BAKU Azərbaycan
30.15 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Çinin ciddi etirazlarına baxmayaraq Tayvana səfəri “Vahid Çin” prinsipini kobud şəkildə pozur, Çinin suverenliyinə qərəzli qəsd edir, açıq-aşkar siyasi təxribata yönəlir. Səfər Çin xalqı arasında ciddi hiddətə və beynəlxalq ictimaiyyətin böyük etirazına səbəb olub.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Çin xarici işlər naziri Van İnin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin özünü müstəqil dövlət kimi qələmə verən Tayvan adasına (“Çin Respublikası”) səfəri ilə bağlı bəyanatında yer alıb.

“Bu səfər ABŞ siyasətçilərinin Çin-ABŞ münasibətlərində baş bəlası olduğunu və Birləşmiş Ştatların Tayvan boğazında və regionda sülhün, sabitliyin ən böyük dağıdıcısına çevrildiyini bir daha göstərir”, - deyən çinli nazir əlavə edib ki, Vaşinqton Çinin birləşməsinin qarşısını almağı xəyal etməməlidir. Tayvan Çinin bir hissəsidir və Çinin birləşməsi tarixi zərurətdir. Biz “Tayvanın müstəqilliyi”nə can atan qüvvələrə və xarici müdaxiləyə imkan verməyəcəyik. Tayvan məsələsi Çinin daxili işidir.

ABŞ-ın Çinin inkişafını pozmaq üçün fantaziya qurmamalı olduğunu vurğulayan Van İ qeyd edib ki, heç bir ölkəyə Çinin sabitliyini və inkişafını pozmağa imkan verməyəcəklər. Çinin inkişafını və sülhpərvər yüksəlişini pozmağa cəhd olan Tayvan məsələsindəki təxribatlar da uğursuzluğa düçar olacaq.

Çinli nazir ABŞ-ın Tayvan məsələsindəki yanaşmasının qarşıdurmaya yönəldiyini, habelə Asiya-Sakit okean hövzəsi xalqlarının ümidlərinin əksinə olduğunu bildirib. O, Vaşinqtonun “Tayvan kartı”nı oynamaqdan və BMT Nizamnaməsinin prinsiplərini pozmaqdan əl çəkməli olduğunu deyib.

Van İ Vaşinqtonun gərginliyin yüksəldilməsində Çini günahlandırmasını əsassız hesab edərək, faktların Birləşmiş Ştatların Tayvan məsələsi ilə Çinə qarşı təxribat etdiyini, Çinin suverenliyini və ərazi bütövlüyünü kobud surətdə pozduğunu göstərdiyini bildirib.

Qeyd edək ki, rəsmi Pekinin sərt etirazına və xəbərdarlığına baxmayaraq, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri xanım Nensi Pelosi avqustun 2-də gecə saatlarında Tayvan adasına səfərə gəlib. Bu, ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsini tutan şəxsin son 25 ildə Tayvana ilk səfəridir.

Xatırladaq ki, İkinci Dünya müharibəsindən sonra Çində Mao Cedonun rəhbərlik etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. “Vahid Çin” prinsipinə əsaslanan ÇXR Tayvandakı qondarma “Çin Respublikası”nın mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər