22.07.2022 / 21:00
“Türkiyənin “taxıl dəhlizi”indəki rolunu yüksək qiymətləndiririk”
Aİ İstanbulda taxıl dəhlizi sazişində Türkiyənin mühüm rolunu yüksək qiymətləndirib.
“Xeber 7” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin ofisindən İstanbuldakı taxıl dəhlizi razılaşması ilə bağlı açıqlamada deyilib.
“Bu, Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranan qlobal ərzaq təhlükəsizliyinin aradan qaldırılması səylərində irəliyə doğru atılmış kritik addımdır. Sazişin uğuru onun çevik və vicdanla yerinə yetirilməsindən asılı olacaq” ,- açıqlamada qeyd olunub.
Aİ-nin Birləşmiş Millətlər Təşkilatının səylərini dəstəklədiyi və Türkiyənin “taxıl dəhlizi”indəki rolunu yüksək qiymətləndirdikləri bildirilib.