BAKU Azərbaycan
13.03 °C
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547
  • 1 USD ABŞ dolları
    • 1.7000
  • 1 EUR Avro
    ▼ 1.8528
  • 1 RUB Rusiya rublu
    ▲ 0.0208
  • 1 TRY Türkiyə lirəsi
    ▼ 0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    ▲ 1.9547

2023-cü il oktyabrın 15-də Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində Azərbaycanın Dövlət Bayrağının ucaldılması ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi idi. Zəfərimizi tamamlamaqla ölkəmizdə separatizm, işğal səhifəsini tam bağlamış olduq. Ümumiyyətlə, Azərbaycanın Xankəndiyə sahiblənməsi siyasi məharətin, diplomatik və hərbi gücümüzün birliyinin nəticəsində mümkün oldu. Bunu inanılmaz və ya gözlənilməz qələbə kimi qələmə verənlər də var. Hətta ermənilər və onların havadarları hesab edirdilər ki, Azərbaycan ən azı 2025-ci ilə qədər Xankəndiyə nəzarəti təmin edə bilməyəcək. Amma Ali Baş Komandanın siyasi iradəsi bizə möcüzəvi qələbə bəxş etdi. 

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, bayrağımızın Xankəndidə ucaldılacağına hər kəsdən öncə Prezident inanırdı: “Prezident İlham Əliyev vəzifə borcunu yerinə yetirməyə başlayanda qarşısında bir nömrəli vəzifə qoymuşdu ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə ucaldılsın. Dövlət səviyyəsində həyata keçirilən daxili və xarici siyasətin əsas hədəfi suverenliyimizin təmin olunmasına yönəlmişdi. Ola bilsin ki, o zaman əksəriyyət aparılan siyasətin, islahatların, hərbi quruculuq işlərinin mahiyyətini o qədər də anlamırdı, detalları bilmirdi. Zaman siyasi fəaliyyətin nəyə hədəfləndiyini aydın göstərdi. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Güclü iqtisadi sistem qurduq. Nizami və peşəkar ordumuz Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bu gün təkcə Azərbaycan vətəndaşları deyil, dünyada yaşayan on milyonlarla azərbaycanlı və bütövlükdə Türk dünyası Azərbaycan Ordusu ilə fəxr edir. Ordumuz hələ 2020-ci ilin noyabrında Xankəndiyə daxil olacaqdı. Alınmaz qala hesab olunan Şuşanı azad edən hərbçilərimiz Xankəndinin bir addımlığında idilər və irəliləyirdilər. Ermənistanın siyasi rəhbərliyi başa düşdü ki, azı 20 minlik erməni ordusu Qarabağda məhv ediləcək. Ona görə də əməliyyatların dayandırılması xahişi ilə çıxış etdi və kapitulyasiya aktı imzaladı. Ağdam, Kəlbəcər və Laçına güllə atmadan sahib olduq. Biz bununla kifayətlənə bilməzdik. Xankəndisiz, Xocalısız qələbəmiz yarımçıq olardı. Tarixi gün yetişdi. Ordumuz 2023-cü il sentyabrın 19-da 24 saatlıq antiterror tədbirləri həyata keçirərək bütün Qarabağa nəzarəti təmin etdi. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Ermənistan bu əməliyyatı unutmasın, Azərbaycan Ordusunun nəyə qadir olduğunu unutmasın. Silahlanmaq niyyətindən, separatçılıq mövqeyindən əl çəksin. Unutmasın ki, havadarları onu məhvə sürükləyir”. 

Deputat qeyd edib ki, 30 il ərzində Azərbaycan xalqı böyük faciələr yaşadı: “Bir milyon insan evsiz-eşiksiz qaldı, işğal altında olan ərazilərimiz tamamilə dağıdıldı. Azad edilmiş torpaqlara bu gün gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Orada bir dənə salamat bina qalmayıb. Dünya birliyi bu müddət ərzində Azərbaycana lazımi səviyyədə dəstək göstərmədi. Bir sıra hallarda isə beynəlxalq təşkilatlar, xarici dövlətlər Ermənistanı müdafiə etməyə üstünlük verdilər, Bakını kompromisə dəvət etdilər.

İndi də ABŞ Dövlət Departamenti bir qrup Amerika ermənipərəst konqresmenləri tərəfindən irəli sürülən sanksiya tələbləri ilə Qərbin ikili siyasət oyununu nümayiş etdirərək Azərbaycana COP29 ərəfəsində təhdid və təzyiqlərlə təsir etmək istəyir. Digər tərəfdən, Beynəlxalq Frankofoniya Təşkilatında Ermənistan Fransanın dəstəyi ilə Azərbaycana qarşı müddəalarını yeritmək istəyir. Moskvada MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının görüşündə isə Ermənistan iki mühüm bəyanatı - “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri” və “Beynəlxalq münasibətlərdə birtərəfli münasibətlərin yolverilməzliyi” bəyanatlarını imzalamır. Ermənistanın separatçı mövqeyi və sülhə dair hoqqabazlığı burada da özünü göstərir. Qarabağ üzrə aparılan danışıqlarda Azərbaycan Prezidenti heç vaxt suverenliyimizə xələl gətirəcək razılaşmaya “hə” demədi, düşmənə heç bir güzəştdə getmədi və getməyəcək də. Çünki Prezidentin arxasında xalq durur. Elə Milli Məclisin bir qrup deputatının Azərbaycanın xarici işlər nazirinə müraciəti də bütövlükdə xalq və iqtidar iradəsinin ifadəsidir. Nə ABŞ-ın, nə Fransanın, nə də Ermənistanın revanşist münasibəti bizi öz yolumuzdan çəkindirə bilməz. 

