BAKU Azərbaycan
29.97 °C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    1.8528
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.2616
  • 1 GBP İngiltərə funt sterlinqi
    1.9547

Ümummilli Liderimiz  Heydər  Əliyevin qeyd etdiyi kimi, hər bir xalqın dili onun milli sərvəti, xalqın mövcudluğunun əsas göstəricilərindən  biridir. Buna görə də hər bir xalqın ana dili onun qürur mənbəyidir.  Ana dilimiz də dövlət rəmzlərimiz olan gerbimiz, bayrağımız, himnimiz kimi müqəddəsdir.

Azərbaycan dili zəngin və qeyri-adi gözəlliyə malik bir dildir. Əcdadlarımızın bizə miras qoyub  getdikləri bayatılarımızdan, nağıllarımızdan, laylalarımızdan, dastanlarımızdan, bizə gəlib çatan qədim abidələrimizdən başlayaraq, İmaməddin Nəsimi,  Şah İsmayıl Xətai,  Məhəmməd Füzuli, Molla Pənah Vaqif,  Mirzə Fətəli Axundzadə,  Səməd Vurğun kimi dahi  yazıçılarımızın yaradıcılığı dilimizin zənginliyinə sübutdur.
1978-ci ildə SSRİ-nin son Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə, bütün qadağa və təhlükələrə baxmayaraq, həmin illərdə Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirdi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddənin  “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” redaksiyada vermək təklif olundu və Heydər Əliyevin bu  təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorudu.
Müstəqillik illərində Azərbaycan dili tarixinin öyrənilməsi, tədqiqatı geniş vüsət almışdır. Dilimizin inkişaf etdirilməsi ilə bağlı müxtəlif tarixlərdə bir sıra addımlar atılmışdır. 1995-ci il noyabrın 12-də qəbul edilən müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz təsdiqini tapdı. Konstitusiyanın 21-ci bəndində belə deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin etməlidir.”
2018-ci il noyabrın 1-də  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı Fərman dilimizin, onun tarixinin, mənşəyinin öyrənilməsinə daha çox diqqət yetirilməsi məsələləri öz əksini tapdı.
Dilimiz tarixi boyunca müxtəlif dəyişikliklərə məruz qalıb. Bu dəyişikliklərə baxmayaraq müstəqil dövlətimiz dilimizin  saflığının qorunması üçün ciddi addımlar atır və müsbət nəticələr görür. Dövlətimizlə yanaşı  biz də dilimizin saflığını qoruyub saxlamalıyıq.  Müasir dövrümüzdə sosial şəbəkələrdən istifadədə virtual məkanda, radio və televiziyada, mətbuatda  və dövlət idarələrində dilimizdən istifadə edərkən,  həmçinin  dilimizin saflığının qorunması da düşündürücü  məqamlardan  biridir. Bunun üçün də biz doğma dilimizin qrammatik, leksik qaydalarına riayət edərək ondan istifadə etməliyik ki, doğma dilimizin saflığı pozulmasın. Biz ana dilimiz olan Azərbaycan dilinə qayğı göstərməli, onu sevməli və qorumalıyıq.

166
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 
“Qızıl qələm” mükafatı laureatı

Son xəbərlər

METAS 2026 beynəlxalq biznes ictimaiyyətini Şarjahda bir araya gətirdi

Mirzə Ələkbər Sabirin vəfatının 115 illiyinə həsr olunan layihənin icrasına başlanılıb

Azərbaycan-Qırğızıstan münasibətləri: türk dünyasına mühüm töhfə

“Nitqin gizli yanacağı – sağlam qidalanma” mövzusunda maarifləndirici təlim keçirilib

Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlığın yeni dövrü

‘’Şair Cavad Cavadlının ədəbi irsinin təbliği‘’ layihəsinin icrasına başlanılıb

Azərbaycan dilinin qorunması və inkişafı dövlət siyasətinin prioritetidir

İxracatçılara gömrük rəsmiləşdirilməsi xərcləri üzrə kompensasiya veriləcək

Qeyri-neft-qaz mallarının ixracına yeni dəstək mexanizmi: Sahibkarlara hansı imkanlar yaranır?

“Respublika Xatirə Kitabı”nın 30 illiyinə həsr olunmuşvideoçarxlar hazırlandı

DFJD “Ana dilini unutmuruq” layihəsini uğurla yekunlaşdırıb

YAP Səbail rayon təşkilatında QHT-lərlə birgə tədbir keçirilib

Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"

Azərbaycan Orta Asiya ilə Avropa arasında strateji körpüdür

Bakı və Abşerondakı göllərdə ekoloji vəziyyət araşdırılıb

Azərbaycan-Avropa ittifaqi əməkdaşlığı

Azərbaycan jurnalistikası: peşəkarlığın və vətənpərvərliyin nümunəsi

Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ

Milli mətbuatımızın zəngin irsi və uğurlu gələcəyi

Poeziyanın və qadın maarifçiliyinin simvolu – X.B.Natəvan

“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla davam edir

Kitabxananın Fəxri oxucusu Fəxri Fərmanla təltif edilib

Xankəndidə qadınların biznes bacarıqlarının inkişafına dəstək layihəsi davam edir

Milli Depozit Mərkəzində yeni təyinat- Foto

Azərbaycanda hotellərin doluluq səviyyəsi niyə düşüb?

Qarabağın bərpasında Slovakiyanın fəal iştirakı

Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla davam edir

Azərbaycanın müdafiə potensialı və regional təsir imkanları

Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir

İlham Əliyevdən gənclərə mesaj- ŞƏRH

Bütün xəbərlər