan balıqların
əksəriyyəti bitkilərlə qidalanırlar. Burada qida zənciri qırılır. Xəzərin mikroflorası,
faunası azalır. Beləliklə, Xəzərdə olan canlı aləm getdikcə azalır. Almaniyada Reyn
çayına o qədər sənaye məhsulları axıdılır ki, ona “ölü çay” deyirlər. Hətta orada canlı
mikroorqanizmlər belə, yoxdur. Xəzərlə bağlı 5 ölkə müəyyən tədbirlər həyata
keçirməsə, vəziyyəti daha da pisləşəcək. Bu gün hətta milyon tonlarla müəyyən
zəhərli maddələr havaya buraxılır, onlarda həm yağış vasitəsilə, həm də çaylar
vasitəsilə Xəzəri çirkləndirir. Xəzərə axan çayların daşması da dənizin
çirklənməsində rol oynayır. Yəni Xəzəri çirkləndirən amillər olduqca çoxdur. Bunun
qarşısını sözlə almaq yox, xeyli vəsait sərf etmək lazımdır. Bu regional problemdir və
bunun qarşısı alınmalıdır”.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər