BAKU Azərbaycan
13.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

“Azərbaycan xalqının son 300 illik tarixində - 1723-cü ildən bu yana qədim tarixi torpaqlarımız olan Qərbi Azərbaycan ərazilərinin XX əsrin əvvəlindəki taleyi: erməniləşdirmə siyasəti və SSRİ dövləti tərəfindən bu ərazilərin Ermənistan SSR tərkibinə verilməsinin tarixi yeni olmasa da, rəsmi səviyyədə müzakirəsi yenidir”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfərin ardından 2023-cü ildə suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə Qərbi Azərbaycana Qayıdış məsələsi yenidən aktuallaşıb. Necə deyərlər, hər şeyin öz vaxtı olduğu kimi, bu ədalətin də bərpası vaxtı yetişib: “1987-ci ilin noyabr ayında Ermənistan azərbaycanlılara qarşı sonuncu deportasiyasını həyata keçirdi. Həmin ayın 24-də Qərbi Azərbaycanda soydaşlarımızın kütləvi şəkildə qovulması başlandı və dekabrın 5-də başa çatdırıldı. Məhz buna görə də 5 dekabr ölkəmizdə Deportasiya Günü kimi hər il qeyd edilir. Beləliklə, XX əsrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən zorakı deportasiyalar nəticəsində Ermənistan adlanan ərazidə bir nəfər də olsun, azərbaycanlı qalmadı. Ən pisi odur ki, bütün bunlar SSRİ rəhbərliyinin gözü qarşısında baş verdi”.

Onun sözlərinə görə, ötən əsrin 80-ci illərinin sonunda erməni millətçiləri və yerli hakimiyyət azərbaycanlılara qarşı sistemli təzyiqlər göstərirdi: “Qafan bölgəsində yaşayan azərbaycanlılar öz evlərindən zorla çıxarıldılar, əmlakları talan edildi və evləri yandırıldı. Vandalizm aktı Ermənistanın digər bölgələrinə də yayıldı. 1987-1991-ci illər arasında baş vermiş deportasiya dalğası qərbi azərbaycanlıların tarixinə və mədəniyyətinə böyük zərbə oldu. Azərbaycanlıların dədə-baba yurdlarından qovulması və onların mülkiyyətinin məhv edilməsi nəticəsində tarixi kəndlərimiz xarabalığa çevrildi. Nə biləydik ki, sonradan bu proses daha iyrənc formada Azərbaycanın sərhədləri daxilində - Qarabağ və Şərqi Zəngəzurda da davam etdiriləcəkdi. Ancaq bilməli idik, manqurtlaşma siyasətinə məruz qalmasa idik, bilərdik.

1918-ci il mayın 24-də Tələt paşa Batum konfransındakı Osmanlı hökumətinin nümayəndə heyətinin rəhbəri Xəlil bəy Menteşəyə göndərdiyi teleqramda yazdığını diqqətinizə çatdırım: “Ermənilərin bir hökumət halında təşəkkül etməsinə qətiyyən razı deyiləm. Kiçik bir erməni muxtariyyəti beş il sonra beş milyon əhalisi olan bir erməni dövləti halına gələcək və bütün Qafqaza hakim olaraq Şərqin Bolqarıstanına çevriləcək. İran və Amerikada olan bütün ermənilər orada toplanaraq, ingilis və fransızlardan hər cür yardım alaraq, gələcəkdə çox asanlıqla birlikdə bizim əleyhimizə hərəkət edəcəklər”.

Reallıq budur. Gələcək məhz tarixdən keçir ifadəsi də tarixi yaddaşa qayıdışı diqtə edir.  Sonuncu deportasiya Azərbaycan-Ermənistan münaqişəsinin alovlanmasına səbəb oldu. Deportasiya hər dövrdə Ermənistanın dövlət siyasətinin əsasını təşkil edib. Zəngəzur, Göyçə, İrəvanda erməni vəhşiliyinə məruz qalmış 100 minlərlə həmvətənimiz qaçqın düşüb. Təəssüf ki, UNESCO kimi qurumlar  Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəniyyət abidələri, dini məbədlərin dağıdılması, məhv edilməsinə, genosid siyasətinə qarşı heç bir reaksiya verməmiş, bu günə qədər heç bir tədbir görməmişlər. Çox da keçmişdə olmayan tarixlə razılaşmaq istəməmişlər. Ancaq biz özümüz tarixi haqlarımızı qaytara bilirik”.

Millət vəkili əmindir ki, Azərbaycan dövləti indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz doğma yurdlarına qayıtması üçün siyasi mübarizənin uğurla tamamlanmasına hər cür dəstək verəcək: “İnanırıq ki, didərgin salınmış azərbaycanlılar beynəlxalq hüquq çərçivəsində və beynəlxalq nəzarət altında öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıdacaqlar. 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyev öz ad günündə Qərbi Azərbaycan İcmasının inzibati binasını açaraq qərbi azərbaycanlılara böyük hədiyyəsini təqdim etdi və soydaşlarımızda  tezliklə tarixi torpaqlarına qaytarılacaqlarına inam yaratdı.

Çıxışında Prezident qeyd etdi ki, Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ Qərbi Azərbaycana qayıdışdır. Bu ilin oktyabrında Azərbaycan Milli Məclisində Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradıldı. Bununla da Qərbi Azərbaycan İcması Ermənistana qayıdış mövzusunu regional və beynəlxalq miqyasda, parlamentlərarası münasibətlərdə əlaqələndirmək imkanı əldə etdi.

Bundan başqa, Qərbi Azərbaycan İcması bu istiqamətdə çox böyuk, samballı işlər ortaya qoyub. İcma Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının təmin olunması ilə bağlı BMT-yə müraciət edib. Ermənistanın Avropa İnsan Hüquqları Konvensiyası və Milli Azlıqların Qorunması üzrə Çərçivə Konvensiyasından irəli gələn öhdəlikləri bu müraciətdə öz əksini tapıb. Bütün beynəlxalq təşkilatlarda Qərbi Azərbaycanla bağlı kifayət qədər məlumat olsa da, erməni şovinizmi, erməni lobbisi, erməni işğalçılarının arxasında duran Fransa kimi güclər onlara məsələlərə obyektiv qiymət verməyə mane olur. Beynəlxalq güclər daha çox ermənilərin hüquqlarını gündəmə gətirməklə qərbi azərbaycanlıların hüquqlarını görməzlikdən gəlir, məsələni ört-basdır etməyə çalışırlar. Düşünürəm ki, Milli Məclisdə yaradılan Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu beynəlxalq müstəvidə soydaşlarımızın qayıdış hüquqlarının arxa plana keçirilməsinə imkan verməyəcək və bu məsələni daim diqqətdə saxlayacaq.

Hesab edirəm ki, Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının təmin olunması üçün AŞPA-da monitorinq qrupu yaradılmalıdır. İndiki Ermənistan ərazisində tarixi Azərbaycan torpaqlarına, toponimlərinə sahib çıxmalıyıq. II Qarabağ müharibəsindən sonra qərbi azərbaycanlıların  öz yurdlarına qayıtmaq ümidləri çoxalıb. Bizim başqasının torpağında gözümüz yoxdur. Tarix boyunca başımıza gələn ədalətsizlikləri, qanunsuzluqları unutmadıq.

Bu gün Azərbaycan güclü dövlətdir. Güclü ordusu, dinamik iqtisadiyyatı və ən önəmlisi xalqın dövlətə sonsuz inamı vardır. Biz vaxtı ilə haqsızlıqla qayçılanan, parçalanan, itə-qurda pay verilən torpaqlarımıza sahib çıxmalıyıq. Zəngəzuru, Göyçəni, Zəngibasarı, Basarkeçəri, Dərələyəzi, Amasiyanı və ən başlıcası, qədim İrəvanı unutmuruq. Araşdırdıqca anlayırıq ki, heç bir səbəb, hüquqi əsas olmadan bizi vətənimizdən məhrum ediblər.

Sadəcə Qərbi Azərbaycan deyil, Azərbaycanın bütün torpaqları müqəddəsdir. İrəvanı Osmanlı sultanı IV Murad 1635-ci il tarixli fətnaməsində belə göstərmişdi: “İran ilə Turan, Şirvan və Naxçıvan, Azərbaycan mülkünün gözünün nuru, abır-həyası İrəvan”.

Güclü Azərbaycan dövlətinin, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağa, Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında Qərbi Azərbaycana qayıdışın heç də uzaqda olmadığına əminik. Qarabağ naminə hər birimiz qarabağlı olduğumuz kimi, bu yolda da hər birimiz qərbi azərbaycanlıyıq, zəngəzurluyuq!”

Son xəbərlər

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Bütün xəbərlər