22.07.2022 / 13:39
“Qarabağın Azərbaycan torpağı olmasını hər kəs anlamalıdır” - Mixail Qusman
“Şuşa müqəddəs torpaqdır. Çünki şəhidlərin qanı töküldüyü doğma torpaq müqəddəsləşir”.
“Xeber 7” xəbər verir ki, bunu Rusiyanın nüfuzlu TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman deyib.
O, Şuşada keçirilən Beynəlxalq Media Forumunda çıxışı zamanı Şuşanın azad olunması uğrunda vuruşan şəhidlərə və qazilərə minnətdarlığını bildirib: “Müharibənin ədalətli olduğunu heç də hər kəs anlamırdı. Qarabağın Azərbaycan torpağı olmasını hər kəs anlamalıdır. Məncə, tarixlə maraqlanan hər kəs, beynəlxalq hüquqa hörmət edən hər kəs bunu başa düşür. Şuşa və Qarabağ bu gün və əbədiyyən Azərbaycanın həqiqi ərazisidir”.