BAKU Azərbaycan
24.36 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 26 oktyabr 2022-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhər 1 nömrəli tam orta məktəbdə 8-12 yaşlı məktəblilər arasında “Vətənim Azərbaycandır!” layihəsi çərçivəsində şeir müsabiqəsi keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı. Sonra ölkəmizin müstəqilliyinin, suverenliyinin, konstitusiya quruluşunun, ərazi bütövlüyünün qorunması, tarixi torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatlarında rəşadət və qəhrəmanlıq göstərərək canından keçmiş bütün şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Müsabiqəni giriş sözü ilə Xaçmaz rayonu, Xudat şəhər 1 nömrəli tam orta məktəbin direktoru Ayaz Mirzəyev açıb. Vətənin müqəddəsliyindən, vətənpərvəliyin ailələrdə, məktəblərdə təbliğinin vacibliyindən bəhs edib. Vətən müharibəsində şücaət göstərən gənclərin ömür yolunun gələcək nəsillərə örnək olduğunu bildirib.


Tədbirdə çıxış edən “Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması ictimai birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski çıxış edərək bildirdi ki, hər bir xalqın sahib olduğu ən dəyərli miras onun milli-mənəvi dəyərləridir. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi kifayət qədər zəngindir və xalq onu yüksək tutaraq daim nəsildən-nəslə ötürməlidir. Çünki bu mənəvi xəzinə milli şüurun, milli ruhun, tarixin yaddaşıdır. Həmçinin o, vətənpərvərlik hisslərinin yeniyetmə və gənclərə aşılanmasının vacibliyindən bəhs etdi.


Növbəti çıxış üçün söz İctimai Birliyin idarə heyətinin üzvü Cəlil Məmmədova verildi. C.Məmmədov vətənə məhəbbətdən, vətən sevgisindən danışdı. Bu hisslərin kiçik yaşlarından uşaqlarda formalaşdırılmasından, inkişaf etdirilməsi məsələlərinə toxundu. 
Daha sonra "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədr müavini Qorxmaz Paşayev ümumi layihə haqqında məlumat verdi. Təşkilatın bu günə qədər gördüyü işlərdən danışdı. 


Daha sonra "YOL" yol hərəkəti iştirakçılarının maarifləndirilməsi və təhlükəsizliyi İctimai Birliyinin sədri Rüfət Axundov və başqaları çıxış edərək, belə müsabiqələrin məktəblilərin bacarıqlarının üzə çıxarılmasında, bədii estetik zövqünün formalaşmasında və vətənpərvər ruhda yetişməsindəki rolundan danışıblar və iştirakçılara uğurlar arzulayıblar.
34 nəfərə yaxın məktəblinin iştirak etdiyi tədbirdə 1 nömrəli məktəbin şagirdi Əliyev Zakir 1-ci yerə, 2 nömrəli məktəbin şagirdi Tağıyev Ayxan 2-ci yerə, 1 nömrəli məktəbin şagirdi Nağıyeva Liana 3-cü yerə layiq görülüb. Qaliblər diplomlarla və hədiyyələrlə mükafatlandırılıb. 4 nəfərə həvəsləndirici hədiyyələr və sertifikatlar təqdim olunub.

Son xəbərlər

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Bütün xəbərlər