BAKU Azərbaycan
28.35 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Xəbər verildiyi kimi, ötən gün Prezident İlham Əliyev Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb. YAP İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza açıqlama verərək qeyd edib ki, bu fərman elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi, əlaqələndirmənin düzgün qurulması, optimalaşdırma baxımından mühüm əhəmiyyət daşıyır: “Cənab Prezidentin məlum Fərmanına əsasən Elm və Təhsil Nazirliyi yaradılıb. Elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Elm və Təhsil Nazirliyinə həvalə edilib. Azərbaycan Milli Elmlər Akademiyasının isə bir sıra elmi müəssisə və təşkilatları Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. Bütün bunlardan sonra elm və təhsil sahəsində idarəetmə yeni mexanizmlər əsasında həyata keçiriləcək. Bu da ölkə başçısının elm və təhsil sahəsindən apardığı islahatların tərkib hissəsi olaraq qiymətləndirilməlidir. Əlbəttə ki, bundan sonra istər elm, istərsə də təhsil sahəsində dinamika və yenilklər müşahidə olunacaq”.

Asif Əsgərlinin fikrincə, məlum fərman elm və təhsilin inkişafına da öz təsirini göstərəcək: “Eyni zamanda beynəlxalq təcrübə artacaq. Elm və təhsil sahəsində çevik idarəetmə sisteminin qurulması, müasir təcrübənin əldə edilməsi gənc kadrların üzərinə məsuliyyət qoyur. Bu sahənin inkişafı elmlə təhsilin qarşılıqlı əlaqəsinə rəvac verəcək. Azərbaycanda uzun müddət elm sahəsində, elmi idarəetmə və elmi dayanıqlıqda bir durğunluq yaşanırdı. Bu da istər-istəməz ölkənin elmi potensialının inkişafdan geri qalmasına, müasir rəqabət qabiliyətinin zəif olmasına gətirib çıxarmışdı. Bütün bunları dəqiqliklə və peşəkarcasına qiymətləndirən ölkə Prezidenti belə bir önəmli və vacib fərmana imza atdı. Bu sənəd, eyni zamanda Azərbaycanda ali təhsil müəssisələrinin  təhsil proqramları üzərində ənənəvi fəaliyyətlərini daha da genişləndirib elmi tədqiqat, araşdırma rolunu da artırmış olacaq. Düzdür, elmi əlaqələndirmə, elm sahəsində dövlət siyasətini, elm və təhsilin qarşılıqlı koordinasiyasını yeni nazirlik təşkil edəcək. Amma AMEA da qalacaq, yeni statusda, nizamnamədə, yeni cağırış və elmi tələblərə uygun fəaliyyət göstərəcək. Düşünürük ki, bundan sonra AMEA elimə yeni nəfəs gətirəcək”.

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər