BAKU Azərbaycan
17.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Lotereya bazarının inkişafı respublikamızda gedən iqtisadi proseslərə özünün mühüm töhfələrini verməkdədir

 Lotereya oyunları dünyanın hər yerində kütləvi şans oyunlarının bir növü kimi olduqca populyardır. Lotereya oyunlarında iştirak əyləncəli vaxt keçirmək, bəxtin sınanması ilə müşayiət olunur. Bu oyunlarda iştirak etmək boş vaxtın səmərəli və əyləncəli keçirilməsi ilə nəticələnməlidir. Əlbəttə, söhbət fəaliyyəti qanunvericiliklə tənzimlənən lotereya oyunlarından gedir.
Qeyd edildiyi kimi, lotereya oyunları bütün dünyada populyar olmaqla yanaşı, artıq uzun onilliklərdir ki, iqtisadi proseslərin etibarlı iştirakçısı kimi özünü göstərir. Lotereya biznesinin inkişafı yeni iş yerlərinin yaradılması, sosial layihələrin təşkili üçün mənbə yaradılmasını, habelə dövlət büdcəsinə ödənilən vergilər lotereya oyunlarının olduqca güclü sosial-iqtisadi dividendlərinin olduğunu təsdiq edir. Lotereya oyunlarının daha geniş yayıldığı ölkələrin təcrübəsi göstərir ki, bu sahədən dövlət büdcəsinə gələn gəlirlərin həcmi daim yüksələn xətlə artır. Beləliklə, şans oyunları biznesinin inkişafı ölkədə həyat səviyyəsinin də yüksəlməsinə əhəmiyyətli töhfələr verir. 
Azərbaycanda lotereya oyunları qanuni əsaslarla təşkil olunur. Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2001-ci il tarixli fərmanına əsasən, Azərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqları və qanuni mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxilolmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndimək məqsədilə "Azərlotereya" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. 
2004-cü ildə respublikamızda "Lotereyalar haqqında" qanun qəbul edilib. 2019-cu ildə isə "Lotereyaların təşkili və keçirilməsi Qaydası" və "Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydası" təsdiq edilib. 
Prezident İlham Əliyevin 2021-ci ilin yanvarında imzaladığı "Azərlotereya" Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" sərəncamına əsasən, "Azərlotereya" ASC Türkiyənin "Demirören Şans Oyunları Yatırımları A.Ş." şirkətinə idarəetməyə verilib.
 "Demirören Holding" Türkiyənin konqlomerat şirkətidir. Energetika, daşınmaz əmlak, tikinti, təhsil, liman, media sektoru, reklam, turizm, lotereya  və idman mərc oyunlarının təşkili və rəqəmsal texnologiyalar sahələrini özündə birləşdirir. Şirkətlər qrupu həmçinin Türkiyənin ən aparıcı lotereya və idman mərc oyunlarının təşkilini həyata keçirir. İtaliyanın məşhur oyun operatoru "Sisal SpA" ilə ortaq təşəbbüs quran "Demirören Holding" 2019-cu ildə Türkiyənin milli lotereyası "Milli Piyango"nun yaxın on il üçün əməliyyat hüquqlarını əldə edib. Holdinqə daxil olan "İddaa" Türkiyənin ilk və yeganə sabit əmsallı idman proqnoz oyunudur. Futbol, basketbol, voleybol, tennis və motor idmanları kimi idman növlərində oyunların təqdim olunduğu "İddaa"da hər gün proqnozlaşdırıla bilən matçlar, idman hadisələri və əmsallar dərc edilir. 
"Misli.com" isə 15 iyul 2009-cu ildə İdman Toto Təşkilatı ilə bağlanmış müqavilə ilə idman hadisələri əsasında sabit əmsallı mərc oyunları təklif edən qanuni elektron dilerdir. Dünyanın nüfuzlu şirkətləri ilə əməkdaşlıq edən "Demirören Holding" lotereya sənayesində ən son texnoloji yeniliklərin tətbiqi ilə tanınır. Türkiyədə şans oyunlarının şəffaflıqla, yüksək təhlükəsiz şəraitdə keçirilməsini təmin edir. Holdinq ən müasir beynəlxalq oyun texnologiyalarının idxalı ilə məşğuldur.
Türkiyə lotereya və idman mərc oyunlarının təşkili və yeni məhsulların bazara çıxarılması baxımından təcrübəyə malik olan ölkələrdən biridir. Bu baxımdan Türkiyə ilə əməkdaşlıq həm də Azərbaycanda bu sahənin inkişafı baxımından vacib addımdır.  Belə ki, qardaş dövlətin şirkətinin "Azərlotereya"nın idarəçiliyinə cəlb edilməsi ölkəmizdə lotereya və idman mərc oyunları sənayesini inkişaf etdirmək üçün investisiya və yeni texnologiya cəlb etməyə imkan verib, dünya təcrübəsində mövcud olan ən yaxşı modellərin, oyun sistemlərinin, texnoloji infrastruktur müasir satış, cəlbetmə və stimullaşdırma mexanizmlərinin ölkəmizdə tətbiqinə şərait yaradıb.
 "Azərlotereya" ASC-nin idarəçiliyində baş verən dəyişiklik, qurumun fəaliyyətinin yenidən təşkil olunması iqtisadi səmərənin və effektivliyin artmasına, lotereya oyunlarının təşkilində keyfiyyətin daha da yüksəlməsinə səbəb olub. Məsələn, artıq 2021-ci ildən başlayaraq "Azərlotereya" yeni lotereya növlərini təqdim edib. İndiyədək yeni "Poz-qazan" biletləri,  ani və tirajlı lotereyalar, "Virtual lotereya" (virtual idman və virtual ani)  oyunları təqdim olunurdu. Bunlarla yanaşı, idman mərc oyunları üzrə "Misli" brendi təqdim edilib. Həmçinin mobil tətbiq istifadəyə verilib, "Misli" məntəqələri fəaliyyətə başlayıb.
"Azərlotereya"nın Türkiyə şirkətinə idarəetməyə verilməsi yeni iş yerlərinin açılmasına da təkan verib. Məlumat üçün qeyd edək ki, "Azərlotereya" əməkdaşlarının sayı 3 dəfədən çox artırılaraq 49-dan 182-yə qaldırılıb. Bundan başqa, xidmətlərin və məhsulların çeşidinin artması ilə lotereya və idman mərc satış şəbəkəsi də qurulub. Yeni distribüter şəbəkələri, xidmət terminalları əlavə multiplikativ effekt yaradıb. 
Göründüyü kimi, hazırda Bakıda və regionlarda "Azərlotereya"nın məhsullarının satışı ilə məşğul olan şəbəkələrdə minlərlə insan çalışır, onlar və ailələri bu prosesdən faydalanırlar. Eyni zamanda "Azərlotereya" ASC ölkədə müxtəlif idman yarışlarının, sosial layihələrin təşkilinə dəstək olur. Şirkətin dəstəyi ilə həyata keçirilən idman tədbirləri sırasında futbol üzrə Azərbaycan çempionatı (Misli Premyer Liqası - Red), "Bakı Marafonu" və "Goal+ Summer Festival"ı qeyd etmək olar. Eyni zamanda "Azərlotereya" "Əmanətə sədaqət" devizinə əsaslanaraq vətən uğrunda canlarından keçmiş şəhidlərimizin bizə yadigar qalan ailə üzvləri üçün təhsil təqaüdü proqramı həyata keçirir. Layihə hazırda 62 nəfəri əhatə edir ki, onlardan 55-i Azərbaycanda, 7-si Türkiyədə təhsil alır. Layihə çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərcləri qarşılanır.
Bütün bunlar ölkədə sosial rifahın təmini baxımından təqdirəlayiqdir. Eyni zamanda lotereya biznesinin inkişafı dövlət büdcəsinə köçürülən gəlirlərin artımı deməkdir. Bu baxımdan lotereya bazarının inkişafı respublikamızda gedən iqtisadi proseslərə özünün mühüm töhfələrini verməkdədir.
İdarəçilikdəki keyfiyyət dəyişikliklərinin nəticəsi kimi indi lotereya oyunlarının potensial imkanları daha mütərəqqi formada realizə olunur. Bütün bunlar lotereya və mərc oyunları ilə bağlı "qara bazar"ın da aradan qaldırılmasında mühüm rol oynayır, vətəndaşların yalnız qanuni oyunlarda iştirakını stimullaşdırır. Son dövrlərdə lotereya və idman mərc oyunlarının təşkilindən əldə edilən gəlirin çoxalması, nəticə etibarilə "Azərlotereya" xətti ilə dövlət büdcəsinə ödənişlərin artması idarəçilikdə baş verən dəyişikliklərin nəticəsidir.
Bütövlükdə, ölkəmizdə müasir lotereya tipli oyun sənayesi sürətli inkişaf yoluna qədəm qoyub. Ən mühümü həm də odur ki, Türkiyə şirkəti ilə əməkdaşlıq ölkəmizdə lotereya bazarına inamın daha da yüksəlməsinə təkan verib.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Son xəbərlər

