BAKU Azərbaycan
13.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Yaraşıqlı və müasir turizm obyektlərinin ətrafı zibil qalaqları ilə əhatələnib, qanunsuz balıq ovçularının tərk edilmiş qayıq və sintetik torları ətrafda gözə dəyir…

Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunması, sulardakı biomüxtəlifliyin tükənməsinin qarşısının alınması hər bir cəmiyyət üzvünün konstitusion vəzifələrindəndir. Son zamanlar bu məsələ xeyli dərəcədə aktuallaşıb.

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Ölkənin bir sıra su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqi” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycanda su hövzələrinin təmiz saxlanması və qorunmasına, sulardakı biomüxtəlifliyin qorunmasına, Qarabağdakı su resurslarına nəzarətin bərpa olunmasına, təbiətin gözəlliyinin və ətraf mühitin təmizliyinin saxlanmasına, ölkənin turizm, xüsusən də ekoturizm baxımından cəlbediciliyinin artırılmasına yardımçı olmaqdır. Layihə çərçivəsində sahəyə aid ekspertlərdən, ictimai birliklərdən və ictimai fəallardan mövzu ilə bağlı fikir və təkliflər öyrənilir. Bu dəfə layihə çərçivəsində Lənkəran və Astarada Xəzər sahilinin çimərlikləri barədə müşahidələrimizi təqdim edirik.

Lənkərandakı dəniz sahili mövsüm vaxtı daha kütləvi istismar olunur, ölkənin digər yerlərindən gələn daxili turistlər, eləcə də az-az rast gəlinən xarici turistlərin hesabına bu çimərliklər daim dolu olur. Ötən il bu sahədə apardığımız müşahidələr də eyni vəziyyəti göstərirdi. Onu da qeyd etmək lazımdır ki, buranın qara vulkanik qumları müalicəvi əhəmiyyətə malikdir, suyu isə bütün Xəzər dənizi sahillərində ən duru su hesab olunur. Müşahidələrimizə əsasən deyək ki, burada çirklənmə səviyyəsi daha çoxdur. Bundan başqa, Lənkəran şəhərinin sahilə yaxın olması da çirklənmə səviyyəsini artırır. Əhali ilə apardığımız söhbətlərdən və müşahidələrimizdən o qənaətə gəlmək olur ki, Lənkəranda fərdi yaşayış evlərində formalaşan tullantı suların bir hissəsi birbaşa Xəzər dənizinə axıdılır. Eləcə də, şəhərin mərkəzində yerləşən binalar, müəssisə və qurumlardan çirkab və tullantı suları dəmiryol vağzalının qarşısındakı boru ilə dənizə tökülür. Tullantı suların Xəzərə töküldüyü sahələr isə çimərliklərdir. Bu isə ekoloji vəziyyəti pisləşdirməklə bərabər, çimərlikləri çirkli və yararsız hala salır, ərazidəki təbii axarlara və kanallara öz mənfi təsirini göstərir. Nahaq yerə deyil ki, burada aparılmış dəniz suyunun monitorinqləri çirklənmə səviyyəsinin normadan çox olduğunu göstərir. Lənkəran rayonu ərazisindəki təmizləyici qurğular istismara yararsız olduğundan, tullantı suları heç bir təmizləmə prosesindən keçmədən dənizə axıdılır. Digər tərəfdən, sahil və çimərlik ərazilərinin insanlar tərəfindən çirkləndirilməməsinə nəzarət zəifdir. Nəticədə tullantılara məruz qalan çimərliklərdən istifadə mədə-bağırsaq və dəri xəstəliklərinin yaranması riski yaradır. Burada da brakonyerlik, sintetik torlardan istifadə və sahil ərazilərin müxtəlif balıqçılıq ləvazimatları, plastmas tullantılarla ilə çirkləndirilməsi tipik xarakter daşıyır.

Astaranın dəniz sahili nisbətən təmiz və daha az antropogen təsirə məruz qalsa da, burada da ətraf mühit məsələsi aktualdır. Astaranın çimərlikləri qonşu Lənkərana nisbətən daha təmiz, daha az turist qəbul edən olsa da, turizm potensialı böyükdür. Son zamanlar rayonun ərazisində Xəzər sahilində yerləşən bir sıra kəndlərdə standartlara uyğun çimərliklərin salınması, turizm obyektlərinin sayının çoxalması müşahidə edilir. Məsələn, layihə çərçivəsində baş çəkdiyimiz Şahağacı, Qamışlı və s. ərazilər bu baxımdan misal çəkilə bilər. Bununla belə, bu cür obyektlərin fəaliyyətə başlaması ilə sahilin Bakıdakı və qonşu Lənkərandakı kimi çirklənməsinin əsası qoyulub. Belə ki, çimərliklərdə təmizliyə riayət edilmir. Sahibkarlar, əhali və eləcə də müvafiq qurumların bu yöndə fəaliyyətini və diqqətini artırmalarına ehtiyac var. Sahil boyunca bir sıra yerlərdə çox səliqəsiz mənzərənin, hətta açıq brakonyerliyin, ölkədə satışı və istifadəsi qadağan olunmuş sintetik torların qurulduğunun, köhnələrinin dəniz sahilini zibilliyə çevirdiyinin şahidi olursan. Əhali ilə söhbətlərdən o qənaətə gəlirik ki, bu cür sintetik torlar ərazidə kütləvi istifadə olunur və müvafiq qurumların buna göz yummasının səbəbi brakonyerliyə münbit şərait yaradıb. Nəticədə, yaraşıqlı və müasir turizm obyektlərinin ətrafının zibil qalaqları, qanunsuz balıq ovçularının tərk edilmiş qayıq və sintetik torlarla əhatələnməsinin şahidi oluruq ki, bu da nəinki ekoloji, həmçinin turistik baxımdan da qəbuledilməzdir və əcnəbilərdə ölkə barəsində neqativ təəssürat oyada bilər.

