BAKU Azərbaycan
24.24 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

“Badamlı mineral sular” MMC-nin 75 illik yubileyi münasibətilə təşkil etdiyi “Badamlı 75”  tirajlı stimullaşdırıcı lotereyanın ilk mərhələsinin yeddinci tirajının qalibləri 27.11.2022 –ci il tarixində müəyyən olundu.

 

“Badamlı”nın rəsmi "Facebook", “YouTube” və "Instagram" səhifələrinin canlı efirində baş tutan lotereyada uğurlu qeydiyyatdan keçmiş kodlar arasından 20 kod, yəni 20 iştirakçı bir-birindən dəyərli hədiyyələr qazanıb. 
Beləki, yeddinci tirajda lotereya iştirakçıları lotereya çərçivəsində 7 ədəd iPhone 13, 7 ədəd Samsung Galaxy S21, 2 ədəd HP notbuk,  2 ədəd JBL qulaqlıq, 2 ədəd Elektrikli skuter qazanıblar. 
Qalib kodların sahibləri Bakı şəhəri, Şirvan şəhəri, Gəncə şəhəri, Ucar rayonu və Naxçıvan MR-nın Naxçıvan şəhəri, Nehrəm kəndi, Culfa və Babək rayonlarından qeydiyyatdan keçmiş iştirakçılar olublar. Azərbaycanın ilk milli su markası olan “Badamlı” istehlakçıları üçün tirajlı stimullaşdırıcı lotereyasında qalib kodların sahibləri canlı yayımda lotereyanın uduş fondundan dəyərli hədiyyələr qazanan kodların özlərinə aid olduğunu gördükdə keçirdikləri hisslərin əvəzsiz olduğunu və yaşadıqları bu sevinc üçün şirkət rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Şirkət əməkdaşları “Badamlı”nın tirajlı stimullaşdırıcı lotereyasında çoxlu sayda mobil avadanlıqlar və digər dəyərli hədiyyələr qazanan qalib kodların sahiblərinə “Badamlı”nın Bakıda və Naxçıvanda yerləşən ofislərində 03 dekabr 2022-ci il tarixdən etibarən hədiyyələri təqdim etməyə başlayıblar. Həmçinin Naxçıvanda qaliblər “Badamlı” sularının zavodunu gəzərək, istehsal prosesi ilə də yaxından tanış olublar.
2022 –ci il 1 may – 25 dekabr tarixləri arasında keçiriləcək tirajlı stimullaşdırıcı lotereyada “Badamlı”nın qazlı və qazsız məhsullarını alaraq möhtəşəm hədiyyələr qazana bilərsiniz. 
Qeyd edək ki, hər ay keçiriləcək "Badamlı" stimullaşdırıcı tirajlı lotereyası iki mərhələdən ibarətdir. Birinci mərhələdə müxtəlif dəyərli hədiyyələr, ikinci mərhələdə isə avtomobil oynanılır. Lotereyada iştirak etmək üçün “Badamlı” sularının qapaqlarının altındakı və ya evlərə sifariş zamanı onlara təqdim olunan kuponların arxasında olan 9 rəqəmli kodu 75il.badamli.az saytında, həmçinin (055) 575-1947 vatsap nömrəsində qeydiyyatdan keçərək lotereyada iştirak etmək hüququ qazanır. Hər bir iştirakçı lotereyada qalib olmaq üçün iki şans qazanır: Birinci dəfə qeydiyyatdan keçdiyi tiraj zamanı və ikinci dəfə isə avtomobilin oynanıldığı lotereya zamanı. Lotereya iştirakçılarından kodların olduğu qapaq və kuponları atmamaq xahiş olunur. Qalib olduqları zaman onlar iştirakçılar tərəfindən mütləq şəkildə “Badamlı” şirkətinə təqdim olunmalıdır.
Xatırladaq ki, stimullaşdırıcı lotereyanın səkkizinci tirajını 2022-ci il 25 dekabr tarixində "Badamlı”nın “Instagram”da @badamli1947 hesabından, “Facebook” və “YouTube” kanalı üzərindən canlı yayım vasitəsilə izləyə bilərsiniz. 
Lotereyanın nəticələri canlı yayımda, kütləvi informasiya vasitələrində, sosial media platformalarında və 75il.badamli.az saytında elan ediləcək.
Qeyd edək ki, lotereya 1 may-25 dekabr 2022–ci il tarixləri arasında hər ay keçiriləcək və lotereyada ümumilikdə 226 uduş oynanılır.
75 ədəd – iPhone 13
75 ədəd – Samsung Galaxy S21
25 ədəd – HP Notbuk
25 ədəd – SEGWAY: Elektrikli Skuter
25 ədəd – JBL T510BT qulaqlıq
1 ədəd – BESTUNE T99 minik avtomobili

Daha çox “Badamlı”, daha çox şans!

Son xəbərlər

Yaponlar Azərbaycana təşəkkür ediblər

2 nömrəli Bakı Baza Tibb kollecində məişət zorakılığının qarşısının alınması haqqında tədbir keçirilib

"Xocalı harayı" kitabının təqdimatı olub

Kitablar səltənətinin inciləri: Mirvarid Dilbazi “Anam yadıma düşdü”

Hicama terapiyası gələcəyin sağlam həyatıdır

Şuşa Bəyannaməsinin strateji mesajı

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

İstanbulda Türk DEGS Mərkəzində Heydər Əliyevin Tarixi Rolu Anılıb

Qurtuluşdan inkişafa: müstəqil Azərbaycanın strateji yolu

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib

Kitablar səltənətinin inciləri: Əhməd Cavad “Çırpınırdın Qara dəniz”

Yasamal rayonunda “Məişət zorakılığına yox!” layihəsi çərçivəsində tədbir keçirilib

YAXŞI ADAM...

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirildi

Cənubi Qafqaz əməkdaşlıq zonasına çevrilir

Şəhidin xatirəsinə həsr olunmuş “Göylər mələyi” adlıxatirə gecəsi keçirildi

Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib

“Cəfər Cabbarlı – Müasirimizdir” adlı layihənin icrasına başlanılıb

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Xəzər Universitetinin HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının rəsmi açılışı keçiriləcək

QHT “Regionlarda qadınlarla iş” layihəsinin icrasına başlayıb

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrasına başlanıldı

Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə

Uşaqlara mərhəmət, qayğı, şəfqət

Biz həmişə sizinləyik xeyriyyə aksiyasi keçirildi

Prezident İlham Əliyevin sülhə, regional sabitliyə və beynəlxalq əməkdaşlığa yönəlmiş siyasəti Qlobal Həmrəylik Şurası tərəfindən yüksək qiymətləndirilir

“Həqiqəti demək borcumdur: mənim tanıdığım Adil Əliyev”

Eko Aləm İctimai Birliyi Hacıqabul və Çala göllərində araşdırmalar həyata keçirib

Bütün xəbərlər