BAKU Azərbaycan
15.03 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Azərbaycanın Kəlbəcər rayonu 1993-cü il aprel ayının 2-də erməni təcavüzkar qüvvələrinin işğalına məruz qalmışdır. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş, Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur.

Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir.

Kəlbəcər rayonu ərazisində  sənaye əhəmiyyətli  qızıl, civə, tuf, gil, perlit,  üzlük daş, qum-çınqıl qarışığı,  mərmər, nefroid, obsidian və listvenit yataqları ilə zəngindir.

Ulu Öndər, Heydər Əliyev demişdi ki, “Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikada həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar”    

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başladığı Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları bizə böyük zəfər yaşatdı. 44 günlük Vətən savaşı ərzində əsgərlərimizin hər biri öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdı. Canlarını Vətənə sipər edərək, qanlarını qurban verərək bayrağımızı zirvələrdə dalğalandırmaq naminə bizi zəfərlə müjdələdilər. 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi. 

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlər zamanı Azərbaycan xalqı həmrəylik nümayiş etdirdi. Bir daha bütün dünyaya sübut olundu ki, Azərbaycan xalqı mərd, qorxmaz, iradəli, dözümlü və vətənpərvərdir.

Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən,  2020-ci il noyabrın 15-dək Kəlbəcər rayonu, noyabrın 20-dək Ağdam rayonu, dekabrın 1-dək isə Laçın rayonu Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ərazilərindən çıxarılması və qaytarılmasına səbəb oldu. Kəlbəcərin azad ediməsi ilə əlaqədar Prezident İlham Əliyevin xalqa müraciətində deyilib: “Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi”. 

Mən Kəlbəcər həsrəti ilə alışıb yanan kəlbəcərli kimi 27 ildən sonra ana yurdumu artıq yuxularımda deyil, reallıqda görəcəyimi eşitdim. Doğma torpağıma, yurduma olan həsrətim, qəlb ağrım səngidi. Mən və Mənim kimi Kəlbəcər nisgili ilə yaşayan Vətən sevdalılarının xoşbəxt günü kimi ömür tarixinə yazıldı 25 noyabr. Bu tarix həm sevincdir, həm bir nisgilin sonu, xoşbəxtliyin başlandığı tarixdir.  Sevincdir ona görə ki, 27 il həsrətini çəkdiyim, doğulduğum, torpağında ayaq açdığım, suyunu içib havasını udduğum yurduma qayıdacam. 

Bu illər ərzində dilimdən düşməyən aşağıdakı misralarda bayatıya çevrildi Kəlbəcərim.

 

Sənnən ayrı düşən gündən,

Gülmədi bir dəfə üzüm Kəlbəcər!

Bu gün sevincimin həddi hüdudu yoxdur, minlərlə Kəlbəcər sakini kimi Mən də xoşbəxtəm.

Müharibə bir daha dünyaya sübut etdi ki, Azərbaycan Xalqı vətənpərvər Xalqdır. 

Əzizlərim Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır! 

Yaşasın Müzəffər Ali Baş Komandan!

 

 

 

Vidadi Murtuzayev

Yevlax rayonunda müvəqqəti məskunlaşmış Kəlbəcər rayonunun Çovdar kənd sakini

Son xəbərlər

Pyatiqorsk şəhərində Novruz bayramı münasibətilə tədbir keçirilib

Leninoqorskdakı soydaşlarımız Novruz bayramını təntənəli şəkildə qeyd ediblər

Quru sərhədləri Gürcüstanla qismən də olsa açmaq mümkündürmü?

“Qərəz bülbülü” Solovyovun antiazərbaycan “cəhcəhi”

Dünya Sıfır Tullantı Günü münasibətilə vebinar keçiriləcək

Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib

Qazaxıstanda yaşayan soydaşlarımız Novruz bayramını geniş qeyd ediblər

Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku “Azərbaycanım” beynəlxalq jurnalının kollektivi ilə görüş keçirib

Moskvadakı soydaşlarımız “Crocus City Hall”dakı terror aktı qurbanlarının xatirəsini yad ediblər

Azərbaycan diasporu tərəfindən Leninoqorskda iftar məclisi təşkil edilib

Krasnoyarskdakı soydaşlarımız  “Crocus City Hall”da baş vermiş terror qurbanlarını anıblar

Prezident İlham Əliyev terror aktı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib

Hollandiyada gənclərimiz Novruz bayramını qeyd ediblər

Həzi Aslanov adına veteran təşkilatı Moskva Müharibə Veteranları Komitəsinə üzv seçilib

“Dünya Xalqları Alyansı”nın baş katibi Putini təbrik etdi

GÖRÜBƏN GƏLİRƏM MƏN BU DÜNYANI

Şagirdlər qrafik dizayn bacarıqlarına yiyələnir – FOTOLAR

Qələbəmizin növbəti rəmzi

Tahir Mirkişili erməni spikeri susdurdu

Putinin qələbəsini şərtləndirən amillər bunlardır - Deputatdan AÇIQLAMA

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın yeni ofisində ilk iclas keçirilib - FOTOLAR

Azərbaycan Universitetində “COP29 simulyasiya” layihəsinin ikinci təlimi keçirilib

Prezident tanınmış QHT rəhbərini təltif etdi

Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

"Novruz ölkəmizin siyasi proseslərində bayramlaşma təcrübəsinə səbəb olmuşdur"

Binəqədidə ümumrayon “Novruz” şənliyi keçirildi

“Yaradıcı oxucularımız” layihəsi uğurla davam edir

Azərbaycan-NATO əlaqələrində siyasi dialoq və əməkdaşlıq

QHT rəhbəri BMT-nin Etimad Fondunun icraçı direktoru ilə görüşüb

Azərbaycanla Gürcüstanın etibarlı strateji tərəfdaşlığı

Bütün xəbərlər