DGK yanında ictimai şuranın iclası keçrilib

Milli QHT Forumunun İdarə Heyətinin yeni sədri seçildi

Qara Brilliant klubunun yetirməsi Respublika birincisi olub

Əyilməz ruhumuzun rəmzi Şuşa tarixin yeni dövründə

Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb

“Azərbaycan İslam həmrəyliyinə növbəti töhfə vermiş oldu”

Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Şəhid Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ailələri Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Kazanda “BİRLİK: Xatırlayırıq, Miras alırıq, Qürur duyuruq!” layihəsi çərçivəsində stend açılıb

Qafqaz Tarixi Mərkəzi-Türkiyə Təmsilçiliyi qardaş Türkiyədə

DGK və ƏƏSMN yanında İctimai Şuraların üzvüləri Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR

Azərbaycan-Bolqarıstan tərəfdaşlığı uğurla davam edir

Murmanskda Qələbə Günü münasibətilə keçirilən “Berlinə gedən yol” adlı tədbirə soydaşlarımız da qatılıblar

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Azərbaycanın və Slovakiyanın  siyasi əlaqələri yüksək səviyyədədir

İordaniyada Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilmişdir – FOTOLAR

Müasir Azərbaycan dövlətçiliyinin banisi

Gerçək bir birliyə nail olmaq üçün ortaq əlifba, ədəbi dil və ünsiyyət dili vacibdir-İlqar İlkin- ÖZƏL

Yaşıl Dünya Naminə Gənclərin Şəbəkələşmə Forumu keçirildi

AYB-nin “Natəvan” klubunda mətbuat konfransı keçiriləcək…

“Ümumi təhsil müəssisələrində təhsil alanların qida təhlükəsizliyi barədə maarifləndirilməsi” adlı layihənin icrasına başlanıb

DFJD tərəfindən Qərbi Azərbaycan həqiqətləri xarici mediada təbliğ olunacaq

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi - FOTO + VİDEO

Arxangelskdəki diaspor rəhbərinin 50 illik yubileyidir

Azərbaycan Universitetində “Cənubi Qafqaz yeni qlobal çağırışlar kontekstində” beynəlxalq elmi konfrans keçirilib

Mədəniyyətlərarası dialoqda beynəlxalq platform

Regionlarda qadınların məşğulluq imkanları yüksəldiləcək

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Diaspor rəhbəri Şahin Məmmədova “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim edilib

Bütün xəbərlər