Dünya
03.08.2022 / 00:30
Avropa Komissiyası Ukraynaya 1 milyard avroluq yardımı köçürüb
Avropa Komissiyası 1 milyard avroluq makromaliyyə kredit paketinin Ukraynaya transferini başa çatdırıb.
"Xeber 7" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avrokomissiyanın yaydığı məlumatda deyilir.
Komissiya Ukraynaya iyulda razılaşdırılmış 1 milyard avroluq makromaliyyə yardım proqramından 500 milyon avroluq ikinci tranşı köçürüb.
Birinci tranş avqustun 1-də həyata keçirilib.
İyulun 12-də Avropa İttifaqı (Aİ) Şurası iqtisadiyyat və maliyyə nazirləri səviyyəsində Ukraynaya fövqəladə makromaliyyə yardımı proqramı çərçivəsində bu ölkəyə 1 milyard avro məbləğində kredit ayrılmasını təsdiqləyib.
Hələ may ayında Avropa Komissiyası Ukraynaya 9 milyard avroya qədər yeni makromaliyyə yardımı göndərməyi təklif edib.