Ulu Öndər Heydər Əliyev Azərbaycana hələ birinci dəfə rəhbərlik edəndə Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyinin separatçı fəaliyyətinə imkan verməmişdi. Yalnız o, hakimiyyətdən gedəndən sonra erməni separatizmi yenidən baş qaldırdı. AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi üzündən ermənilər Azərbaycan ərazilərini işğal etdilər. Ulu Öndər ikinci dəfə hakimiyyətə gələndən sonra ermənilərin işğalçılıq fəaliyyətinin qarşısını aldı və işğal olunmuş ərazilərin geri qaytarılması üçün həm hərbi, həm diplomatik müstəvidə mübarizəni davam etdirdi. 1994-cü ilin yanvar ayında Füzulinin bir neçə kəndi işğaldan azad olundu. Təəssüflər olsun ki, AXC-Müsavat cütlüyü dövründə tamamilə sıradan çıxmış ordu sistemini yenidən qurmaq üçün zamana ehtiyacımız vardı. Həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev Azərbaycanda nizami ordu qurdu, peşəkarlardan ibarət silahlı birləşmələr yaradıldı. Bu cür uzaqgörən, düşünülmüş siyasətin nəticəsi olaraq ordumuz Ermənistan üzərində parlaq tarixi Qələbə qazandı. Bu gün Azərbaycan suveren dövlətdir. Şuşada, Xankəndidə dalğalanan üçrəngli bayrağımızın altında özümüzü qürurlu, güclü, xoşbəxt sayırıq. Ötən ilə qədər separatçıların at oynatdığı Xankəndidə bu gün gənclərimiz təhsil alırlar. Xankəndidə qısa müddət ərzində Qarabağ Universitetinin yaradılması və istifadəyə verilməsi olduqca qürurvericidir. Hələ Azərbaycanın müxtəlif bölgələrindən olan gənclərin məhz Qarabağ Universitetini seçməsi, 1200 tələbə ilə universitetin fəaliyyətə başlaması gəncliyimizin ruhunu, öz torpaqlarına, öz Vətəninə sahib çıxmaq əzminin ifadəsidir. Doğrudan da, Xankəndi üçrəngli bayrağımızla, Azərbaycan gəncləri ilə daha gözəl, daha parlaq görünür”.

Son xəbərlər

Ağıllı kənd təsərrüfatından tibbi auditə qədər: Minskdə süni intellekt forumunda nələr nümayiş etdirilir?

Azərbaycanı Təmsil Edən Beynəlxalq Şeflər Liqası Türkiyədə Beş Mükafata Layiq Görülüb

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Xalq şairi Şəməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Azərbaycan – mədəniyyətlərarası dialoqun, multikulturalizmin və birgəyaşayışın etibarlı ünvanı

Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli

Sevinc Ağa Xəlilqızından oxuculara yeni şeir təddim olunur

Region gənclərinin fəal iştirakçılığı və ictimai liderliyinə dair yeni layihə icra olunmağa başladı

Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib

Gənclərə həsr olunmuş ömür: Asif Əsgərlinin 50 illik yubileyinə

Qubadlı şəhəri günü – tarixi yaddaş və gələcəyə inam

Qubadlı – Zəfərin və Böyük Qayıdışın ünvanı

A New Party, an Old Political Dilemma: Why Amcha Yisrael Is Challenging Israel’s Right

"Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı" mövzusunda tədbir keçirilib

Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib

“Yaşadığım ölkə olan Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinə önəm verirəm”

Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb

Əhməddən Ahmedə mesaj: Heç kim Allahın adından hökm verə bilməz!

Azad Zəngilan beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilir

20 Oktyabr – Zəngilanın azadlıq və qürur günü

Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi

Milli Qəhrəman İbad Hüseynov haqqında növbəti filmin təqdimatı olub

OBS Global Launches in Dubai With Ribbon-Cutting Involving 103 Nationalities

XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub

225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Müstəqillik yalnız tarix deyil, doğrultmalı olduğumuz etimad, öz taleyimizlə bağlı üzərimiz düşən vəzifə və məsuliyyətdir

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

17 Oktyabr – Füzulinin qəhrəmanlıq və Zəfər salnaməsi

Azərbaycanın artan geosiyasi rolu

Bütün xəbərlər