Qeyd edilənlərdən əlavə, Lənkəranın vətəgə əhəmiyyəti daşıyan və daşımayan çaylarında, digər su hövzələrində brakonyerlərin suya tokvermə üsulu ilə balıqları tələf etdiyi barədə də çoxlu söhbətlər eşitdik. Bu da brakonyerliklə bağlı təhlükəli məqamlardandır. Bu bölgədə də əhalinin məşğulluq məsələlərinin tam həlli, eləcə də müvafiq qurumların su hövzələrinin və onlardakı bioresursların qorunması ilə bağlı vəzifələrini daha məsuliyyətlə yerinə yetirməsi lazımdır ki, bu sahədə arzuolunmaz hallara rast gəlinməsin…

Son xəbərlər

Yeni geosiyasi reallıq və balans siyasəti

İtaliya ilə Azərbaycan arasında münasibətlər

Azərbaycanda artan yanğın riskləri: Obyektləri və həyatı gözlənilməz təhlükədən necə qorumalı?

Professor Hafiz Paşayevin 85 illik yubileyinə həsr olunmuş məqalə

DFJD “Ana dilini unutmuruq” layihəsinə start verib

ABŞ mediasında Azərbaycan musiqisi haqqında məqalə dərc olunub

“Dayaq” sosial maarifləndirmə İB yeni layihənin icrasına başlayıb

QHT tərəfindən Azərbaycanda 9 gölün ekoloji vəziyyəti araşdırılacaq

Azərbaycan idmanı yüksək diqqət və qayğı ilə əhatə olunub

Elazığda “Uluslararası Sağlık Turizmi Zirvesi”ndən sonra qonaqlar Çır-Çır şəlaləsini ziyarət ediblər -FOTOLAR

Rusiyada Xanlar Bəşirov tərəfindən Azərbaycan rəqsləri üzrə ustad dərsləri keçirilir

Azərbaycan Çexiya diplomatik münasibətlərin dinamik inkişafı

Gənc idmançılar beynəlxalq arenada Azərbaycan bayrağını yüksəklərə qaldırmaqda davam edirlər

Ukrayna–Azərbaycan əlaqələrinin yüksələn xətti

SITA 2026-cı ilin ilk rübündə yeni texnoloji həllər və tərəfdaşlıqlarını açıqlayıb

Tanınmış şair və bəstəkar Xanım İsmayılqızının yubiley gecəsi keçirildi

Yaponiyada azərbaycanlı müəllifdən yeni kitab: “Azərbaycan adlı strategiya” nəşr olundu

Xəzər Universitetinin əməkdaşı TESİAD-ın Məsləhət Şurasının iclasında -FOTOLAR

Gənc istedadlara yeni nəfəs verən 100 yaşlı mədəniyyət ocağı

Azərbaycan–Latviyanın birgə fəaliyyət imkanları

Xanım İsmayılqızının “Kitablar səltənətinin inciləri”nə daxil olan şeirləri

Psixologiyanın nəbzi Bakıda:Xəzər Universitetində Azərbaycan X Beynəlxalq Psixologiya Konfransı keçiriləcək

Şanlı Zəfərimiz “Kitablar səltənətinin incisi”nə daxil oldu

“Beynəlxalq Şeflər Liqası”nın möhtəşəm qala gecəsi və mükafatlandırma mərasimi keçirilib

Almatıda keçirilən II Qazaxıstan Beynəlxalq Sağlamlıq Turizmi Sərgisində Azərbaycan geniş tərkibdə təmsil olunub

Xəzər Universiteti ilə Türkiyənin ali təhsil müəssisələri arasında akademik əlaqələr genişlənir

Baş katib Azər Allahverənov Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb

“Milli Qəhrəmanlarımız” tədbirlər silsiləsində videoçarx hazırlandı

Zərifə Əliyevanın zəngin elmi irsi bu gün də yaşayır

Beynəlxalq Mədəni İrs Ustad Məktəbində “Xalq sənətkarlığı və təsviri-dekorativ sənət” tematik qrupu üzrə dərslər keçirilib

Bütün xəbərlər